Məhkəmə qərarları › İş №2(057)-945/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-945/2023

25.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-945/2023 25.07.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X1 qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərər” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə . M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh ona məxsus avtomobilə vurulmuş maddi zərərə görə 700 manat və qazancdan məhrum olmaqla bağlı 280 manat olmaqla, cəmi 980 manat pulun və mənəvi ziyanla bağlı 200 manat tutularaq ona ödənilməsinə, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 31.80 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 26 oktyabr 2022-ci il tarixdə, özünə məxsus “Mersedes” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Binəqədi qəsəbəsi, “Dağlılar” məhəlləsində avtomobili yolun sağ tərəfində saxlayıb sərnişini düşürdüyü vaxt eyni istiqamətdə hərəkətdə olan 170 saylı marşrut xətti üzrə işləyən “DAEWOO” markalı, **-GT-*** dövlət nömrə nişanlı avtobus ona məxsus avtomaşını vuraraq qəza törədmişdir. Nəticədə ona məxsus avtomobilə maddi ziyan dəymişdir. Baş vermiş nəqliyyat hadisəsi faktı əsasında Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılmış və 04 noyabr 2022-ci il tarixdə “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərar çıxarılmışdır. Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün aidiyyatı üzrə Binəqədi RPİ-nin DYPŞ-nə göndərilmişdir. Cavabdeh tərəfin təqsiri üzündən baş vermiş avto qəza zamanı avtomaşına vurulmuş zərər - sol stop fara, bufer və arxa sol qanad nahiyyəsi ciddi zədələnmişdir. “Mersedes” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 700 manat müəyyən edilmişdir və həmçinin avtomobil istifadəyə yararsız olduğu üçün bir həftə taksi fəaliyyəti ilə məşğul ola bilməmiş , 01 gün üçün 40 manat olmaqla bir həftəyə 280 manat maddi ziyana məruz qalmışdır. Dəfələrlə cavabdehə maddi maddi ziyanı ödəməsini tələb etsədə pulu ödəməkdən boyun qaçırmışdır. Ona görə də, Cavabdeh ona məxsus avtomobilə vurulmuş maddi zərərə görə 700 manat və qazancdan məhrum olmaqla bağlı 280 manat olmaqla, cəmi 980 manat pulun və mənəvi ziyanla bağlı 200 manat məbləğində pul alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, ona məxsus olan maşına 700 manat ziyan dəydiyini, cavabdeh ziyanı ödəməkdən boyun qaçırır. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, Bakı şəhərində müxtəlif vaxtlarda, müxtəlif şirkətlərdə avtobus sürüçüsü kimi işləyib. Hadisə baş verən vaxtı 170 saylı sərnişin avtobus sürücüsü işləyirmiş. Hadisədən sonra işlədiyi şirkətin rəhbərliyi iddiaçıya dəymiş 250 manat zərərin ödənilməsini təklif ets də o, bununla razılaşmamışdır. Qəzadan sonra ora usta çağırılmış avtomobilin 250 manat xərci olduğu bildirilmişdir. Üzərində 250 manat olduğundan, həmin pulu vermək istəsə də iddiaçı razı olmamışdır. Məhkəmə tərəflərin cavabdehin izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 04 noyabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından, material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Baş vermiş hadisədə təqsirkar sürücü Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati tənbeh tədbirinin görülməsi üçün Binəqədi RPİ-nin DYPŞ-yə göndərilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli ərizənin məzmunundan görünür ki, cavabdeh iddianı qismən qəbul edir, 250 manat ödəməyə hazırdır və xahiş edir ki, bu barədə qətnamə çıxarılsın. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh 26 oktyabr 2022-ci il tarixdə, saat 15 radələrində "xxxx" MMC-ə məxsus olmaqla yol vərəqəsi əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Daewoo BS090” markalı **- TG-*** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, C. Cabbarlı küçəsi ilə üzü “Dağlılar məhəlləsi” istiqamətində hərəkətdə olarkən araməsafəsinin saxlanılması qaydasını pozub qarşısında eyni istiqamətli hərəkət zolaqında dayanmış vəziyyətdə olan İddiaçı məxsus “Mercedes Benz C220” markalı **- EM-*** dövlət qeydiyyat nışanlı avtomobillə toqquşmuş nəticədə avtomobilə ziyan dəymişdir. Lakin cavabdeh dəymiş ziyanı iddiaçıya ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində tələb etdiyi, avtomobilə vurulmuş maddi zərərə görə istədiyi 700 manat, qazancdan məhrum bağlı 280 manat və mənəvi ziyanla bağlı 200 manat pul tələb etməsi ağlabatandeyil və bu barədə hər hansı bir sübut məhkəmə təqdim etməmişdir. Cavabdeh baş vermiş yol nəqliyyat hadisəsində təqsiri olduğunu və vurulmuş zərərin 250 manat olduğunu etiraf edir və həmin məbləği iddiaçıya vermək istədiyini qeyd edir. Qanunvericiliyin tələblərinə əsasən məhkəmə cavabdehin qismən etirafını qəbul edir və hesab edir ki, Cavabdeh 250 manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün İddiaçı tərəfindən ödənilmiş cəmi 6.70 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh dəymiş maddi ziyana görə 250 manat və 6.70 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh vurduğu maddi ziayana görə 250 manat məbləğində pulun və ödənilmiş 6.70 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. İdda tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar