Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1000/2023 04.09.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında olan şifahi alıq-satqı müqaviləsinə əsasən cavabdehə ödədiyi 5000 manat, dəymiş zərərin əvəzi qismində 1500 manat və həmin məbləğlərin beş illik 5 faizi olan 1625 manat, həmçinin dövlət rüsumunun əvəzi qismində 101 manat pulunun alınaraq ona verilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ev tikmək üçün torpaq sahəsi axtararkən bir nəfər onu Samux rayon sakini olan Cavabdeh yönəltmiş, o Sədaqətlə razılaşaraq Göygöl rayonu, Yeni Qızılca kəndinin ərazisində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsini ondan şifahi alqı-satqı müqaviləsinə əsasən 5000 manata almışdır. Həmin razılaşma şifahi olmuş, aralarında alqı-satqı müqaviləsi bağlanmamış, sadəcə olaraq həmi torpağa dair ona etibarnamə verilmişdir. Sözügedən torpağa dair satıcının mülkiyyət hüququnu təsdiq edən sənəd olmadığından onlar aralarında bu cür razılığa gəlməli olmuşlar və düşünmüşlər ki, satıcı torpağa dair çıxarış aldıqdan sonra aralarındakı müqaviləni rəsmiləşdirərlər. O, torpağın müqabilində ödəməli olduğu pulun 1000 manat hissəsini Cavabdeh xahişi ilə 15 may 2018-ci il tarixdə “Accessbank” vasitəsilə onun həbsdə olan qardaşına verilməsi üçün tanımadığı X1 adlı bir nəfərə göndərmişdir. Səhəri gün, yəni 16 may 2018-ci il tarixdə isə Cavabdeh 4000 manat ödəmişdir. Həmin torpaqda o, evin bünövrəsini tökdürmüş, tikinti materialları almağa, həmçinin fəhlələrə 1500 manat xərc çəkmişdir. Daha sonra Sədaqət torpağı ondan geri alıb. Onlar arasında olan əqd yazılı qaydada bağlanmalı olduğu halda bu cür bağlanmadığından etibarsız olmuşdur. Bu səbəbdən hazırda torpağa görə ödədiyi pulu cavabdehdən tələb edir. Həmçinin cavabdeh ona vurduğu maddi ziyanı da ödəmək öhdəliyi daşıyır. Ona görə də tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında Cavabdeh iddianı etiraf etməyərək bildirdi ki, həmin torpaq sahəsinin müqabilində cavabdeh ona pul ödəməyib, iddia tələbi əsassızdı, ona görə də tələbin rədd olunmasını xahiş edir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin məhkəmə hazırlıq iclasında verdiyi izahatı nəzərə alıb, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş etibarnamənin surətindən görünür ki, Cavabdeh tərəfindən Göygöl rayonu Qızılca kəndində yerləşən ona məxsus torpaq sahəsinə dair İddiaçı etibarnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. İddiaçının izahatından, eləcə də tədqiq edilmiş sənədlərdən görünür ki, iddiaçı ilə cavabdeh arasında alqı-satqı münasibətləri mövcud olmamış, sözügedən torpaq sahəsi cavabdeh tərəfindən sadəcə iddiaçının etibarnaməli idarəçiliyinə verilmişdir. İddiaçı cavabdehlə sözügedən torpağın alqı-satqısına dair aralarında şifahi razılaşmanın olduğunu qeyd edir, halbuki daşınmaz əmlaka dair sərəncam vermə yalnız yazılı müqavilə əsasında gərçəkləşə bilər. Ona görə də hazırda tərəflər arasında alqı-satqı münasibətlərindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehə hər hansı hüquqi əsas olmadan pul verməsi halı da öz təsdiqini tapmadığından tərəflər arasındakı münasibətlərə əsassız varlanma kimi də hüquqi qiymət verilməsi mümkünsüzdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-1000/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1000/2023
04.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver