Məhkəmə qərarları › İş №2(058)-109/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-109/2023

07.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-109/2023 07.07.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 və Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası X1 Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası X2 Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məkəməyə müraciət edərək, cavabdehdən 6152 manat məbləğində maddi ziyanın və 81,52 manat dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, Azərbaycan Respublikası X2 tərəfindən ona təhkim olunmuş “Hundai Accent” markalı **-SX-***” dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Cavabdeh yol hərərkəti qaydalarını pozaraq yolun əks istiqamətinə çıxmaqla “Toyota Corolla” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Qeyd olunan hadisə nəticəsində Azərbaycan Respublikası X2na 11152 manat məbləğində maddi ziyan dəymişdir. Həmin maddi ziyanın yalnız 5000 manat hissəsinin "xxxx" ASC tərəfindən sığorta ödənişi şəklində ödənilməsi təmin edilmiş, maddi ziyanın ödənilməmiş hissəsi 6152 manat təşkil edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyi ilə razıdır. Tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, sözügedən avtomobilə dəymiş zərərin məbləği iddiaçı tərəfindən şişirdilmiş məbləğdə göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyi ilə razı deyil. Buna görə də, o, hesab edir ki, iddia tam əsassızdır və rədd olunmalıdır. İş materiallarına əlavə edilmiş: xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh “Hundai Accent” markalı **-SX-***” dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxaraq ötmə qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və o, 60 manat məbləğində inzibati cərimə edilmişdir. Cavabdeh Samux Rayon Polis şöbəsində verdiyi izahatından görünür ki, o, xx.xx.2022-ci il tarixdə “Hundai Accent” markalı **-SX-***” dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən qarşısında hərəkətdə olan “Toyota Corolla” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobili ötüb keçmək istəmiş, lakin ehtiyatsız davranaraq həmin avtomobillə toqquşmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30 may 2023-cü il tarixli, 9/1763 saylı ekspert rəyindən görünür ki, “X5” MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2022-ci il buraxılışlı “Toyota Corolla” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 11154,0 manat müəyyən edilir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh Azərbaycan Respublikası X2 tərəfindən ona təhkim olunmuş “Hundai Accent” markalı **- SX-***” dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən ehtiyatsız davranaraq qarşısında hərəkətdə olan “Toyota Corolla” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Sözügedən hadisə nəticəsində “Toyota Corolla” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Həmin avtomobilə dəymiş ziyanın qarşılanması üçün Azərbaycan Respublikası X2na "xxxx" ASC tərəfindən sığorta ödənişi şəklində 5000 manat ödənilmişdir. Qalan məbləği isə üçüncü şəxsə iddiaçı özü ödəmişdir. Hazırda iddiaçı cavabdehin səhvi nəticəsində üçüncü şəxsə dəymiş zərərə görə ödədiyi 6152 manat pulu cavabdehdən tələb edir. Cavabdeh onun törətdiyi mülki hüquq pozuntusu nəticəsində iddiaçıya zərər vurmuş olduğunu inkar etmir, lakin iddiaçı tərəfindən dəymiş maddi ziyana görə tələb edilən məbləğlə razılaşmır və hesab edir ki, həmin məbləğ ziyanın həcmindən artıq müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin əməli təqsirli, hüquqazidd əməl olmaqla mülki hüquq pozuntusu kimi qiymətləndirilməlidir. Hazırda iddiaçı ona cavabdehin törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəymiş zərəri tələb etməkdə haqlıdır. Cavabdehin yol verdiyi mülki hüquq pozuntusu onun üzərinə vurulmuş zərərin əvəzinin ödənilməsi öhdəliyinin qoyulması üçün əsasdır. Cavabdehin vurulmuş zərərin əvəzi kimi iddiaçı tərəfindən tələb edilən məbləğin zərərin həcmindən çox olmasına dair etirazı isə əssassız hesab olunur. Belə ki, iş materialları və ekspert rəyi ilə vurulmuş zərərin iddia tələbində göstərilən həcmdə olması öz təsdiqini tapmışdır. Ona görə də iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən 50 manat məbləğində ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi kimi 6152 (altı min yüz əlli iki) manat, dövlət rüsumunun əvəzi olaraq 81,52 (səksən bir manat, əlli iki qəpik) manat pul tutularaq iddiaçı Azərbaycan Respublikası X2na ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası Mərkəzinin hesabına (KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu – 3.) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar