Məhkəmə qərarları › İş №2(058)-1090/2023

Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-1090/2023

19.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-1090/2023 19.07.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X6 Əhməd oğlunun sədrliyi Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə İddiaçı cavabdeh Samux rayon notariat ofisinə qarşı “miras əmlakın qəbulu faktı və mülkiyyət hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Samux rayon notariat ofisinə qarşı “miras əmlakın qəbulu faktı və mülkiyyət hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X1 xüsusi mülkiyyətində olan F, Kod- 50701006 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0,12 ha həyatyanı torpaq sahəsinin (içində olan tikili ilə birlikdə), JN-516, Kod-50701006 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında 0,48ha kənd təsərrüfatın a yararlı torpaq sahəsinin və mərhum X2 JN-517, kod- 50701006 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında payına düşən 0,24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin miras əmlak kimi mən İddiaçı tərəfindən miras əmlakın qəbulu faktının tanınmasına və mülkiyyət hüququnun müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri şərtlərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, İddiaçı Samux rayon notariat ofisinə qarşı miras əmlakın qəbulu faktı və mülkiyyət hüququnun müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etsə də, ərizədə konkret olaraq Samux rayon notariat ofisinə qarşı tələbi aydın və dəqiq göstərməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsində iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının və ya iddiaçınin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizamasalınmasına riayət edilməsinə dair məlumat, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Bundan başqa ərizənin məzmunundan və iddiaçının xahişindən aydın olur ki, o, mərhum X1 xüsusi mülkiyyətində olan F, Kod- 50701006 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0,12 ha həyatyanı torpaq sahəsinin (içində olan tikili ilə birlikdə), JN-516, Kod-50701006 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında 0,48 ha kənd təsərrüfatına yararlı torpaq sahəsinin və mərhum X2 JN-517, kod- 50701006 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında payına düşən 0,24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən miras əmlakın qəbulu faktının müəyyən etmək istəməklə, məhkəmənin xüsusi icraat qaydasında baxmalı olduğu ərizə ilə müraciət etmək istəmiş, lakin xüsusi icraat qaydasında baxılmalı olan ərizələr üçün qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmuna əməl etməmiş, tərəfi iddiaçı və cavabdeh kimi qeyd etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədən verildiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Samux rayon notariat ofisinə qarşı “miras əmlakın qəbulu faktı və mülkiyyət hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsini vermiş şəxsə izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar