Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-11/2024 05.09.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh, Rüstəmova (Orucova) Dürrü Şikar qızına və X1 qarşı «fərdi yaşayış evinin və torpaq sahəsinin naturada ayrılması» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh, Rüstəmova (Orucova) Dürrü Şikar qızına və X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «fərdi yaşayış evinin və torpaq sahəsinin naturada ayrılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Samux Rayon Məhkəməsinin 2(058)-20/2023 saylı, 10 oktyabr 2023-cü il tarixli qərardadı ilə, sözügedən mülki iş üzrə tikin-texniki ekspertiza təyin edilməsinə dair Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)-71/2022 saylı qərardadı icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərildiyindən mülki iş üzrə icraat dayandırılmışdır. İddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdə ərizə ünvanlayaraq Cavabdeh, Rüstəmova (Orucova) Dürrü Şikar qızına və X1 qarşı «fərdi yaşayış evinin və torpaq sahəsinin naturada ayrılması» tələbi barədə mülki iş üzrə ekspert rəyinə ehtiyac qalmadığını, cavabdehlərlə razılığa gəldiklərini bildirmiş, ona görə də mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlərə isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də onlar, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddiadan imtina etdiyindən iddiadan imtina qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə iddiaçının iddiadan imtina etmə əsaslarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsi özünün subyektiv hüququ olub, onun iddiadan imtina etməsi hər hansı fiziki və ya hüquqi şəxsin hüququ ilə bağlı deyildir və bu imtina hər hansı şəxsin hüququnu və ya qanunla qorunan mənafeyini pozmur. Buna görə də iddiadan imtina qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, məhkəmə iş üzrə icraata xitam verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh, Rüstəmova (Orucova) Dürrü Şikar qızına və X1 qarşı «fərdi yaşayış evinin və torpaq sahəsinin naturada ayrılması» tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-11/2024
Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-11/2024
05.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver