Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-114/2024 06.02.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, Cavabdeh 4500 manat pul alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun mülkiyyətinda olan kənd təsarrüfatı təyinatlı torpağı satmaq üçün, onun əvəzinə alqı-satqı müqaviləsinin bağlanması və satılmış torpağın pulunun ona verilməsi məqsədi ilə Cavabdeh xx.xx.2021-ci il tarixdə etibarnamə vermişdir. Bununla da, Cavabdeh ona məxsus 0.57 ha kənd təsərrüfat təyinatlı topağı xx.xx.2021-ci il tarixdə AN-İNQ-0996178 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən və 0.416 ha kənd təsərrüfat təyinatlı topağı xx.xx.2022-ci il tarixdə AN-N №1025534 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən cavabdeh X2. Lakin hər iki torpağı satdıqdan sonra, satışdan əlda etdiyi pulu ona verməmişdir. Dəfələrlə cavabdehdən pulu istəsə də cavabdeh torpağın satışından əldə etdiyi 4500 manat pulu ona verməkdən imtina edir. O, xəstəlikdən əziyyət çakir, İİİ qrup əlildir və heç bir yerde işləmir. Bu səbəbdən iddia tələbinin təmin olunması, cavabdehdən 4500 (dörd min beş yüz) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, sözügedən torpaq sahələri cavabdeh tərəfindən ümumilikdə 7500 manata satılmışdır. Cavabdeh həmin məbləğdən 3000 manat hissəsini onlara vermiş, lakin qalan 4500 manat hissəsini verməmişdir. Buna görə də iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh iddianı etiraf etməyərək bildirdi ki, iddiaçı ona məxsus olan, iddia ərizəsində sözügedən torpaq sahələrinin satışının həyata keçirilməsi, yəni alqı-satqı müqaviləsinin bağlanması üçün ona etibarnamə vermişdir. O, həmin etibarnamə əsasında sözügedən torpaq sahələrinin satılması ilə bağlı sadəcə alqı-satqı müqaviləsinə imza etmiş, torpaqların müqabilində alıcı tərəfindən ödənilməli olan pulu isə o almamışdır, alıcı pulu iddiaçıya, yəni İddiaçı verməli idi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, cavabdehin məhkəmə hazırlıq iclasında verdiyi izahatını nəzərə alıb, işin faktiki hallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 23 oktyabr 2021-ci il tarixli, 4Ə-1092 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsində görünür ki, Goranboy rayonu, Alpout kəndində yerləşən, ümumi sahəsi 0.57 ha olan torpaq sahəsi dəyəri 5000 manat olmaqla X3, həmin müqavilə satıcı İddiaçı əvəzinə Cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş 15 mart 2022-ci il tarixli, 4Ə-196 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsində görünür ki, Goranboy rayonu, Alpout kəndində yerləşən, ümumi sahəsi 1.248 ha olan paylı mülkiyyət üzrə torpaq sahəsinin İddiaçı payına düşən 1/3 hissəsinin dəyəri 2500 manat olmaqla X3, həmin müqavilə satıcı İddiaçı əvəzinə Cavabdeh tərəfindən imzalanmışdır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, iddiaçı cavabdehə etibarnamə əsasında, ona məxsus mülkiyyətə dair sərəncam verilməsi barədə müqaviləni onun əvəzindən imzalamaq səlahiyyəti vermişdir. Cavabdeh həmin etibarnaməyə əsasən iddiaçıya məxsus olan Goranboy rayonu, Alpout kəndində yerləşən, ümumi sahəsi 0.57 ha olan torpaq sahəsinin 5000 manata, Goranboy rayonu, Alpout kəndində yerləşən, ümumi sahəsi 1.248 ha olan torpaq sahəsinin İddiaçı paylı mülkiyyətində olan 1\3 hissəsini 2500 manata X1 dair alqı-satqı müqaviləsini satıcı İddiaçı əvəzinə imzalamışdır. İddiaçı tərəf sözügedən torpaq sahələrinin satışından əldə olunmuş ümumilikdə 7500 manat pulun 3000 manat hissəsinin cavabdeh tərəfindən onlara verilməsini bildirir, lakin 4500 manat hissəsinin verilmədiyini iddia edir. Cavabdeh isə sözügedən alqı-satqı müqavilələrini imzaladığını, lakin pulu alıcıdan o almadığını, pulun alıcı tərəfindən İddiaçı özünə ödənilməli olduğunu bildirir. Məhkəmə qeyd edir ki, tərəflər arasında, şifahi şəkildə bağlanmış tapşırıq müqaviləsindən irəli gələn hüquq münasibətləri mövcud olmuş, həmin müqaviləyə əsasən vəkalət alan şəxsin, yəni cavabdehin vəkalət verən şəxs, yəni iddiaçı qarşısında iddiaçının ona tapşırdığı işləri icra etmək öhdəliyi yaranmışdır. Cavabdeh həmin tapşırığa və iddiaçının bu tapşırığı həyata keçirməsi üçün ona verdiyi etibarnaməyə əsasən iddiaçının adından əqd bağlamış, yəni tapşırığı əqdin bağlanması hissəsində icra etmişdir. Lakin, cavabdeh tapşırığın icrası nəticəsində əldə olunanları vəkalət verənə, yəni iddiaçıya vermə öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü kimi iddiaçının verdiyi tapşırığa əsasən cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahələrinin satılması cavabdehin öz izahatı ilə yanaşı, həm də iş materiallarındakı sübutlarla öz təsdiqini tapmışdır. Cavabdeh iddiaya olan etirazınının əsası kimi sözügedən torpaq sahələrinə dair alqı-satqı müqaviləsinin onun tərəfindən bağlanmasına baxmayaraq, alıcı tərəfindən pulun ona verilməməsi, pulun alıcı tərəfindən İddiaçı, yəni iddiaçıya verilməli olduğu barədə onlar arasında razılığın olması halına istinad etsə də, etirazının əsası kimi istinad etdiyi halı sübuta yetirə bilməmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə hər kəs öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halı sübut etmiş, cavabdehin etirazı isə əsassız arqumentlərə söykənməklə, cavabdeh tərəfindən məhkəməyə həmin etirazın əsası kimi istinad olunan halı təqsdiq edəcək heç bir sübut təqdim edilməmişdir. Buna görə də iddia təmin edilməli və cavabdehdən 4500 manat pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 4500 (dörd min beş yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-114/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-114/2024
06.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver