Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1158/2025 10.12.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Tağıyev Cavid Firqət oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borcunu könüllü ödəmədiyinə görə ondan 680.60 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573,VÖEN ********** M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Gəncə X2 İdarəsi ilə Cavabdeh (kod: **********00196) arasında XS-51-08408/24 saylı, xx.xx.2024-cü il tarixli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı onun istifadə və öhdəlik qaydalarının təmin edilməsi üçün İstehlakçi ilə Paylayıcı arasında qarşılıqlı müqavilə bağlanmışdır. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya Paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətinə tam ödənilməlidir. Qazın sayğacla müəyyənləşdirilən hesabına əsasən istifadə edilmiş təbii qazın dəyəri tam ödənilməlidir. Bağlanılmış müqaviləyə əsasən Cavabdeh adına qeydiyyata alınmış fərdi yaşayış evi İddiaçı Gəncə X2 İdarəsi tərəfindən təbii qazla təchiz olunmuşdur. Lakin, Cavabdeh müqavilə öhdəliklərinə əməl etməmiş və istifadə olunan təbii qazın dəyərini ödəməmişdir. Nəticədə istifadə etdiyi təbii qazın dəyərinə görə cavabdehin İddiaçı Gəncə X2 İdarəsinə 830.67 manat məbləğində debitor borcu yaranmışdır. Məhkəməyə qədər müddət ərzində cavabdehə borcun ödənilməsi barədə göndərilmiş xx.xx.2025-ci il tarixli, HŞ-01/13-219 saylı xəbərdarlıq məktubunun rəsmi qaydada verilməsindən sonra, cavabdeh qismən ödəniş etmiş, yekun borc məbləği 680.60 manat olaraq qalmışdır. Borc əsaslıdır, istehlakçı tərəfindən ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsində qeyd olunanlara uyğun izahat verdi və tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehə isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan sənədlər: İddiaçı Gəncə X3 İdarəsi ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli XS- 51-08408/24 saylı müqaviləni surətindən görünür ki, İddiaçı Gəncə X3 İdarəsi istehlakçını keyfiyyətli qazla təmin etməyi, cavabdeh isə aldığı qazın dəyərini sayğacın göstəricisinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Abonentin saldosundan görünür ki, abonent Cavabdeh 2025-ci il may ayınadək istifadə edilmiş təbii qaza görə qalıq borcu 830.67 manat olmuşdur. xx.xx.2025-cü il tarixli məktubdan görünür ki, cavabdehə təbii qazdan istifadəyə görə yaranmış 830.67 manat borcu ödəməsi barədə xəbərdarlıq edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən qaz paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qaz paylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. Qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. İşin hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında cavabdehə məxsus olan fərdi yaşayış evinin təbii qazla təchiz edilməsi barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməli olduğu halda, bu müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməlidir. Cavabdeh tərəfindən istifadə etdiyi təbii qaza görə ödəniş tam həyata keçirilməmiş və bunun nəticəsində cavabdehin iddiaçıya 680.60 manat məbləğində borcu yaranmışdır. Beləliklə, məhkəmə, yuxarıda qeyd olunanları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh istifadə etdiyi təbii qaza görə 680.60 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna uyğun olaraq, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh istifadə edilmiş təbii qazın dəyəri olan 680.60 manat (altı yüz səksən manat, altmış qəpik) məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-1158/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1158/2025
10.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver