Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1181/2023 28.11.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X1 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4032 manat pulun və ödənilmiş 60.32 manat dövlət rüsumunun ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2023-cü ilin may ayında sosial şəbəkələrdə “İphone 14 Pro Max” markalı telefonunu satmaq istədiyi haqqında paylaşımlar etmişdir. xx.xx.2023-cü il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona yaxınlaşaraq, “İphone 14 Pro max” modelini almaq istədiklərini, lakin 400 manat verməklə pulun qalan hissəsini hissə-hissə vermək istədiklərini bildirmişlər. O, Cavabdeh1 və Cavabdeh2 öz şəxsiyyət vəsiqələrinin surətinə öz xətləri ilə nə qədər borcları qaldığını qeyd edərək imza atmalarını bildirmiş, cavabdehlər onunla razılaşmışlar. İlkin 400 manat verməklə qalan hissəni hər ay 168 manat olmaqla 24 ay ödəniş edəcəkləri barədə qərara gəlmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 pulu verməkdən boyun qaçırmışlar, hər dəfə müxtəlif bəhanələr gətirmişlər. Cavabdehlərin belə hərəkət etməsi onu məhkəməyə müraciət etməyə məcbur etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılması və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli Cavabdeh1 tərəfindən yazılmış əlyazmadan görünür ki, 351.542.663.042.220 İmei kodlu “İphone 14 Pro Max” modelini İddiaçı almış, 400 manat vermiş, qalan hissəni hər ay 168 manat olmaqla 24 ay müddətində ödəyəcəkdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Cavabdeh2 tərəfindən yazılmış əlyazmadan görünür ki, 351.542.663.042.220 İmei kodlu “İphone 14 Pro Max” modelini İddiaçı almış, 400 manat vermiş, qalan hissəni hər ay 168 manat olmaqla 24 ay müddətində ödəyəcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəməyə təqdim olunmuş materiallardan müəyyən edilir ki, tərəflər arasında əldə olunmuş yazılı razılığa əsasən iddiaçı cavabdehlərə “İphone 14 Pro Max” markalı mobil telefonu nisyə qaydada satmış və cavabdehlər həmin mobil telefonun dəyərinin 400 manat hissəsini iddiaçıya ödəmiş, qalan hissəsini isə ödəməmişlər və bu hal iddiaçının məhkəməyə təqdim etdiyi sübutlarla öz təsdiqini tapmışdır. Cavabdehlər iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirmədiklərindən iddiaçı öz tələbində haqlıdır və buna görə də iddia tələbi təmin edilməlidir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 60.32 manat dövlət rüsumundan ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4032 (dörd min otuz iki) manat pul və ödənilmiş 60.32 (altmış manat otuz iki qəpik) manat dövlət rüsumunun tutularaq, İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-1181/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1181/2023
28.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver