Məhkəmə qərarları › İş №2(058)-1193/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1193/2025

16.10.2025 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1193/2025 16.10.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəməyə müraciət edərək, Daşkəsən Rayonu Qaraqullar Bələbiyyəsi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 2090,48 manat, İşsizlikdən sığorta fonduna olan 23,8 manat, İcbari Tibbi Sığorta Fonduna olan 53,78 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (doğulduğu tarix xx xxxxxx 1996-ci il, doğulduğu yer Azərbaycan, Samux rayonu, Ağasıbəyli kəndi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Daşkəsən Rayonu Qaraqullar Bələbiyyəsi vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Azərbaycan Respublikası Daşkəsən Rayonu Qaraqullar Bələdiyyəsinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 53,78 manat, İşsizlikdən sığorta fonduna 23,8 manat, Dövlət Sosial Müdafiə Fonduna 2090,48 manat olmaqla, ümumilikdə 2168,06 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********307400, xx.xx.2024cü il tarixli **********215300, xx.xx.2024-cü il tarixli **********211500 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə ərizə ünvanlanaraq işə nümayəndəsinin iştirakı olmadan baxılması və ərizənin təmin edilmə barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Maraqlı şəxsə isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, ərizəyə ərizəçinin və maraqlı şəxsin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlər aşağıdakılar müəyyən edilir: Hüquqi şəxs haqqında məlumatdan görünür ki, Daşkəsən Rayonu Qaraqullar Bələdiyyəsi xx.xx.2005-ci il tarixdə 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qeydiyyata alınmış və ona ********** VÖEN verilmişdir. Hüquqi şəxsin rəhbəri Maraqlı şəxs xx.xx.1996-ci il tarixdə Samux rayonu Ağasıbəyli kəndində doğulmuşdur. Samux rayonu, Yuxarı Ağasıbəyli kəndində qeydiyyatdır. 12 saylı Ərazi Vergilər Departamenti tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, Maraqlı şəxs oğlunun Dövlət Sosial Müdafiə Fonduna, İcbari Tibbi Sığorta Fonduna və İşsizlikdən sığorta fonduna vergi borcu mövcuddur. xx.xx.2025-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Maraqlı şəxs məcburi Dövlət Sosial Sığorta haqqı üzrə 2103.63 manat, İşsizlikdən Sığorta haqqı üzrə 23.86 manat, İcbari tibbi sığorta haqqı üzrə 54.05 manat olmaqla, ümumilikdə 2181.54 manat borcunu ödəməyəcəyi təqdirdə, məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Həmin Məcəllənin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi əsaslı olduğundan təmin olunmalı və Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 213-220, 355-5, 357-362-ci maddələrini rəhbər tutaraq, qətetdi: Ərizə təmin edilsin. xx xxxxxx 1996-ci il tarixdə Samux rayonu Ağasıbəyli kəndində doğulmuş, Samux rayonu, Yuxarı Ağasıbəyli kəndində qeydiyyatda olan və yaşayan Maraqlı şəxs (FİN – xxxxxxx) ölkədən getmək hüququ, Daşkəsən Rayonu Qaraqullar Bələdiyyəsi nin Dövlət Sosial Müdafiə Fonduna 2090,48 manat, işsizlikdən sığorta fonduna 23,8 manat və İcbari Tibbi Sığorta Fonduna 53,78 manat olmaqla, ümumilikdə 2168.06 manat məbləğində vergi borcu üzrə vergi öhdəliyinə xitam verilənədək ölkədən getmək hüququ müvəqqəti müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar