Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-134/2025 24.02.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, iddiaçı X4 və Cavabdeh nümayəndəsi X5 iştirakları ilə, İddiaçı X4 Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı X6 Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Samux rayonu, Alıuşağı kəndində yerləşən, Cavabdeh adına qeyd edilmiş yaşayış evin 0.15 ha torpaq sahəsinin ideal qaydada bölünüb, 1/2 hissəsinin mülkiyyət hüququnun ona verilməsi, həmçinin ödədiyi 100 manat dövlət rüsumunu və 55 manat mediasiya xərcininin əvəzinin cavabdehdən tutulub onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.1983-cü ildən nikahda olu, ondan yetkinlik yaşına çatmış Zamin, Fədail və Süsanə adlı uşaqları var. Cavabdehlə 2023-cü ildə nikahları pozulmuşdur. Cavabdehla birgə nikah dövründə, yəni 11 mart 1993-cü ildə Samux rayonu Alıuşağı kəndində yerləşən sahəsi 142,8 kv.m olan evi X14 alqı satqı yolu ilə almışlar. Alqısatqı müqaviləsi Samux rayonu notariat kontorunun 5/12 reyestr nömrəli 11 mart 1993-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adına qeyd edilmişdir. Bu barədə evin müvafiq sənədi var. Həmin evin torpaq sahəsi 0.15 ha ibarəddir. Cavabdeh evin və torpağın sənədini ona vermədiyindən həmin sənədləri məhkəməyə təqdim edə bilmir. Bu səbəbdən o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat arxivindən alqı-satqı işini amışdır. Tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq Samux rayonu, Alıuşağı kəndində yerləşən, Cavabdeh mülkiyyətində olan 0.15 ha torpaq sahəsinin ½ hissəsində payının müəyyən edilməsi, həmçinin ödədiyi 100 mant dövlət rüsumunun və 55 manat mediasiya xərcinin əvəzinin cavabdehdən alaınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X6 iddianı müdafiə edərək bildirdi ki, məhkəmənin müvafiq qətnaməsinə əsasən cavabdehlə birgə nikah dövründə əldə etdikləri fərdi yaşayış evindən onun payı müəyyən edilib. Hazırda o, cavabdehlə birgə nikah dövründə əldə edilmiş həyətyanı torpaq sahəsindən onun payının müəyyən edilməsini tələb edir. Hesab edir ki, tələbi əsaslıdır və təmin olunmalıdr. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X8 iddianı qəbul etməyərək bildirdi ki, cavabdehin adına ümumiyyətlə 0.15 ha ölçüdə həyətyanı torpaq sahəsi yoxdur. Sadəcə olaraq Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 08 saylı qərarına əsasən Samux rayonu Alıuşağı kəndində yerləşən 0,07 ha torpaq sahəsi Cavabdeh, X10, X9, X7 və X11 ümumi birgə mülkiyyətinə verilmişdir. Hesab edir ki, həmin torpaq sahəsi birgə nikah dövründə əldə olunmuş əmlak sayılmır, həmçinin həmin torpaq sahəsinin ölçüsü iddia tələbində sözügedən torpaq sahəsinin ölçüsü eynilik təşkil etmədiyindən iddia tələbi tamamilə əsassızdır və təmin olunmamalıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş sənədlərlə aşağıdakılar müəyyən olunur: Torpağın mülkiyyətinə verilməsinə dair JN-274A (KOD ********) saylı şəhadətnamənin surətindən görünür ki, Samux rayonu, Əliuşağı kəndində yerləşən 0.07 ha həyatyanı torpaq sahəsi Samux Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarına əsasən Cavabdeh, X10, X9, X7 və X11 ümumi birgə mülkiyyətlərinə verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X18 şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin Daşınmaz əmlaka dair məlumatın verilməsi və hüquqmüəyyənedici sənədlərin məhkəməyə göndərilməsi barədə sənəddən görünür ki, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 08 saylı qərarına əsasən Samux rayonu, Əliuşağı kəndində yerləşən 0.07 ha torpaq sahəsinə dair Cavabdeh, X10, X9, X7 və X11 adına JN-274 A, KOD 50706028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə tərtib edilmişdir. Samux rayonu, Əliuşağı kəndində (Zazalı qəsəbəsi, Alıuşağı kəndi) yerləşən fərdi yaşayış evi xx.xx.1993-cü il tarixli, 18 G saylı Qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh adınadır. Azərbaycan Respublikası Samux Rayon İcra Hakimiyyəti Başçısının Alıuşağı kənd İnzibati Ərazi Dairəsinin üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, X1 yaşayır. AZ İ 468037 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Cavabdeh arasında olan nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin mülkiyyətində iddiaçının iddia tələbində qeyd etdiyi ölçüdə torpaq sahəsi mövcud deyildir. Bununla yanaşı cavabdehin digər mülkiyyətçilərlə ümumi birgə mülkiyyətində 0,07 ha torpaq sahəsi var və həmin torpaq sahəsi Samux rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən mülkiyyət sənədində qeyd olunan şəxslərin ümumi birgə mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 35-ci maddəsinə əsasən nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respubikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Məhkəmə, iddia tələbinin rədd edilməli olmasına dair öz qənaətini onunla əsaslandırır ki, ilk öncə cavabdehin mülkiyyətində iddiaçının iddia tələbində payının müəyyən edilməsini tələb etdiyi ölçüdə, yəni 0,15 ha ölçüdə torpaq sahəsi mövcud deyildir. İş materiallarından aydın olduğu kimi, cavabdehin digər mülkiyyətçilərlə ümumi birgə mülkiyyətində 0,07 ha torpaq sahəsi var və həmin torpaq sahəsi Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarına əsasən mülkiyyət sənədində qeyd olunan şəxslərin ümumi birgə mülkiyyətinə verilmişdir. Sözügedən torpaq sahəsinin cavabdehin və mülkiyyət sənədində adları qeyd olunmuş digər şəxslərin ümumi birgə mülkiyyətlərinə verilməsi tarixi iddiaçı ilə cavabdehin nikahda olduqları dövrə təsadüf etməsinə baxmayaraq həmin əmlak birgə nikah dövründə əldə olunmuş əmlak sayılmır. Belə ki, qanunvericiliyin tələbinə əsasən nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyəti hesab olunur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır, bu səbəbdən də rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə işin müəyyən edilmiş hallarına yekun qiymət verərək iddianı əsassız saymaqla tələbin rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-134/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-134/2025
24.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver