Məhkəmə qərarları › İş №2(058)-140/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-140/2023

10.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-140/2023 10.03.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, cavabdehdən 500 manat məbləğində pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2022-ci il may ayında o, Samux rayonu, Nəbiağalı qəsəbəsində qəssab işləyən Cavabdeh kəsmək üçün 2 banq camış vermiş, həmin heyvanların pulunu 2000 manata razılaşmışlar. Cavabdeh həmin puldan 1500 manat qaytarıb, lakin qalan 500 manat pulu vermir. O, bir neçə dəfə cavabdehə pulunu qaytarması barədə müraciət etsə də, o pulu qaytarmaqdan imtina edib. Ona görə də məcbur olub hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 izahat verərək bildirdi ki, iddianı qismən qəbul edir. Heyvanların qiymətini oğlu Hüseyn ilə iddiaçı aralarında 2000 manata razılaşıblar, lakin o, oğluna heyvanları baha aldığını deyib və daha sonra iddiaçıya zəng edərək iki heyvana cəmi 1600 manat verəcəyinə dair razılığa gəliblər. Həmin borcdan 1500 manatını qaytarmışlar, iddiaçıya 100 manat borcları qalıb. İddiaçının təşəbbüsü ilə xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək bildirmişdir ki, Ramizlə iş yoldaşıdır, heyvanların alqı-satqısı barədə Ramizlə Hüseyn arasında razılaşma olanda o da orada olub. Heyvanların qiymətini 2000 manata razılaşdılar. Cavabdehin birinci heyvanı aparandığının şahidi olub, həmin vaxt heç bir ödəniş etmədi və 2000 manat pulu sonra verəcəyini bildirdi. Camışın ikincisini onun yanında aparmasa da, sonradan Hüseyndən ikinci camışı aparması barədə soruşanda Hüseyn ona ikinci camışı da apardığını, 500 manat borcunun qaldığını və ödəməyə imkanı olmadlığını bildirib. İddiaçının təşəbbüsü ilə xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək bildirmişdir ki, Ramiz onun bacısı oğludur, evlərinin həyətləri birdir, alqı-satqı olan zaman o da orada olub. Camışın birini apardığını görüb. Hüseyn camışı aparanda heç bir ödəniş etməyib, pulu sonra verəcəyini bildirib. Həmin vaxt German da orada olub. Hansı qiymətə razılaşdıqlarını isə eşitməyib. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə baxışında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında şifahi qaydada alqı-satqı müqaviləsi bağlanmış, Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə qiymətini cəmi 2000 manata razılaşdıqları iki ədəd camış vermişdir. Cavabdeh heyvaların pulunu sonra ödəyəcəyini bildirsə də, həmin pulun 1500 manatını ödəmiş, geri qalan 500 manatını isə ödəməkdən imtina etmişdir. İşin bu halı tərəflərin izahatının qarşılıqlı müqayisəsi və şahidlərin ifadələri ilə öz təsdiqini tapmışdır. Belə ki, cavabdehin nümayəndəsi X4 özü də izahatının əvvəlində oğlu Hüseynlə iddiaçı arasında heyvanların 2000 manata alqı-satqısı barədə razılıq əldə olunduğunu etiraf etmiş, izahatının davamında isə oğluna heyvanları baha aldığını bildirərək sonradan iddiaçıya zəng etdiyini və iddiaçı ilə heyvanların qiymətini 1600 manata razılaşdıqlarını bildirmişdir. İddiaçı isə heyvaların qiymətini 1600 manata razılaşmadığını qeyd etmişdir. Cavabdehin nümayəndəsinin oğlu ilə iddiaçı arasında heyvanların 2000 manata alqı-satqısına dair razılıq əldə olunması barədə etirafı iddiaçının iddia tələbinin əsaslı olduğunu təsdiq edir. Cavabdehin nümayəndəsi daha sonra isə oğluna heyvanları baha almasını bildirməsi və iddiaçı ilə əlaqə saxlayaraq heyvanların qiymətini həmin məbləğdən daha az yəni, 1600 manata razılaşmalarını isə təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X1 tərəflər arasında heyvanların 2000 manata alqısatqısı barədə razılaşma əldə olunmasına şahidlik etməsi barədə verdiyi ifadəsi digər sübutlarla uzlaşdığından iddia tələbinin əsaslılığını göstərən sübut kimi dəyərləndirilməlidir. Buna görə də cavabdeh şifahi qaydada bağlanmış müqaviləyə uyğun olaraq 500 manat məbləğində pulu iddiaçıya qaytarmaq öhdəliyi daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar