Məhkəmə qərarları › İş №2(058)-148/2023

Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-148/2023

31.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-148/2023 31.05.2023 SAMUX RAYON MƏKƏMƏSİ X12 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi - vəkil X5 iştirakı ilə, İddiaçılar İddiaçı, X2, X1 və X3 Cavabdeh qarşı “alqı-satqı müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı, X6, X4 və X7 Cavabdeh qarşı “alqı-satqı müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında müəyyən olundu ki, Cavabdeh ünvan 1 ünvan Bakı şəhəri Binəqədi rayon inzibati ərazi vahidinə aiddir. İddiaçı nümayəndəsi - vəkil X8 mülki işin baxılması üçün Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinə göndərilməsinə etiraz etdi. İddiaçılar X6, X4 və X7 məhkəmə iclası barədə məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə öz icraatına götürdüyü işi baxılmaq üçün başqa məhkəməyə verir. Məhkəmə hesab edir ki, mülki iş baxılması üçün Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 44.2.2 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçılar İddiaçı, X2, X1 və X3 Cavabdeh qarşı “alqı-satqı müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar