Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-149/2023 11.04.2023 SAMUX RAYON MƏKƏMƏSİ X18 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1ə Məmməd qızının iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1ə Məmməd qızının Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Samux Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1ə Məmməd qızı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qaynanası X11 vəfatından sonra miras qalmış və cavabdeh tərəfindən özgəninkiləşdirilmiş 8 sot torpaq sahəsinin yarsının, yəni 4 sot torpaq sahəsinin dəyəri olan cəmi 10 000 (on min) manat pulun, ödənilmiş sığorta pulu 5000 manat pulun yarsının – 2500 (iki min beş yüz) manat və 3000 (üç min) manat borcun cəmi 15 500 (on beş min beş yüz) manat pulun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxrılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2004-cü ildə X1 ilə qeyri-rəsmi ailə qurmuş, qaynatası X4 məxsus evə gəlin köçmüşdür. Birgə nikahlarından xx xxxxxx 2005-ci ildə İddiaçı2 və 09 avqust 2007-ci ildə İddiaçı3 anadan olmuşdur. 14 oktyabr 2009-cu ildə nikahlarını rəsimləşdirmişlər. Həyat yoldaşı X1 10 oktyabr 2013-cü ildə, qaynatası X7 29 aprel 2014-cü ildə vəfat etmişdir. X10 ilə qaynanası X12 arasında nikahları pozulmuşdur. X13 31 iyul 2015-ci ildə vəfat etmişdir. Qaynanasının vəfatından sonra baldızı Cavabdeh ilə onun arasında bank kredit müqaviləsinə və torpaq sahəsi ilə bağlı problem yaranmış, qaynanası ilə birlikdə yaşadığları müddətdə qaynanasına pul lazım olduğundan onun adına 1500 manat pul götürülmüş və özü həmin kredit müqaviləsi üzrə zamin durmuş, qaynanası öz adına götürdüyü 2000 manat pul məbləğinə isə o zamin durmuşdur. Onun valideyinləri 8 sot torpaq sahəsi almışlar. Ərinin vəfatından sonra onun qaynatasına və qaynanasına baxmağı, onlarla onun yaxşı münasibətlərinin olması səbəbindən həmçinin qaynatası bütün evini ona və onun uşaqlarına verdiyindən onlar arasında qaynana-gəlin münasibəti deyil, ana-bala münasibəti yarandığından həmin torpaq sahəsini qaynanasının adına rəsimləşdirmişlər. Bunu bütün qohumlar bilirdi. Qaynanasının vəfatından sonra baldızı ona bildirmişdir ki, həmin torpaq sahəsini satıb banka olan borcu ödəsinlər. Lakin o, buna razı olmadığından, ondan xəbərsiz vərəsəlik şəhadətnaməsini alaraq torpağı adına rəsimləşdirərək satmışdır. Ancaq həmin puldan banka olan borcları ödəməmişdir. Qaynanasının adına olan borc onun banka ölüm şəhadətnaməsini təqdim etməyi səbəbindən xitam olunmuş, eyni zamanda onunla bağlanmış zaminlik müqaviləsinə xitam verilmişdir. Digər kredit borcu isə hələ də durmaqdadır və hər ay onun əmək haqqından pul tutulur. Qaynanasının vəfatından sonra evdə qalan qaynanasına məxsus olan bütün əşyaları o, qəbul etmiş, sonradan onların arasında məhkəmə mübahisəsi olduğundan məhkəməyə sədirlik edən hakimin onlara barışıq təklif etməsi nəticəsində o, qaynanasından qalan bir çox əşyanı cavadehə vermişdir. Lakin qaynanasının xalçaları, çarpayıları və qab-qacaqları onda qalmışdır. Qaynanası avtoqəza nətiəsində ölmüşdür. Onun ölümü ilə əlaqədar sığorta tərəfindən 5000 manat pul verilmiş, həmin pulu cavabdeh götürmüş və mənimsəmişdir. Hazırda hesab edir ki, cavabdeh tərəfindən 4 sot torpaq sahəsinə görə 10 000 manat, sığorta pulunun yarsı 2500 manat alınıb ona verilməlidir, həmçinin kredit kimi götürülmüş 2000 manat və onu faizi üçün cəmi 3000 manat pul alınıb ona verilməlidir. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. İddiaçı2 və İddiaçı1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi, və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Cavab deh Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olamadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. xx.xx.2009-cu il tarixdə Samux Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə İddiaçı1 nikahları 14 oktyabr 2009cu il tarixdə 266 nömrəli akt qeydi ilə bağlanmışdır. xx.xx.2009-cu il tarixdə Samux Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ilə İsmayılov Aynur qızının birgə nikahlarından xx xxxxxx 2005-ci il tarixdə İddiaçı2 anadan olmuşdur. xx.xx.2021-ci il tarixdə Samux Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ilə İsmayılov Aynur qızının birgə nikahlarından 09 avqust 2007-ci il tarixdə İddiaçı3 anadan olmuşdur. xx.xx.1977-ci il tarixdə Xanlar rayonu, Səfərəliyev rayon soveti tərəfindən verilmiş döğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X11 nikahlarından 14 avqust 1977-ci il tarixdə X1 anadan olmuşdur. xx.xx.1972-ci il tarixdə Xanlar rayonu, Sərkar kənd soveti tərəindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X9 nikahlarından X13 anadan olmuşdur. xx.xx.2015-ci il tarixdə Gəncə ASAN-xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 31 iyul 2015-ci il tarixdə vəfat etmişdir. xx.xx.1985-ci il tarixdə Xanlar rayon, VVADQ şöbəsi tərəfindən verilmiş boşanma haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X11 nikahları 23 aprel 1985-ci il tarixdə 21 nömrəli akt qeydi ilə ləğv olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Samux rayonu, Nəbiağalı qəsəbəsi, ev 24-də yerləşən 0.0306 torpaq sahəsi X3 tam mülkiyyətinə verilməsinə dair mülkiyyət hüquqları xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reystrində 27 nömrəli reyster kitabının 54 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də hər bir iddia üzrə iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində torpaq sahəsinin dənin dəyəri, sığorta haqqı və pul tələbini sübut etməlidir. İddiaçı tərəfindən isə tələblərini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfin təqdim etdiyi iddia tələbini dəstəkləyən sübutlar isə yalnız özünün izahatı olmuşdur. Məhkəmə iclasında iddiaçının iddia tələbi üzrə cavabdehin iddiacıya olan pul tələbi öz təsdiqini tapmadı. Bundan başqa göstərilənlərlə yanaşı iddia ərizəsində cavabdehdən cəmi 15 500 manat məbləğində pul məbləğinin tutulması tələbi qoyulsa da, həmin pul məbləğinin konkret nədə ifadə olunması, hansı sübutlarla təsdiq olunmasına dair hər hansı əsaslandırma əksini tapmamışdır. Hazırkı mübahisənin həlli ilə əlaqədar olaraq məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1ə Məmməd qızının Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1ə Məmməd qızının Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən bir ay müddətinə Samux Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-149/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-149/2023
11.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver