Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-151/2023 03.04.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X3 qarşı “pul” tələbinə dair iddia qaldıraraq, cavabdehdən ondan aldığı yonca presinin dəyəri olan 1750 manat pulun və ödədiyi 38 manat dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, heynadarlıqla məşğul olduğundan heyvanları üçün xeyli miqdarda yonca presi almışdır. Cavabdeh X6 isə onun həmkəndlisidir, normal münasibətləri olub. 2022-ci il mart ayında cavabdeh X6 özünəməxsus Zil-130 markalı nəqliyyat vasitəsi ilə gəlib ondan həmin vaxt 1200 manat dəyəri olan 250 ədəd nisyə olaraq yonca presi almış və pulunu 1-2 ay müddətinə ödəyəcəyini bildirmişdir. Ancaq aradan uzuin müddət keçsə də, cavabdeh ona olan 1200 manat borcunu ödəməmiş, ödəməkdən imtina etmişdir. O, dəfələrlə cavabdeh borcunu ödəməsini tələb etsə də, borcu qaytarmamış, üstəlik onu söyüb təhqir etməklə ona xəsarət yetirmişdir. O, bu barıədə Samux Rayon Polis Şöbəsinə şikayət etmişdir. Şikayəti üzrə cinayət işi başlanılması rədd edilsə də, ona izah edilmişdir ki, borcunu məhkəmədə mülki qaydada iddia qaldıraraq tələb edə bilər. Hazılrda bir ədə yonca presinin qiyməti bazarda yeddi manatdır və 250 ədəd presin qiyməti 1750 manat edir. Ona görə də tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində ifadə verən X5 bildirmişdir ki, İddiaçı onun atasıdır. Prsesin nisyə alqı-satqısı barədə cavabdehlə atası arasında razılaşma olan zaman o da orada olmuşdur. Cavabdehə 250 ədəd pres verilmişdir, presin qiymətini 4 manata razılaşmışlar. Həmin preslərin dəyərini cavabdeh biçin vaxtı qaytaracağını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X2 bildirmişdir ki, İddiaçı onun qonşusudur. Prsesin nisyə alqı-satqısı barədə razılaşma olan zaman o da orada olmuşdur. Cavabdehə təxmini 230-250 ədəd pres verilmişdir, preslərin qiymətini 1 ədəd pres üçün 4 manat olmaqla razılaşmışlar. Cavabdeh pulu sonra qaytaracağını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə X4 bildirmişdir ki, İddiaçı onun əridir. Prsesin nisyə alqı-satqısı barədə razılaşma olan zaman o da orada olmuşdur. Cavabdehə 250 ədəd pres verilmişdir. Cavabdeh presin dəyərini, pulu ödədiyi gün presin dəyərinə uyğun olaraq ödəyəcəyini bildirmişdir. Məhkəmə iddiaçının izahatını, şahidlərin ifadələrini dinləyib iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 10 oktyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqənda qərarın surətindən görünür ki, Rzayev Oqtay polis şöbəsində verdiyi izahatında bildirmişdir ki, İddiaçı 600 manat dəyərində 150 ədəd yonca presi almış, həmin puldan 200 manat hissəsini isə qaytarmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmədə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında şifahi qaydada bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə 600 manat dəyərində 150 ədəd nisyə qaydada yonca presi satmışdır. Bu hal cavabdehin polis şöbəsində verdiyi izahatı ilə öz təsdiqini tapır. Hazırki iş üzrə cavabdehin polis şöbəsində iddiaçıdan 600 manat dəyərində 150 ədəd yonca presi almasını etiraf etməsinə dair izahatından başqa iddia tələbinin əsaslılığını təsdiq edən başqa mötəbər sübut mövcud deyil. Şahid ifadələri isə digər sübutlarla yanaşı qiymətləndirilməli olduğundan və həmin sübutlarla uzlaşdığı halda sübut əhəmiyyəti daşıdığından hazırda iddia tələbinin tam həcmdə sübuta yetirilməsinə kifayət etmir. Ona görə də cavabdeh sözügedən razılaşmaya əsasən iddiaçıya 600 manat pulu qaytarmaq öhdəliyi daşıyır. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 38 manat dövlət rüsumundan ibarətdir. İddia qismən təmin olunduğundan iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh X1 nisyə alqı-satqı müqaviləsi üzrə 600 (altı yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz manat) pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-151/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-151/2023
03.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver