Məhkəmə qərarları › İş №2(058)-152/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-152/2023

10.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-152/2023 10.04.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehdən 750 manat pulun və ödənilmiş 30 manat dövlət rüsmumunun əvəzinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun evində təmir işləri aparan Əziz adlı usta Cavabdeh adlı şəxsin plastik qapı-pəncərə düzəltdiyini ona bildirmişdir. O, 2022-ci ilin iyun ayında Cavabdeh müraciət edərək yaşadığı ünvan 1 ünvanında yerləşən evinin qapıpəncərəsini plastik qapı-pəncərə ilə dəyişdirmək istədiyini bildirmiş və ona 5 ədəd pəncərə, 4 ədəd sanitar qovuşağı və qapılar sifariş etmişdir. Cavabdeh tələbi ilə ona material alması üçün 600 manat pul ödəmişdir. Təxminən 2-3 həftədən sonra Uğur bir ədəd üç gözlü pəncərə gətirib quraşdırmışdır. Bir neçə gün sonra Uğurun gəlmədiyini görüb onunla əlaqə saxlamış, bu zaman Uğur ondan əlavə 150 manat pul istəmiş, o, da həmin pulu Uğura vermişdir. Təxminən bir ay sonra Uğur gətirib iki ədəd çərçivə quraşdırmış və söz vermişdir ki, sonra gəlib düzəldəcək. Bundan sonra o, dəfələrlə Uğura zəng vursa da, Uğur onun zənglərinə cavab verməmişdir. 2022-ci ilin oktyabr ayında o, DİN-nin 102 xidmətinə zəng edərək Uğurdan şikayət edib. Lakin polis idarəsi tərəfindən ona ünvanlanmış məktubda ona bildirilib ki, müraciəti mülki xarakterlidir və məhkəməyə müraciət etməlidir. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət edib. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərlə uyğun izahat verərək tələbin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək bildirdi ki, Üzeyirlə Uğur qapı-pıncərə sifarişi barədə razılaşan zaman o da orada olub. Onlar sifariş olunan əşyaların qiymətini 1000 manat məbləğində razılaşıblar, Uğur isə 600 manat beh almış, daha sonra 1 pəcərə, 2 nəfəslik gətirib quraşdırmışdır. Məhkəmə iddiaçının izahatını, şahidin ifadəsini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı məhkəməyə iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edəcək heç bir mötəbər sübut təqdim etməmişdir. Şahid ifadəsi isə digər sübutlarla yanaşı dəyərləndirilməli olduğundan, hazırda isə şahid ifadəsindən başqa iddia tələbinin əsaslı olduğunu təsdiq edə biləcək heç bir sübut olmadığından, məhkəmə hesab edir ki, yalnız şahid ifadəsi əsas götürülərək iddia tələbinin əsaslı olduğu qənaətinə gəlmək mümkün deyil. Buna görə də iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Məhkəmə, eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 30 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357- 361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i̇ İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar