Məhkəmə qərarları › İş №2(058)-164/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-164/2023

16.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-164/2023 16.08.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X43 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı (digər iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi, Vəkil, Cavabdehlər (digər iddia üzrə iddiaçı) X2, X23 və Osmanova (Əliyeva) Məhəbbət Həsrət qızının iştirakı ilə, İddiaçı cavabdehlər X6, Cavabdeh, Nuruşova (Əliyeva) Günel İlham qızına, X28, X8 və Osmanova (Əliyeva)Məhəbbət Həsrət qızına qarşı «alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi» tələbinə dair, habelə iddiaçılar X2, X23, Nuruşova (Əliyeva) Günel İlham qızının, Osmanova (Əliyeva) Məhəbbət Həsrət qızının və X24 cavabdeh İddiaçı qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə iddiaları üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X6, Cavabdeh, Nuruşova (Əliyeva) Günel İlham qızına, X28, X8 və Osmanova (Əliyeva) Məhəbbət Həsrət qızına qarşı «alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, o, və cavabdehlər Cavabdeh, X12, X33, X38, X39 ilə aralarında olan Azərbaycan Respublikası torpağa mülkiyyət hüququna dair dövlət aktı JN-524 KOD-50701006 saylı Samux rayonu X18 1998-ci il 25 fevral tarixli 04 nömrəli qərar ilə verilmiş 1,20 hektar pay torpağının alqı-satqı müqaviləsi bağlanmış hesab olunmasını o, və X14, X15 ilə aralarında olan Azərbaycan Respublikası torpağa mülkiyyət hüququna dair dövlət aktı JN-524 KOD- 50701006 Samux rayonu X18 1998-ci il 25 fevral tarixli 04 nömrəli qərarı ilə verilmiş 0.48 hektar pay torpağının alqı-satqı müqaviləsi ilə bağlanmış və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2005-ci il tarixdə cavabdehlər Cavabdeh, X12, X33, X34, X39 ilə torpaq alqı-satqı müqaviləsi bağlamışlar. Cavabdehlər tərəfindən Azərbaycan Respublikası torpağa mülkiyyət hüququna dair dövlət aktı JN-524 Kod-50701006 saylı Samux rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 25 fevral tarixli 04 nömrəli qərarı ilə verilmiş, Samux rayonu, Nəbiağalı kəndində yerləşən 1,20 hektar pay torpağı ******* manat məbləğində ona satılmış və həmin məbləğ onun tərəfindən ödənilmişdir. Həmçinin o, xx.xx.2005-ci il tarixdə cavabdehlər X14 və X15 ilə də pay torpaq alqı-satqı müqaviləsi bağlamışdır. Cavabdehlər tərəfindən torpağa mülkiyyət hüququna dair Dövlət Aktı JN-525 Kod-50701006 nömrəli Samux rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 25 fevral tarixli 04 nömrəli qərarı ilə verilmiş Samux rayonu, Nəbiağalı kəndində yerləşən 0.48 hektar pay torpağı ******* manat məbləğinə ona satılmışdır. xx.xx.2005-ci il tarixində adı çəkilən müqavilələrlə Samux rayon Dövlət Notariat Kontorunda T.M.Əsədov tərəfindən təsdiq edilmişdir. Həmin müqavilələr Samux rayon Dövlət Notariat Kontorunda iki nüsxədən ibarət tərtib edilmişdir. Onlardan bir nüsxəsi notariat kontorunda saxlanılmış, bir nüsxəsi isə alıcı olaraq ona verilmişdir. Lakin müqavilələr bağlandıqdan sonra məlum olmuşdur ki, müəyyən sənəd qarşılıqlığı olduğuna görə onların reyestrdə qeydiyyata alınmalı olması Samux rayon Dövlət Notariat Kontoru tərəfindən unudulmuşdur. Bununla da müqavilələrin reyestrə salınması və qeydiyyata alınması prosesi tamamlanmamışdır. Samux rayon dövlət notariat kontorunun kobud məsuliyyətsizliyi və etinasızlığı nəticəsində illərdi ki, həmin torpaq sahaələri üzərində onun mülkiyyət hüququ tanınmamışdır. Belə ki, kənd sakinləri tərəfindən tərtib edilmiş akta əsəasən torpağ mülkiyyəti hüququna dair dövlət aktı JN-524 Kod-50701006 nömrəli Samux rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 25 fevral tarixli 04 nömrəli qərar ilə verilmiş 1,20 hektar pay torpağının ******* manata alıcı olaraq ona satıldığı və satılan pay torpaq sahəsinin xərcinin onun tərəfindən ödənildiyi bir daha təsdiqi olunmuşdur. Eyni qaydada kənd sakinləri tərəfindən tərtib edilmiş akta əsasən torpağa mülkiyyət hüququna dair Dövlət aktı JN-525 Kod-50701006 nömrəli Samux Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 25 fevral tarixli 04 nömrəli qərarı ilə verilmiş 0.48 hektar pay torpağının ******* manata alıcı olaraq ona satıldığı və satılan pay torpaq sahəsinin xərcinin onun tərəfindən ödənildiyi bir daha təsdiq olunmuşdur. Eləcə də bələdiyyə və icra nümayəndəliyinin verdiyi arayışlardan görünrü ki, o, Samux rayonunda yerləşən hər iki torpaq sahəsini cavabdehlərdən almış və həmin torpaq sahəsi onun istifadəsindədir. İddiaçılar X12, X40, Nuruşova (Əliyeva) Günel İlham qızı, Osmanova (Əliyeva) Məhəbbət Həsrət qızı və X39 cavabdeh İddiaçı qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı JN-524 KOD 50701006 nömrəli torpağa mülkiyyət hüququna dair sadətnamə ilə onlar iddiaçılara məxsus olan 1.20 ha və 0.48 ha pay torpaq sahələrindən çıxarılması və həmin torpaq sahələrinin sərhədləri müəyyən edilməklə ölçülüb onlar iddiaçılara təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Samux rayon Aqrar İslahat Komissiyasının 25 fevral 1998-ci il tarixli 04 nömrəli qərarı ilə 1.20 ha və 25 fevral 1998-ci il tarixli 04 nömrəli qərarı ilə 0.48 ha pay torpaq sahələri Samux rayonu, Nəbiağalı qəsəbəsi ərazisindən onlara verilmiş, cavabdeh özbaşına onlara məxsus olan toraq sahəsini tutmuş, hazırda istifadə edir. O, torpaq sahəsini əkmək istəsə də, cavabdeh torpaq sahəsini boşaltmaq istəmir. Artıq onların həmin torpaq sahəsindən istifadəyə ehtiyacları vardır. Ona görə də, sahələrini tələb edirlər, torpaq sahəsinin vergisini vaxtında ödəyirlər, lakin torpraq sahəsindən istifadə edə bilmirlər. Cavabdehdən dəfələrlə torpaq sahəsini könüllü boşaltmasını, onların mülkiyyətində olan torpaq sahəsindən istifadə etmək üçün maneə törətməməsini tələb etsələr də, cavabdeh buna məhəl qoymur və öz qanunsuz hərəkətlərini davam etdirərək, onların qanunla nəzərdə tutulmuş hüquqlarını pozur. Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(058)-99/2023 nömrəli qərardadı ilə iddiaçılar X2, X23, X19, X3 və X24 cavabdeh İddiaçı qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair 2(058)-99/2023 nömrəli mülki işin İddiaçı cavabdehlər Cavabdeh, X6, X25, X28, X8 və X7 qarşı “müqavilənin bağlanmış hesab edilməsi” tələbinə dair 2(058)-164/2023 nömrəli mülki işə birləşdirilməsi qərara alınmışdır. İddiaçının (digər iddia üzrə cavabdeh) nümayəndəsi, Vəkil məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Samux rayonu Aqrar İslahat Komissiyasının 25 fevral 1998-ci il tarixli 04 nömrəli qərarı ilə verilmiş 1.20 ha və 25 fevral 1998-ci il tarixli 04 nömrəli qərarı ilə verilmiş 0.48 ha pay torpaq sahələri 2005-ci il tarixdən hazırkı vaxtadək İddiaçı sahibliyində və istifadəsindədir. Həmin torpaq sahələri İddiaçı tərəfindən əkilib-becərilir. Məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh (digər iddia üzrə iddiaçı) X12 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, onlara məxsus torpaq sahələrini onun mərhum əri Əliyev X22 Adil Aydın oğluna satmış, lakin hansı məbləğə satmasından onun məlumatı olmamışdır. Əri torpaq sahələrinin satılmasından sonra əldə olan pulu spirtli içkiyə meyilli olduğundan spirtli içkiyə xərcləmişdir. Onlara məxsus torpaq sahələrini 2005-ci ildən hazırkı vaxtadək onlar istifadə etmirlər. İddiaçı razılığı ilə başqa şəxslər torpaq sahəsindən istifadə edirlər, yəni İddiaçı başqa şəxslərə torpaq sahələrini icarəyə vermişdir. Məhkəmədən İddiaçı iddia tələbinin təmin olunmaması, onların iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh (digər iddia üzrə iddiaçı) X40 məhkəmə iclasında X2 izahatına uyğun izahat verdi və məhkəmədən İddiaçı iddia tələbinin təmin olunmaması, onların iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh (digər iddia üzrə iddiaçı) Osmanova (Əliyeva) Məhəbbət Həsrət qızı məhkəmə iclasında X2 və X23 izahatına uyğun izahat verdi və məhkəmədən İddiaçı iddia tələbinin təmin olunmaması, onların iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Nuruşova (Əliyeva) Günel İlham qızına və X29 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməklə, onlara məhkəmə bildirişləri verilmişdir. Lakin tərəflər məhkəmə iclası təyin olunan tarixdə məhkəməyə gəlməmiş, gəlmədiklərinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Məhkəmə işdə iştirak etməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Samux Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, cavabdeh (digər iddia üzrə iddiaçı) Cavabdeh 12 may 2008-ci ildə ölmüşdür. Samux Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, cavabdeh (digər iddia üzrə iddiaçı) X9 31 dekabr 2014-cü ildə ölmüşdür. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddiaçı (digər iddia üzrə cavabdeh) İddiaçı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, xx.xx.2021-ci il tarixdə Samux rayon İHB-nın Samux şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı 2005-ci ilin yanvarında mərhumə X4 və X5 Samux rayonu, Nəbiağalı kəndində yerləşən 0.48 hektar torpaq sahəsi almışdır. Həmçinin İddiaçı 2005-ci ilin yanvarında mərhum Cavabdeh, X1, X26, X20 və X21 Samux rayonu, Nəbiağalı kəndində yerləşən 1.20 hektar torpaq sahəsi almışdır. İddiaçı həmin vaxtdan həmin torpaq sahələrini Nəbiağalı qəsəbə sakini X10 əkibbecərmək üçün vermiş və hazırki, vaxtadək onun tərəfindən istifadə edilir. xx.xx.2005-ci il tarixdə Samux rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş müqavilədən görünür ki, Samux rayon Nəbiağalı qəsəbəsində yaşayan X14 və X15 Azərbaycan Respublikası Torpağa Mülkiyyət hüququna dair dövlət aktı JN-525 Kod- 50701006 saylı Samux rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 25 fevral tarixli 04 nömrəli qərarı ilə 0.48 hektar torpaq sahəsini ******* manata satmışlar və satılan pay torpaq sahəsinin xərci İddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2005-ci il tarixdə Samux rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş müqavilədən görünür ki, Samux rayon Nəbiağalı qəsəbəsində yaşayan Cavabdeh, Əliyeva Gülbəniz (Güləbənzər) Yunis qızı, X33, X38 və X39 Azərbaycan Respublikası Torpaqa Mülkiyyət hüququna dair dövlət aktı JN-524 Kod-50701006 saylı X46 Komissiyasının 1998-ci il 25 fevral tarixli 04 nömrəli qərarı ilə verilmiş 1.20 hektar pay torpaq sahəsini ******* manata satmışlar və satılan pay torpaq sahəsinin xərci İddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2021-ci il tarixdə Samux şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş aktdan görünür ki, İddiaçı 2005-ci ilin yanvarında X4 və X5 Samux rayonu, Nəbiağalı qəsəbəsində yerləşən 0.48 hektar torpaq sahəsi almış, eyni zamanda İddiaçı 2005-ci ilin yanvarında İddiaçı Cavabdeh, Əliyeva Gülbəniz (Güləbənzər) Yunis qızından, X16, X20 və X21 Nəbiağalı kəndində yerləşən 1.20 hektar torpaq sahəsi almışdır. Həmin vaxtdan İddiaçı qohumu X17 tərəfindən hər iki torpaq sahəsi əkib-becərilir. xx.xx.1998-ci il tarixli JN : 524 KOD 50701006 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”-dan görünür ki, Samux rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 25 fevral tarixli 04 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün X8, X11 0.48 ha torpaq sahəsi verilmişdir. xx.xx.1998-ci il tarixli JN : 525 KOD 50701006 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”-dan görünür ki, Samux rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 25 fevral tarixli 04 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün Cavabdeh, X13, X25, X30 və X29 1.20 ha torpaq sahəsi verilmişdir. Samux Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli 2(058)-597/2022 nömrəli qətnaməsi ilə Samux rayon Aqrar İslahat Komissiyasının 25 fevral 1998-ci il tarixli 04 saylı qərarı ilə verilmiş 1,20 ha torpağa mülkiyyət hüququna dair JN 524 (kod ********) saylı Dövlət aktının ərizəçilər X6 və X28 məxsus olması faktı müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən verilmiş məktubdan görünür ki, Samux rayon dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2005-ci ilə dair daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı müqavilələrə baxış keçirilərkən qeyd olunan şəxslər arasında notariat hərəkətinin rəsmiləşdirilməsi barədə qeydiyyatın aparılmadığı müəyyən edilmiş və arxivdə saxlanılan 4Ə-31 reyestr nömrəli müqavilənin 04 fevral 2005-ci, 4Ə-39 reyestr nömrəli müqavilənin 08 fevral 2005-ci il tarixdə təsdiq edildiyi və həmin müqavilələrin digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24 iyun 2005-ci il tarixə kimi qüvvədə olmuş 335.2-ci maddəsinə görə, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydada təsdiqlənməsi tələb edilmir. Həmin Məcəllənin 336.1-ci maddəsinə görə isə əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi lə məhkəmənin qərarı əsasında həyata keçirilir. Ümumiyyətlə mülki hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olaraq müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Göstərilən prinsiplər mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2023-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Hazırkı iş üzrə F.Nəcəfovanın əsaslandığı, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış Mülki Məcəllənin 335-ci maddəsi ilə əqdin notariat formasına riayət edilməməsinin nəticələri müəyyən edilirdi. Həmin maddəyə əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Eyni zamanda, notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir. Mülki Məcəllənin Səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Mülki işin müəyyən edilmiş hallarından görünür ki, mübahisəli torpaq sahələri barəsində tərəflər xx.xx.2005-ci il tarixdə alqı-satqı müqavilələri bağlamışlar və həmin vaxtdan etibarən torpaq sahəsi İddiaçı aşkar sahibliyində və istifadəsində olmuşdur. Həmçinin, Samux rayon İHB-nın Samux şəhər İƏD xx.xx.2021-ci il tarixli arayışına əsasən, 2005-ci ildən etibarən İddiaçı həmin torpaq sahələrini Nəbiağalı qəsəbə sakini X10 əkib-becərmək üçün vermiş və hazırki vaxtadək onun tərəfindən istifadə edilir. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2005-ci il tarixdə İddiaçı ilə Cavabdeh, X12, X33, X38 və X39 arasında Samux rayon Nəbiağalı qəsəbəsində yerləşən X46 Komissiyasının 1998-ci il 25 fevral tarixli 04 nömrəli qərarı ilə verilmiş 1.20 hektar pay torpaq sahəsinə və xx.xx.2005-ci il tarixdə İddiaçı ilə X14 və X15 arasında Samux rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 25 fevral tarixli 04 nömrəli qərarı ilə verilmiş 0.48 hektar torpaq sahəsinə dair alqı-satqı müqavilələri bağlamışdır. İddiaçı tərəfindən Samux rayonu, Nəbiağalı qəsəbəsində yerləşən 0.48 hektar torpaq sahəsini və Samux rayonu, Nəbiağalı qəsəbəsində yerləşən 1.20 hektar pay torpaq sahəsini dəyərini ödəməklə satın alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək uzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 151.1-ci maddəsinə görə isə mülkiyyətçinin mülkiyyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1. maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanunun 21.1-ci maddəsinə görə, məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması məhkəmə qərarı ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, xx.xx.2005-ci il tarixdə İddiaçı ilə Cavabdeh, X12, Nuruşova (Əliyeva) Günel İlham qızı, X38 və X39 arasında Samux rayonu, Nəbiağalı qəsəbəsində yerləşən X46 Komissiyasının 1998-ci il 25 fevral tarixli 04 nömrəli qərarı ilə verilmiş 1.20 hektar pay torpaq sahəsinə və xx.xx.2005-ci il tarixdə İddiaçı ilə X14 və X15 arasında Samux rayonu, Nəbiağalı qəsəbəsində yerləşən Samux rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 25 fevral tarixli 04 nömrəli qərarı ilə verilmiş 0.48 hektar torpaq sahəsinə dair bağlanan alqı-satqı müqavilələri bağlanmış hesab edilməlidir. Məhkəmə X2, X23, Nuruşova (Əliyeva) Günel İlham qızının, Osmanova (Əliyeva) Məhəbbət Həsrət qızının və X24 İddiaçı qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə qiymət verərək, hesab edir ki, İddiaçı cavabdehlər X6, Cavabdeh, Nuruşova (Əliyeva) Günel İlham qızına, X28, X8 və Osmanova (Əliyeva) Məhəbbət Həsrət qızına qarşı «alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsinə» dair iddia tələbi təmin edildiyindən onların iddia tələbinin təmin olunması istisnadır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. xx.xx.2005-ci il tarixdə İddiaçı ilə Cavabdeh, X12, Nuruşova (Əliyeva) Günel İlham qızı, X38 və X39 arasında Samux rayonu, Nəbiağalı qəsəbəsində yerləşən X46 Komissiyasının 1998-ci il 25 fevral tarixli 04 nömrəli qərarı ilə verilmiş 1.20 hektar pay torpaq sahəsinə və xx.xx.2005-ci il tarixdə İddiaçı ilə X14 və Osmanova (Əliyeva) Məhəbbət Həsrət qızı arasında Samux rayonu, Nəbiağalı qəsəbəsində yerləşən Samux rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 25 fevral tarixli 04 nömrəli qərarı ilə verilmiş 0.48 hektar torpaq sahəsinə dair bağlanan alqı-satqı müqavilələri bağlanmış hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. X2, X23, Nuruşova (Əliyeva) Günel İlham qızının, Osmanova (Əliyeva) Məhəbbət Həsrət qızının və X24 İddiaçı qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair iddiaları təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar