Məhkəmə qərarları › İş №2(058)-17/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-17/2023

28.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-17/2023 28.11.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X14 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkil) X10 iştirakı ilə, İddiaçı cavabdehlər X4 və X8 qarşı «payın naturada bölünməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər X4 və X8 qarşı «payın naturada bölünməsi»tələbinə tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktına əsasən paylı mülkiyyətdə olan 0.74 ha torpaq sahəsindən onun payına düşən 0.247 ha torpaq sahəsinin naturada bölünərək ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Samux Rayonu Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə verilmiş cizgidə sərhəd daxilində 0.74 hektar torpaq sahəsi 3 nəfərə paylı təsərüffat şəklində verilmişdir. Həmin torpaq sahəsinə torpağın mülkiyyətə verilməsinə dair xx.xx.1998-ci il tarixli JN-1298 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Torpağın mülkiyyət hüququna dair dövlət aktına əsasən 0.74 hektar torpaq sahəsi Cavabdeh Ələddin oğlunun, X6 və İddiaçı paylı mülkiyyətindədir. O, dəfələrlə cavabdehdən payına düşən torpaq sahəsinin ayrılıb verilməsini tələb etmiş, cavabdeh isə onun payına düşən torpaq səhəsinin sərhədlər daxilində ayrılıb verilməsinə bəhanələr gətirmişdir. İddiaçının nümayəndəsi (vəkil) X12 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Alməmmədov Toxtamurad Ələddinoviç və X11 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.1998-ci “Torpağa mülkiyyət hüququna dair” JN- 1298 KOD 50701006 nömrəli Dövlət aktından görünür ki, Samux rayonu Aqrar İslahat Komissiyasının 25 fevral 1998-ci il tarixli 04 nömrəli qərarı ilə Samux rayonu Nəbiağalı ŞTQ sakinləri X3, X8 və X2 0.74 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/6187 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən Samux rayonu, Yeni Nəbiağalı qəsəbəsi ərazisində yerləşən JN-1298 KOD 50701006 nömrəli Dövlət aktına əsasən 0.74 ha kənd təsərrüfatı istehsalıtəyinatlı torpaq sahəsindən iddiaçıya düşən 1/3 hissədə (0.247 ha) payının naturada real bölgüsünün mümkün olduğu müəyyən olunmuşdur. Torpaq sahəsinin bölgü sxemi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin təqdim etdiyi sxemdə ətraflı göstərilmişdir. Həmçinin bölünən torpaq sahəsinin koordinatları 1) x-619097.71, y- 4510633.22, 2) x-619111.23, y-4510633.56, 3) x-619136.73, y-4510634.20, 4) x- 619079.85, y-4510436.54, 5) x-619056.01, y-4510443.44, 6) x-619044.08, y-4510446.84 təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası MM-nin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası MM-nin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Azərbaycan Respublikası MM-nin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mükiyyətçilərdən hər birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, işin tam və obyektiv araşdırılımasını təmin etmək üçün məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş və həmin rəydə Samux rayonu, Yeni Nəbiağalı qəsəbəsi ərazisində yerləşən JN-1298 KOD 50701006 nömrəli Dövlət aktına əsasən 0.74 ha kənd təsərrüfatı istehsalı təyinatlı torpaq sahəsindən iddiaçıya düşən 1/3 hissədə (0.247 ha) payının naturada real bölgüsünün mümkün olduğu müəyyən olunmuşdur. Məhkəmə iddia ərizəsində göstərilən tələbləri araşdırarkən belə nəticəyə gəlir ki, verilmiş rəy iddia tələbinin həll edilməsi üçün sübut kimi qəbul edilməlidir. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, Samux rayonu, Yeni Nəbiağalı qəsəbəsində yerləşən JN-1298 KOD 50701006 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında tərəflərin ümumi paylı mülkiyyətində olan 0.74 ha kənd təsərrüfatı istehsalı təyinatlı torpaq sahəsindən İddiaçı düşən 1/3 hissədə (0.247) ha payı təcrid şəklində ayrılaraq naturada bölünməlidir. (xx.xx.2023-cü il tarixli ekspert rəyinə uyğun qaydada). İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat cavabdehlər X1 və X5 müştərək qaydada tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, SFİFT BİK: CTREAZ22, hesab № AZ34CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595 - ə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Samux rayonu, Yeni Nəbiağalı qəsəbəsində yerləşən JN-1298 KOD 50701006 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında tərəflərin ümumi paylı mülkiyyətində olan 0.74 ha kənd təsərrüfatı istehsalı təyinatlı torpaq sahəsindən İddiaçı düşən 1/3 hissədə (0.247) ha payı təcrid şəklində ayrılaraq naturada bölünsün. (xx.xx.2023-cü il tarixli ekspert rəyinə uyğun qaydada) İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat cavabdehlər X1 və X5 müştərək qaydada tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, SFİFT BİK: CTREAZ22, hesab № AZ34CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595 - ə ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar