Məhkəmə qərarları › İş №2(058)-182/2023

Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-182/2023

10.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-182/2023 10.01.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X5 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, İddiaçı X1 cavabdeh X2 qarşı «mülkiyyət hüququnun tanınması və mülkün adına qeydə alınması» tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı X1 cavabdeh X2 qarşı «mülkiyyət hüququnun tanınması və mülkün adına qeydə alınması» tələbinə dair iddia əriəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirlərkən müəyyən edildi ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, ərizənin məzmunundan və iddiaçının xahişindən aydın olur ki, o, mirasın qəbulu faktı ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciyət etmiş, lakin forma və məzmuna əməl etməmişdir. İddiaçı X3 notariat kontoruna müraciyət etmiş, lakin işin məhkəməyə qədər nizama salınmasına riayət edilməsini təsdiqləyəcək sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində miras mülkü öz adına rəsmiləşdirilməsi ilə bağlı notariat kontoruna müraciyət etməsini, notariat orqanı tərəfindən cavab verilməsini qeyd etsə də, həmin ərizəni notariat orqanına göndərilməsini və çatdırılmasını təsdiqləyəcək sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsini bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciyət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 cavabdeh X2 qarşı «mülkiyyət hüququnun tanınması və mülkün adına qeydə alınması» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərdadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərarqaddan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar