Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-183/2023 10.01.2023 SAMUX RAYON MƏKƏMƏSİ X3 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh, X2 və X1 qarşı “mülk bölgüsü” tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən kecirib, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh, X2 və X1 qarşı “mülk bölgüsü” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edildi ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan və iddiaçının xahişindən aydın olur ki, o, mirasın qəbulu faktı ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin forma və məzmuna əməl etməmişdir. Həmçinin, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. İddiaçı notariat kontoruna müraciət etmiş, lakin işin məhkəməyə qədər nizama salınmasına riayət edilməsini təsdiqləyəcək sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində miras mülkün notariat qaydasında öz aralarında bölünməsinin mümkün olmadığını qeyd etsə də, notariat orqanına müraciət etməsini təsdiqləyəcək sübutları məhkəməyə təqdim etməmiş, iddia ərizəsi cavabdehlərin sayına uyğun verilməmiş, cavabdehlərə təqdim etmək üçün sənədlərin surətləri əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinin tələbinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 150.1.1-ci maddəsinə əsasən cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdehlər Cavabdeh, X2 və X1 qarşı “mülk bölgüsü” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-183/2023
Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-183/2023
10.01.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver