Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-21/2024 13.02.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X3 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 600 (altı yüz) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, cəmi 630 (altı yüz otuz) manat pulun alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, təxminən 2021-ci ilin aprel ayının əvvələrində hazırda yaşadığı Gəncə şəhəri, A.M.Əhmədov küçəsi, 2-ci döngə, 32 nömrəli evin pəncərələrinin təmirə ehtiyacı olduğu üçün mərhum qardaşının dostu Nüsrətin vasitəsi ilə tanıdığı hazırki iş üzrə cavabdeh olan Cavabdeh evə çağırmışdır ki, gəlib evə baxsın. Cavabdeh yaşdığı evə gəlib baxdıqdan sonra ona bildirmişdir ki, 4 (dörd) ədəd qıraqları taxtadan olan pəncərlərin təmirinə usta pulu və materialları ilə birlikdə 600 manat məbləğində xərci çıxacaq. Onların şifahı razılaşmalarına əsasan cavabdeh yaxın müddət ərzində işini qurtarıb gedəcəyini bildirmişdir. Ona görə də, o, lazım olan materialları almışdır ki, cavabdeh işini tez yekunlaşdırsın. Lakin buna baxmayaraq cavabdeh arada gəlib 1-2 gün işlədikdən sonra evə gəlməmiş, yarımçıq qalan işlərini tamamlamamışdır. Dəfələrlə əlaqə saxlasa da, cavabdeh hər dəfə müxtəlif bahənələr gətirərək evə gəlib işlərini tamamlamamış, verdiyi pulu və materiallara verdiyi pulu ona qaytarmamışdır. Məhz bu səbəblərdən Gəncə şəhəri Baş Polis İdarəsinə müraciət etsə də, həmin idarənin 1-ci Polis şöbəsinin xx.xx.2022-ci il tarixli məktubunda məhkəməyə müraciət etməyi qeyd edilmişdir. Odur ki, hazırki iddia ərizəsi məhkəməyə müraciət etmişdir. Aralarında tapşırıq müqaviləsi şifahi qaydada bağlanmışdır. Həmin müqavilənin bağlanmasını bir çox şahid təsdiq edə bilər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. 28 fevral 2023-cü il tarixdə məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, iddiaçı ilə aralarında olan razılaşmaya əsasən İddiaçı məxsus evin təmiri üçün razılığa gəlmişlər. O, iddiaçı tərəfindən təklif edilmiş işləri görmüş, gördüyü işlərdə heç bir nöqsan yoxdur. İddiaçı əmək haqqı kimi ona 180 manat pul vermiş, yerdə qalan pulu isə material üçün vermiş, o, da həmin pulları gördüyü işə sərf etmişdir. Tikinti sahəsi üzrə mütəxəssis onun gördüyü işə baxsa müəyyən edə bilər ki, o, düzgün iş görmüşdür. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, iddiaçı ilə bir bacı kimi münasibətləri vardır. Cavabdehi atası Sarının vasitəsi ilə tanımışdır. Cavabdehin ayna-qapı düzəltməklə məşğul olmasını bilmiş, cavabdeh onun vasitəsi ilə iddiaçıya iş görmüşdür. O, cavabdehin gördüyü işə baxmış və səliqəli iş görmədiyini görmüşdür. Bu barədə cavabdehə iradını bildirmiş, cavabdeh isə söz vermişdir ki, nöqsanlarını düzəldəcək, lakin hazırkı vaxtadək düzəltməmişdir. Hazırda cavabdeh iddiaçıya 600 (altı yüz) manat pul verməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, İddiaçı tərəfindən verilmiş ərizə araşdırılmış, mülki qaydada məhkəmə orqanlarına müraciət etməsinin məqsədə müvafiq olduğu bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/6186 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Gəncə şəhəri, A.M.Əhmədov küçəsi, 2-ci döngə, 32 nömrəli evin qapı və pəncərələrinin kənarına vurulmuş taxta haşiyə qüsurlu görülmüş və mövcud olan qüsurların aradan qaldırılması üçün 600 manat vəsaitin tələb olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İşin müəyyən olunmuş faktiki hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı ilə aralarında olan razılaşmaya əsasən sonuncuya məxsus evin qapı və pəncərələrinin təmiri üçün nəzərdə tutulan işi tam icra etmədiyi üçün İddiaçı əmlakına vurulmuş zərərə görə mülki hüquqi məsuliyyəti yaranmışdır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1 və 1108.2-ci maddələrində isə təsbit edilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Beləliklə, iddia tələbindən göründüyü kimi, iddiaçı yaşadığı Gəncə şəhəri, A.M.Əhmədov küçəsi, 2-ci döngə, 32 nömrəli evin qapı-pəncərə təmirinin qüsuru nəticəsində mənzilə vurulmuş zərərin ödənilməsini tələb edir və həmin zərərin həcmini 600 (altı yüz) manat məbləğində qiymətləndirmişdir. Məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/6186 nömrəli rəyi ilə İddiaçı mənzilinə 600 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, İddiaçı məxsus Gəncə şəhəri, A.M.Əhmədov küçəsi, 2-ci döngə, 32 nömrəli evə cavabdehin hərəkəti nəticəsində dəymiş ziyanın məbləği 600 (altı yüz) manat müəyyən edilməli, həmin məbləğ Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulmalıdır. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat Cavabdeh tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ34CTRE********************, SFİFT BİK: CTREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595-ə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 233, 238, 242, 244, 252, 253 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 600 (altı yüz) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq, İddiaçı verilsin. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat Cavabdeh tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ34CTRE********************, SFİFT BİK: CTREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595-ə ödənilsin. Qətnamədən, həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-21/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-21/2024
13.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver