Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-220/2023 25.08.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) X1 və cavabdeh X6 nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh X7 qarşı «dəymiş maddi ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona vurduğu maddi ziyana görə 20560 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 152 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə saat 14 radələrində cavabdeh X9 idarə etdiyi «VAZ» markalı «20174» modeli, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Ü. Hacıbəyli küçəsində hərəkətdə olarkən mülkiyyət hüququ ilə ona məxsus olan «Nissan» markalı «X Trail» modeli, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq qəza törətmiş və bununla onun mülkiyyətində olan avtomobilə 24560 manat maddi ziyan dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar polisdə araşdırma aparılmış və cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda baş vermş yol-nəqliyyat hadisəsində X6 təqsiri müəyyən edilmişdir. Belə ki, həmin qərarın sürəti X6 barəsində İXM-nin 327.2 maddəsi ilə inzibati tədbir görülməsi üçün Gəncə şəhər BPİ-nin DYPŞ-yə göndərilmişdir. Ona dəymiş maddi ziyanın 4000 manat hissəsi sığorta şirkəti tərəfindən ona ödənilmişdir, maddi ziyanın qalan hissəsinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) X4 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, həmçinin ekspert rəyi ilə qismən razı olduğunu bildirərək iddianın tam təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 iddianı etiraf etməyərək, həmçinin ekspert rəyi ilə razı olmadığını bildirərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: AD seriyalı № 117033 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Nissan» markalı «X Trail» modeli **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 02 avqust 2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 14 radələrində sürücü X9 idarə etdiyi «VAZ» markalı «20174» modeli, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Ü. Hacıbəyli küçəsi ilə hərəkətdə olarkən sürücü, X2 idarə etdiyi «Nissan» markalı «X Trail» modeli **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, «Nissan» markalı «X Trail» modeli avtomobil öz növbəsində yolun sağ kanarında dayanmış X3 məxsus «Mersedes-Benz» markalı «Vito 115 CDİ» modeli, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. X6 əməlində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd olunmuş, X6 barəsində İXM-in 327.2-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün material Gəncə şəhər BPİ-nin DYPŞ-yə göndərilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən verilmiş 14 sentyabr 2022-ci il tarixli qüsur aktından görünür ki, «Nissan» markalı «X Trail» modeli **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 24560 manat dəyərində maddi zərər dəymişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyun 2023-cü il tarixli, 9/2691 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, tədqiq edilən 2013-cü il buraxılışlı, «Nissan» markalı «X Trail» modeli, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 15000 manat müəyyən edilir. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, cavabdeh X6 törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məhsus «Nissan» markalı «X Trail» modeli **-SL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəymişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən ona vurulmuş maddi zərərin əvəzinin ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2. maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır Göründüyü kimi cavabdehin təqsirli, hüquqazidd hərəkəti nəticəsində iddiaçının avtomobilinə maddi ziyan dəymiş və buna görə də cavabdeh törətdiyi mülki hüquq pozuntusuna görə mülki məsuliyyət daşıyır. İddiaçı hazırda ona dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1 maddəsinə əsasən, Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə hesab edir ki, iddiaçı ona dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olsa da, zərərin əvəzinin həcmi iddia tələbində vurulmuş real zərərin həcmindən artıq məbləğdə qeyd olunmuşdur. Belə ki, iş üzrə təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasına əsasən verilmiş ekspert rəyində "xxxx" MMC tərəfindən verilmiş 14 sentyabr 2022-ci il tarixli qüsur aktında göstəriləndən fərqli olaraq sözügedən avtomobilə dəymiş zərərinin həcminin 15000 manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyi daha ətraflı araşdırmanın nəticəsi olduğundan mötəbər sübut kimi qəbul edilməlidir. Lakin ekspert rəyində göstərilən həmin məbləğ avtomobilə ümumilikdə dəymiş ziyanın həcminin əks etdirir. Belə ki, iddiaçının özünün qeyd etdiyi kimi vurulmuş ümumi ziyanın 4000 manat hissəsi ona sığorta təşkilatı tərəfindən ödənilmişdir və idddiaçı məhz vurulmuş maddi ziyanın əvəzinin sığorta təşkilatı tərəfindən ona ödənilmiş məbləğdən geri qalan hissəsini cavabdehdən tələb edir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, vurulmuş ziyana görə 11000 (on bir min) manat məbləğində pul cavabdeh X5 alınaraq İddiaçı verilməlidir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 152 manat dövlət rüsumunun iddia tələbinin təmin olunmuş hissəsinə uyğun olaraq 123 manat hissəsinin əvəzi iddiaçının xeyrinə, 50 manat məbləğində ekspertiza xərci Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi üçün cavabdeh X5 tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i̇ İddia qismən təmin edilsin. X5 vurulmuş ziyana görə 11000 (on bir min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 123 (yüz iyirmi üç) manat pul tutularaq İddiaçı verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul X5 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu – 3.) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-220/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-220/2023
25.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver