Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-23/2023 05.07.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «maneənin götürülməsi və su yolunun açılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən çəkilmiş və su arxının onun həyətyanı sahəsinə gedən hissəsində maneçilik törədən torun həmin hissədən sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Samux rayonu, Alıuşağı kəndində 0.08 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış almışdır. Lakin cavabdeh, qonşusu – Cavabdeh ona ümumi yoldan keçən su arxını tor setka ilə çəpərləyib ona məxsus həyətə gələn suyun qarşısını alaraq ona həmin arxdan istifadə etməyə mane olur. Əkdiyi ağacları həmin arxdan suvara bilmir. Cavabdehlə aralarında bununla bağlı dəfələrlə mübahisə yaranmış, onun bu hərəkətləri barədə aidiyyatı orqanlara müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia əizəsi ilə eyni məzmunlu izahat verərək həmçinin bildirdi ki, ekspert rəyi ilə razıdır, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında bildirdi ki, ekspert rəyi ilə razı deyil, iddia əsassızdır. Sözügedən tor arxın qarşısını kəsmir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə, işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasə Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Samux rayonu, Alıuşağı kəndində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə tam hissədə İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Samux Rayonu Alıuşağı Bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, kəndin sakini İddiaçı məxsus olan həyətyanı torpağının Bələdiyyə torpağına çıxışını Cavabdeh zəbt etmişdir. İş materiallarında olan iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 30 may 2023-cü il tarixli 10/1651 nömrəli rəyindən görünür ki, küçədən keçən, ümumi istifadədə olan su arxından İddiaçı öz mülkiyyətində olan torpaq sahəsinə çəkmək istədiyi su yolunun üzərində Cavabdeh tərəfindən metal tor çəkildiyi müəyyən edilmişdir. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı və cavabdeh qonşudurlar. Onlara məxsus olan ayrı-ayrı torpaq sahələrinə ümumi istifadədə olan su arxından su axımı vardır ki, həmin sudan onların hər biri öz həyətyanı sahələrini suvarmaq üçün istifadə edir. Hazırda iddiaçı iddia edir ki, cavabdeh tərəfindən ümumi istifadədə olan su arxının üzərində onun həmin arxdan istifadə etməsinə maneçilik törədən və suyun axımını kəsən bənd (metal tor) çəkilmişdir, ona görə də həmin torun sökülməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Həmin Məcəllənin 170.4-cü maddəsinə əsasən bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən ümumi istifadədə olan su arxının qarşısını kəsən bəndin (metal torun) çəkilməsi iddiaçıya həyətyanı sahəsini suvarmaq üçün zəruri olan sudan istifadə etməsinə maneə yaratdığından iddiaçının hüquqlarının pozulmasına səbəb olur, ona görə də o, hazırki iddia tələbini irəli sürməkdə haqlıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdeh tərəfindən inşa edilmiş bənd (metal tor) sökülməli və iddiaçının həyətyanı sahəsinə gedən su arxının qarşısı açılmaldır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən 100 manat məbləğində ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Samux rayonu Alıuşağı kəndində yerləşən torpaq sahəsinə ümumi istifadədə olan su arxından gedən su axımının qarşısına Cavabdeh tərəfindən qurulmuş bənd (metal tor) sökülsün və su axımının qarşısı açılsın. 100 manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-23/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-23/2023
05.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver