Məhkəmə qərarları › İş №2(058)-233/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-233/2023

12.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-233/2023 12.04.2023 SAMUX RAYON MƏKƏMƏSİ X20 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçının nümayəndəsi, Vəkil, Cavabdeh X6 iştirakı ilə, İddiaçı cavabdeh X7 qarşı “vərərsə tanınma və mirasın bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Samux Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X7 qarşı “vərərsə tanınma və mirasın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X2 miras qalmış əmlakın (fərdi yaşayış evi, həyatyanı torpaq sahəsi) iddiaçı və cavabdeh tərəfindən bərabər hissədə bölünərək qəbul faktının və qəbul edilmiş mirasa mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun anası X4 mərhum atası X9 ilə birgə nikahlarından xx.xx.1948-ci il təvəllüdlü İddiaçı, xx.xx.1949-cu il təvəllüdlü X14 və xx.xx.1958-ci il təvəllüdlü X10 anadan olmuşdur. Onun mərhum anası X11 xx.xx.2010-cu ildə vəfat etmişdir. Anası vəfat etdikdən sonra ona məxsus miras əmlakı qanun üzrə vərəsə İddiaçı və onun mərhum X1 ilə aralarında bacısı X10 mirasın qəbulundan imtina etdiyi üçün bərabər hissədə bölüşərək faktiki qəbul etmişlər. Miras əmlakın qəbulu və bölgüsü ilə vərəsəlik aralarında heç bir narazlıq və mübahisə olmamışdır. X1 xx.xx.2019cu il tarixdə vəfat etmişdir. Onun mərhum qardaşı Rasim Tağıyevin qəbul etdiyi miras əmlak sahibliyi vəfat etdikdən sonra oğlu iddia ərizəsi üzrə cavabdeh X15 idarə edir. Miras əmlakın bölgüsü və qəbulu ilə əlaqədar vərəsələr arasındda heç bir narazlıq olmamışdır. Miras əmlakın qəbulu faktının müəyyən edilməsi ilə bağlı cavabdehlə arasında heç bir narazlıq olmadığı üçün 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etmişlər. Cavab məktubunda mirasın qəbulu müddəti keçdiyi üçün mirasın qəbulu faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Bu səbəbdən miras əmlakın qəbul faktının tanınması və miras əmlakın bölgüsü ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Miras qoyan X4 miras əmlakı Samux rayonu, Alıuşağı kəndində yerləşir. Həmin əmlak fərdi yaşayış evi (daşınmaz əmlak 249.9 m) və 0,13 ha torpaq sahəsindən ibarətdir. Mərhumun xüsusi mülkiyyətində olan əmlaka xx.xx.2012-ci il tarixdə DƏDRX-dən ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçının nümayəndəsi, Vəkil məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X15 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Lakin xx.xx.2022-ci il tarixdə Samux rayon notariat ofisi tərəfindən verilmiş ərizədən görünür ki, X6 mərhum anası X2 miras qalmış miras mülkün Tağıyev Nadir oğlu ilə onun arasında bərabər hissədə bölünməsinə etiraz etməmişdir. Həmçinin məhkəmə iclaslarının onu iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. xx.xx.1937-ci il tarixli 142843 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X8 01 iyul 1924-cü il tarixdən anadan olmuşdur. xx.xx.2010-cu il tarixdə Samux rayon, Alıuşağı kənd İƏD nümayəndəliyi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 26 may 2010-cu il tarixdə vəfat etmişdir. xx.xx.2019-cu il tarixdə Gəncə regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 24 mart 2019-cu il tarixdə vəfat etmişdir. xx.xx.1951-ci il tarixdə A37695 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1915-ci il tarixdə anadan olmuşdur. xx.xx.1974-cü il tarixdə 447618 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci tarixdə vafat etmişdir. xx.xx.1943-cü il tarixdə 02 nömrəli akt qeydiyyatlı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X4 nikahları xx.xx.1943-cü il tarixdə bağlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Samux rayonu, Alıuşağı kəndində yerləşən 0.13 ha torpaq sahəsi X8 tam mülkiyyətinə verilməsinə dair mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reystrində 25 nömrəli reyster kitabının 30 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixdə Samux rayon notariat ofisi tərəfindən verilmiş X5 ərizəsindən görünür ki, onun xx.xx.2010-cu il tarixdə fəvat etmiş mərhum anası X2 qalmış bütün miras əmlakdan ona çatası miras payını bilərəkdən qəbul etmişdir, lakin onu qəbul etmək niyyətində olmamışdır. Notarius tərəfindən ona məhkəmədə müddətin pərpası ilə bağlı iddia qaldırmaq hüququ izah olunmuşdur. Lakin bununla əlaqədar məhkəmədə iddia qaldırmaq niyyətində olmadığını bildirmişdir. xx.xx.2022-ci il tarxidə 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış 1709 nömrəli məktubdan görünür ki, mirasın qəbul müddətinin keçməsi və mirasın qəbulu faktının müəyyən edilməsi ilə bağlı adiyyəti üzrə məhkəməyə müraciət edilməsini tövsiyyə olunmuşdur. xx.xx.1985-ci il tarixdə Kəpəz rayonu VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X3 nikahlarından 1 yanvar 1985ci il tarixdə X13 anadan olmuşdur. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikası Qanunun 21.1ci maddəsinə əsasən, məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir. Məhkəmə iclasında müəyyən edildi ki, Samux rayonu, Alıuşağı kəndində yerləşən 0.13 ha torpaq sahəsi X4 adına qeyd olunmuşdur. X4 X9 ilə birgə nikahlarından xx.xx.1948-ci il təvəllüdlü İddiaçı, xx.xx.1949-cu il təvəllüdlü X14 və xx.xx.1958-ci il təvəllüdlü X10 anadan olmuşdur. X11 xx.xx.2010-cu ildə vəfat etmişdir. X11 vəfat etdikdən sonra ona məxsus miras əmlakı qanun üzrə vərəsə İddiaçı və onun mərhum X1 ilə aralarında bacısı X10 mirasın qəbulundan imtina etdiyi üçün bərabər hissədə bölüşərək faktiki qəbul etmişlər. X14 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İddiaçı Samux rayonu, Alıuşağı kəndində yerləşən 0.13 ha torpaq sahəsində yerləşən miras mülkün adına rəsmiləşdirilməsi üçün Gəncə şəhəri 1 saylı “Asan xidmət” notariat ofisinə müraciət etmiş, lakin mülkə dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı və cavabdeh X15 xx.xx.2010-cu il tarixdə vəfat etmiş X4 qanun üzrə vərəsələri tanınmalı, xx.xx.2010-cu il tarixdə vəfat etmiş X2 miras qalmış Samux rayonu, Alıuşağı kəndində yerləşən 0.13 ha torpaq sahəsidə İddiaçı və cavabdeh X6 hər birinin 1/2 hissədə payları müəyyən edilməlidir. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 230 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı və cavabdeh X15 xx.xx.2010-cu il tarixdə vəfat etmiş X4 qanun üzrə vərəsələri tanınsınlar. xx.xx.2010-cu il tarixdə vəfat etmiş X2 miras qalmış Samux rayonu, Alıuşağı kəndində yerləşən 0.13 ha torpaq sahəsində İddiaçı və cavabdeh X6 hər birinin 1/2 hissədə payları müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar