Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-239/2023 05.04.2023 SAMUX RAYON MƏKƏMƏSİ X1 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “4500 manat pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “4500 manat pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişldir. İşin məhkəmə iclası 05 aprel 2023-cü il tarixə saat 10:50-ə təyin edilmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, cavabdehlə barışdığını, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştrak etməmişdir. Məhkəmə da mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 260, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə ƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “4500 manat pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-239/2023
Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-239/2023
05.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver