Məhkəmə qərarları › İş №2(058)-30/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-30/2023

13.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-30/2023 13.12.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X17 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh, X5, X3 və X7 və maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “payın naturada ayrılması və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh, X5, X3 və X7 və maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “payın naturada ayrılması və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-0087 nömrəli KOD 50712028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı üzrə birgə mülkiyyətdə olan 2.13 ha pay torpaq sahəsindən onun payına düşən torpaq sahəsi cavabdehlər Cavabdeh, X9, X8 və X6 pay torpaq sahəsi ayrılmaqla qalan pay torpaq sahəsinin onun mülkiyyətinə verilməklə həmin pay torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Samux rayonu, Qarayeri qəsəbəsində Aqrar İslahat aparılarkən Aqrar İslahat Komissiyasının 05 may 1998-ci il tarixli 08 nömrəli qərarı ilə onun və ailə üzvlərinin, yəni 5 nəfərlik ailə üzvünün mülkiyyətinə 2.13 ha pay torpaq sahəsi verilmişdir. O, ümumi mülkiyyətdə olan torpaq sahəsini sərbəst istifadə edə bilmir və həmin torpaq sahəsi üzərində ayrıca heç bir sərəncam verə bilmir. Hazırda öz payına düşən pay torpaq sahəsindən sərbəst istifadə etmək üçün torpaq sahəsinin naturada ayrılması zərurəti yaranmışdır. Bu səbəbdən də ümumi mülkiyyətdə olan pay torpaq saəhəsindən onun payının ayrılıb sərhədləri müəyyən edilməklə naturada ayrılmaqla həmin pay ayrıca mülkiyyətinə verilməlidir. İddiaçının nümayəndəsi X15 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh, X9, X8 və X10 və maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Samux rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə xx.xx.1998-ci il tarixdə verilmiş “Torpağa Mülkiyyət hüququna dair” JN-0087 KOD 50712028 nömrəli dövlət aktının surətindən görünür ki, Samux rayonu, Qarabağlar kənd sakini İddiaçı və ailə üzvləri Cavabdeh, X5, X3 və X7 2.13 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli 3-16-16/2-10/7455 rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-6161/2023 nömrəli mütəxəssis rəyinə əsasən dövlət aktına əsasən 2.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1/5 hissədə texniki cəhətdən bölgüsünün mümkün olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mükiyyətçilərdən hər birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, işin tam və obyektiv araşdırılımasını təmin etmək üçün məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş və məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/7455 nömrəli rəyində, Samux rayonu, Qarabağlar kəndində yerləşən, 2.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1/5 hissədə texniki cəhətdən bölgüsünün mümkün olduğu göstərilmişdir. Məhkəmə iddia ərizəsində göstərilən tələbləri araşdırarkən belə nəticəyə gəlir ki, məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/7455 nömrəli rəyi iddia tələbinin həll edilməsi üçün sübut kimi qəbul edilməlidir. Məhkəmə iddia tələbinin “torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması” hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbinin həmin hissəsi məhkəmədə baxılmalı olmadığından iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Məhkəmə hesab edir ki, Samux rayonu, Qarabağlar kəndində yerləşən, xx.xx.1998-ci il tarixli JN-0087, KOD 50712028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən İddiaçı, Cavabdeh, X5, X3 və X7 verilmiş 2.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 1/5 hissədə payı təcrid şəklində ayrılaraq naturada bölünməlidir. İş üzrə məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/7455 nömrəli rəyi üzrə 100 (yüz) manat ekspertiza xərci Cavabdeh, X2, X1 və X4 müştərək qaydada tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, **********, SFİFT BİK: CTREAZ22, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: hesab № AZ34CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595 - ə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Samux rayonu, Qarabağlar kəndində yerləşən, xx.xx.1998-ci il tarixli JN-0087, KOD 50712028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən İddiaçı, Cavabdeh, X5, X3 və X7 verilmiş 2.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 1/5 hissədə payı təcrid şəklində ayrılaraq naturada bölünsün. (xx.xx.2023-cü il tarixli ekspert rəyinə uyğun qaydada) İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/7455 nömrəli rəyi üzrə 100 (yüz) manat ekspertiza xərci Cavabdeh, X2, X1 və X4 müştərək qaydada tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, **********, SFİFT BİK: CTREAZ22, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: hesab № AZ34CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595 - ə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar