Məhkəmə qərarları › İş №2(058)-309/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-309/2024

16.02.2024 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-309/2024 16.02.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, Ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, Samux Rayonu Çobanabdallı Bələdiyyəsi tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 158 manat, Dövlət Sosial Müdafiə Fonduna 2368.57 manat, İşsizlikdən Sığorta Fonduna 135 manat, İcbari Tibbi Sığorta Fonduna 107.73 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (doğulduğu tarix-xx xxxx 1957-ci il, doğulduğu yer – Azərbaycan, Samux, Qarabağlılar kəndi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan Samux Rayonu Çobanabdallı Bələdiyyəsi (VÖEN:**********) İcbari Tibbi Sığorta Fonduna 107.73 manat, dövlət büdcəsinə 158 manat (o zaman maliyyə sanksiyası üzrə 158 manat), İşsizlikdən Sığorta Fonduna 135 manat, Dövlət Sosial Müdafiə Fonduna 2368.57 manat olmaqla ümumilikdə 2769.30 manat məbləğində borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********285100, xx.xx.2022-ci il tarixli **********960600, xx.xx.2023cü il tarixli **********955500, xx.xx.2023-cü il tarixli **********822600 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi haqqında məhkəməyə məlumat daxil olmamışdır. Ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə ərizə ünvanlanaraq işə nümayəndəsinin iştirakı olmadan baxılması və ərizənin təmin edilmə barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq olaraq 185.5-ci maddəsinə əsasən məhkəmə işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə maraqlı şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş hüquqi şəxs haqqında məlumatdan görünür ki, Samux rayonu Çobanabdallı Bələdiyyəsi xx.xx.2010-cu il tarixdə 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qeydiyyata alınmış və ona ********** VÖEN verilmişdir. Hüquqi şəxsin rəhbəri Maraqlı şəxs xx.xx.1957-ci il tarixdə Samux rayonu Qarabağlılar kəndində doğulmuşdur və Samux rayonu, Qarabağlılar kəndində qeydiyyatdır. İş materiallarına əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən təqdim olunmuş xəbərdarlıq haqqında məlumatdan görünür ki, Samux Rayonu Çobanabdallı Bələdiyyəsinin xx.xx.2023-cü il tarixə ümumilikdə 2877.46 manat məbləğində vergi borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Həmin Məcəllənin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi əsaslı olduğundan təmin olunmalı və Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 213-220, 355-5, 357-362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: Ərizə təmin edilsin. xx xxxx 1957-ci il tarixdə Samux rayonunda doğulmuş, Samux rayonu Qarabağlılar kəndində qeydiyyatda olan və yaşayan Maraqlı şəxs (FİN – xxxxxxx) ölkədən getmək hüququ, Samux Rayonu Çobanabdallı Bələdiyyəsinin 2769.30 manat məbləğində vergi borcu üzrə vergi öhdəliyinə xitam verilənədək müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar