Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-31/2024 20.06.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı, X34, X35, X28, X3 cavabdehlər Cavabdeh Sirzə oğluna, X20, X21, X53, X45, X4, X54, X55, X22, X10, X23, X11, X12, X61, X5, X24, X46 və X36 qarşı “cavabdehlə ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsindən paylarının naturada bölünməsi və həmin payın onların mülkiyyətinə verilməklə mülkiyyət hüquqlarının tanınması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı, X62, X63, X56, X29 cavabdehlər Cavabdeh Sirzə oğluna, X20, X21, X53, X45, X4, X54, X55, X22, X10, X23, X11, X12, X61, X5, X24, X46 və X36 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-0011 saylı KOD 50700001 saylı Torpağa Mülkiyyət Hüququna X94 üzrə cavabdehlərlə ümumi birgə mülkiyyətlərində olan 4.04 ha pay torpaq sahəsindən paylarının naturada bölünməsinə və həmin payın onların müəlkiyyətinə verilməklə mülkiyyət hüquqlarının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, Samux rayonu Qarayeri qəsəbəsində Aqrar-İslahat aparılarkən Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli 181 saylı Qərarı ilə onun və ailə üzvlərinin, yəni 24 nəfər ailə üzvlərinə 4.04 ha pay torpaq sahəsi verilib. Onlar ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsindən sərbəst istifadə edə və həmin torpaq sahəsi üzərin ayrıca heç bir sərəncam verə bilmirlər. Bu səbəbdən də torpaq sahəsinin naturada ayrılması zərurəti yaranmışdır. Hesab edir ki, ümumi mülkiyyətdə olan torpaq saəhəsindən onların payları naturada ayrılmaqla mülkiyyətlərinə verilməlidir. Ona görə də, tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edirlər. İddiaçılar İddiaçı, X62, X63, X56, X29 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasında iştirak edə bilməyəcəklərini bildirmiş, məhkəmə baxışının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdehlərə isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də onlar, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: “Torpağa mülkiyyət hüququna dair” JN-0011, kod 50700001 saylı dövlət aktının surətindən görünür ki, Samux rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli qərarı ilə 4.04 ha kənd təsərrüfatı təyinatlı torpaq Cavabdeh Sirzə oğlunun, X13, X14, İddiaçı, X47, X37, X3, X34, X1, X48, X49, X35, X28, X15, X6, X16, X7, X8, X57, X2, X17, X38 və X30 ümumi mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 fevral 2024-cü il tarixli 3-16-16/2-10/9569 nömrəli ekspert rəyindən görünür ki, JN-0011 (KOD ********) saylı torpağın mülkiyyətə verilməsinə X94na əsasən, mülki iş üzrə iddiaçlar və cavabdehlərin ümumi mülkiyyətlərində olan iki hissəsdən ibarət (2.96 ha və 1.08 ha) 4.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.17 ha-dək hissəsi üzərində tikililərin mövcud olması, eyni zamanda həmin torpaq sahəsinin **********61 reyestr nömrəli Çıxarışa əsasən X9 xüsusi mülkiyyətində, **********61 reyestr nömrəli Çıxarışa əsasən Bağırova Hicran Məcid qızı və digər şəxslərin paylı mülkiyyətlərində, **********31 reyestr nömrəli Çıxarışa əsasən X58 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində, **********40 reyestr nömrəli Çıxarışa əsasən X18 mülkiyyətində, **********99 reyestr nömrəli Çıxarışa əsasən X50 və digərlərinin paylı mülkiyyətlərində olan torpaq sahələrinin planı və ölçüsü sənədlərində göstərilən torpaq sahələri ilə üst-üstə düşmə halı mövcud olduğundan həmin 4.04 ha torpaq sahəsinin mülkiyyətçilər arasında paylarına uyğun bərabər hissədə naturada real bölgüsünün mümkün olmadığı, lakin yuxarıda qeyd edilən hallar nəzərə alınmayacağı təqdirdə, torpaq sahəsi üzərində mövcud olan tikililər nəzərə alınmayacağı təqdirdə Azərbaycan Respublikası torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarına istinadən, iddiaçlar və cavabdehlərin ümumi mülkiyyətlərində olan iki hissəsdən ibarət (1.96 ha və 1.08 ha) 4.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçilər arasında adlı siyahıya uyğun texniki cəhətdən bölgüsünün mümkün olduğu müəyyən olunmuşdur. Beləliklə, məhkəmə iclasında iş materiallarının tam və hərtərəfli tədqiqi nəticəsində məhkəmə müəyyən etdi ki, Samux rayonu, Şəmşəddin kəndində yerləşən 4.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi JN-0011 KOD 50700001 saylı mülkiyyət sənədinə əsasən iddiaçlar və cavabdehlərin ümumi birgə mülkiyyətlərindədir. Hazırda iddiaçılar həmin torpaq sahəsindən öz paylarının naturada bölünməsini tələb edirlər. Məhkəmənin müvafiq qərardadı əsasında verilmiş ekspert rəyinə əsasən Azərbaycan Respublikası torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarına istinadən, iddiaçlar və cavabdehlərin ümumi mülkiyyətlərində olan iki hissəsdən ibarət (1.96 ha və 1.08 ha) 4.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçilər arasında adlı siyahıya uyğun texniki cəhətdən bölgüsünün mümkün olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçılar ümumi mülkiyyətdə olan torpaq sahəsindən paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək üçün subyektiv hüquqa malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.2-ci maddəsinə əsasən əgər ümumi mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Ümumi mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Ümumi ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Ümumi mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 220-ci maddəsinə əsasən: 220.1. Ümumi mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Ümumi mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə ümumi mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin ümumi mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən ümumi mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Ümumi mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da ümumi mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 223-cü maddəsinə əsasən: 223.1. Birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 223.4. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, mülkiyyətçinin öz əmlakı üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun həyata keçirilməsinin şərtlərindən biridir. Bu baxımdan mülkiyyətçinin ümumi mülkiyyətdə olan əmlakdan öz payının ayrılmasını tələb etmək hüququ da onun öz əmlakına sərəncam vermək hüququ olmaqla əsassız olaraq məhdudlaşdırıla bilməz. Ümumi mülkiyyət hüququ ilə bir neçə şəxsə məxsus olan əmlakdan payın ayrılması ilə bağlı qaydalar Mülki Məcəllənin 220-ci maddəsi ilə tənzimlənmişdir. Bu maddədə göstərilmiş qaydalara uyğun olaraq ümumi mülkiyyətdən payın ayrılmasının naturada bölünmə, payın əvəzinə kompensasiya verilməsi və açıq hərracdan satılaraq əldə edilən vəsaitin bölünməsi formaları mövcuddur. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması isə qanunvericiliyin tələbinə görə Mülki Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. İddiaçılar məhkəməyə ümumi birgə mülkiyyətlərində olan əmlakın naturada bölünməsi tələbi ilə müraciət etmiş, məhkəmənin müvafiq qərardadına əsasən sözügedən torpaq sahəsindən iddiaçıların paylarının Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarına istinadən naturada bölünməsinin mümkün olması barədə ekspert rəyi verilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi sözügedən torpaq sahələrinin naturada bölünməsi hissəsində təmin olunmalı, Samux rayonu, Şəmşəddin kəndində yerləşən (JN-0011 KOD ********) 4.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçıların payları naturada ayrılmalıdır. Məhkəmə iddia tələbinin naturada ayrılmış torpaq sahələrinin iddiaçıların mülkiyyətinə verilməsi və mülkiyyət hüquqlarının tanınması hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan o hissədə təmin edilməməlidir. İş üzrə məhkəmə xərci 100 manat ekspert xərcindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də 100 manat ekspertiza xərci cavabdehlərdən müştərək qayadada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidr. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Samux rayonu, Şəmşəddin kəndində yerləşən JN-0011 (KOD ********) saylı mülkiyyət sənədinə əsasən mülkiyyətçilərin birgə mülkiyyətində olan 4.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçıların payları naturada bölünərək onlara, yəni İddiaçı, X51, X52, X39 və X19 verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat pul cavabdehlər Cavabdeh Sirzə oğlu, X40, X41, X71, X64, X25, X72, X73, X42, X31, X43, X32, X33, X80, X26, X44, X65 və X27 müştərək qaydada tutularaq, Dövlət xəzinədarlıq Agentliyi kodu: 210005, VÖEN:- **********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ34CTRE********************, SFİFT BİK: CTREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595-ə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-31/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-31/2024
20.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver