Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-314/2023 14.12.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X5 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, İddiaçı Hacbaba oğlunun Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Hacbaba oğlu Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yol nəqliyyat hadisəsinə səbəb olduğu üçün avtomobilinə vurduğu 2025 manat maddi zərərin, avtomobilə dəymiş zərərin müəyyən olunması üçün tərtib olunmuş akta görə ödədiyi 50 manat məbləğində ödənişin və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 2105 manat məbləğində pulun tutularaq, onun hesabına ödənilməsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 16 iyul 2022-ci il tarixdə Bakı-Quba yolunun 83cü kilometrliyində oğlu X1 idarə etdiyi, ona məxsus olan “Mercedes Benz E190” minik markalı **-NK-*** dövlət qeydiyyat nişanlı və Cavabdeh idarə etdiyi “Mercedes Benz E200” markalı RU-993-UR dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisənin baş verməsinin səbəbkarı Cavabdehdur. Hadisə baş verdiyi zaman təqsirkar Cavabdeh idarə etdiyi avtomobilin icbari sığortası olmamış, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində onun avtomobilinin arxa sağ künc hissəsi əzilmiş və bəzi detallar yararsız hala düşmüşdür. Belə ki, avtomobilinin arxa buferi, arxa paneli, yük yerinin qapısı, arxa sağ işıq, arxa sağ qol, yük yerinin qapısının kilidi və motoru, kapotun petlələri, arxa sağ qanad buferin alt qoruyucu dəmiri və yük yerinin döşəməsinin dəmiri əzilərək istifadəyə yararsız hala düşmüşdür. Təqsirkarın idarə etdiyi avtomobilin icbari sığorta müqaviləsi olmadığı üçün o, avtomobilinə dəymiş zərəri Cavabdeh tələb etdikdə, Sərxan bu zərəri ödəməkdən boyun qaçırmışdır. Bir neçə dəfə onunla telefon vasitəsilə dəymiş zərərin ödənilməsi barəsində danışıqlarından heç bir nəticə çıxmamış və sonradan telefon zənglərinə ümumiyyətlə cavab verməmiş, qəza zamanı onun avtomobilinə 2025 manat məbləğində maddi zərər dəymişdir. İddiaçı Hacbaba oğlu məhkəməyə teleqram ünvanlayaraq iddiasını təsdiq etdiyini, səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyi qeyd etmiş, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan X4 Haqqında xx.xx.2022-ci il tarixli TP5151798 nömrəli qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 (yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli “X3 Protokoldan” görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutumuş inzibati xəta törətmişdir. İş materiallarında olan Cavabdeh izahatından görünür ki, xx.xx.2022-ci il tarixdə idarə etdiyi “Mercedes” markalı RU-993-UR nömrəli avtomobil ilə Bakı-Quba yolu 114.5 km Quba istiqamətində hərəkətdə olarkən qarşıda hərəkətdə olan “Mercedes” markalı **-NK- *** nömrəli avtomobil anidən tormozlanma etmiş, o, ara məsafəsini düzgün seçmədiyi üçün tormozlama etsə də, həmin avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə Xaçmaz Rayonlarası Qeydiyyat İmtahan və X6 tərəfindən verilmiş AD 937661 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz 190” minik markalı **-NK-*** qeydiyyat nişanlı avtomobil İddiaçı Hacbaba oğlunun adına qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ƏİÖ 561055 nömrəli “Təbriz” firmasının mədaxil qəbzindən görünür ki, “Mercedes Benz E190” markalı **-NK-*** qeydiyyat nişanlı avtomobilinə dəymiş zərər məbləğinin müəyyən olunmasına görə 50 manat xidmət haqqı ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə “Təbriz” firması tərəfindən verilmiş 347 nömrəli ziyan aktından görünür ki, “Mercedes Benz E190” **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş ziyanın məbləği 2025 (iki min iyirmi beş) manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/5476-8/2096 nömrəli rəydə, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Təbriz” firmas tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1992-ci il buraxılışlı “Mercedes Benz E190” markalı **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1890.0 manat müəyyən edilmişdr. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İşin müəyyən olunmuş faktiki hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, cavabdehin iddiaçının əmlakına vurulmuş zərərə görə mülki hüquqi məsuliyyəti yaranmışdır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. B Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1 və 1108.2-ci maddələrində isə təsbit edilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Mülki Məcəllənin 1099-cu maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Beləliklə iddia tələbindən göründüyü kimi, iddiaçı yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində əmlakına vurulmuş zərərin ödənilməsini tələb edir və həmin zərərin həcmini 2025 manat məbləğində qiymətləndirir. Məhkəmə bununla bağlı nəzərə alır ki, iddiaçı onun əmlakına məhz 2025 manat məbləğində zərər vurulduğunu təsdiq edən sübut kimi “Təbriz” firması tərəfindən verilmiş ziyan aktına əsaslanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyi ilə yolnəqliyyat hadisəsinin baş verməsi nəticəsində iddiaçının əmlakına vurulmuş zərərin məbləği 1890 manat müəyyən edilmişdir. Belə olan halda məhkəmə iddia ərizəsində göstərilən tələbi araşdırarkən belə nəticəyə gəlir ki, mötəbər sübut mənbəyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyi əsas götürülməli, cavabdeh tərəfindən törədilmiş delikt nəticəsində iddiaçının əmlakına vurulmuş zərərin həcmi 1890 manat həcmində qəbul edilməli və iddia tələbi həmin məbləğdə təmin olunmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 1890 (min səkkiz yüz doxsan) manat maddi ziyan, xidmət haqqı üçün ödənilmiş 50 manat (əlli) manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq iddiaçının xeyrinə tutulmalıdır. İş üzrə məhkəmə ekspertiza xərci 50 (əlli) manat Cavabdeh tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, **********, SFİFT BİK: CTREAZ22, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: hesab № AZ34CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595 - ə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 233, 238, 242, 244, 252, 253 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1890 (min səkkiz yüz doxsan) manat maddi ziyan, xidmət haqqı üçün ödənilmiş 50 manat (əlli) manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq, İddiaçı Hacbaba oğluna verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə ekspertiza xərci 50 (əlli) manat Cavabdeh tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, **********, SFİFT BİK: CTREAZ22, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: hesab № AZ34CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595 - ə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-314/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-314/2023
14.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver