Məhkəmə qərarları › İş №2(058)-318/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-318/2023

15.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-318/2023 15.11.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X3 qarşı “pul” tələbinə dair iddia qaldıraraq, cavabdehdən 3500 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehə və onun ailə üzvlərinə məxsus olan 0.72 və 0.26 ha pay torpaq sahəsini cavabdehlə aralarındakı alğı-satqı barədə razılıq əsasında dəyərini ödəməklə almışdır. Həmin torpaq sahəsini aldıqdan sonra öz adına sənədləşdirməmiş və xeyli müddət həmin torpaq sahələrindən faktiki olaraq istifadə etmişdir. Bir müddət sonra cavabdeh və onun ailə üzvləri sözügedən torpaq sahələrini başqa şəxsə satmış və həmin alıcı torpaq sahəsinə dair mülkiyyət hüququnu qeydə aldırmışdır. Hazırda torpaq sahəsi onun sahibliyində və istifadəsində deyil. Cavabdeh torpağı ondan geri alsa da, həmin torpağın müqabilində onun cavabdehə ödədiyi pulu geri qaytarmır. Ona görə də tələbin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, həmçinin ekspert rəyi ilə razı olduğunu bildirərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə içlasına gəlməmiş və gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh X4 izahat verərək bildirdi ki, iddia ərizəsində sözügedən torpaq sahələrini iddiaçıya satmış, lakin onlar arasında rəsmi alğı-satqı müqaviləsi olmamışdır. Daha sonra pula ehtiyacı olduğundan həmin torpaq sahələrini başqa şəxsə satmışdır. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2001-ci il tarixli aktdan görünür ki, X2 148 nömrəli dövlət aktına əsasən ona məxsus 0.226 ha üzüm bağını İddiaçı 350000 manata satması Ç.Rəhimovun özü və aktı imzalayan digər şəxslər tərəfindən təsdiq olunmuşdur. İş materiallarında olan xx.xx.2001-ci il tarixli aktdan görünür ki, X2 148 nömrəli dövlət aktına əsasən ona məxsus olan 0.72 ha üzüm bağını İddiaçı ******* manata satması Ç.Rəhimovun özü və aktı imzalayan digər şəxslər tərəfindən təsdiq olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 9/4319 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinə əsasən xx.xx.2001-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi illik istehlak qiymətləri indeksi faizləri ilə xx.xx.2023-cü il tarixə 350.000,00 manat pul vəsaitinin hesablanmış cari dəyəri 297,57 manat, 1.300.000,00 00 manat pul vəsaitinin hesablanmış cari dəyəri isə 1.105,26 manat məbləğində olması müəyyən edilir. İddiaçının və cavabdehin məhkəmə iclaslarında verdikləri izahatlarından və işdə olan sənədlərdən göründüyü kimi iddiaçı, cavabdehə məxsus olan 0.72 və 0.26 ha torpaq sahələrini cavabdehlə aralarında əldə olunmuş razılaşma əsasında xx.xx.2001-ci il tarixdə və xx.xx.2001-ci il tarixdə həmin dövrün valyuta məzənnəsinə uyğun olaraq 350 000 manat və 1.300 000 manat ödəməklə cavabdehdən almışdır. Onlar arasında sözügedən torpaq sahələrinin alğı-satqısına dair yazılı formada bağlanmış və notarial qaydada təsdiq olunmuş müqavilə olmamışdır. Buna baxmayaraq cavabdeh özünə məxsus 0.72 və 0.26 ha torpaq sahələrini iddiaçıya 350000 manat və 1.300000 manat müqabilində satmasını 2001-ci il tarixdə tərtib olunmuş aktlara imza etməklə təsdiq etmişdir. Daha sonra cavabdeh həmin torpaq sahələrini başqa şəxsə rəsmi qaydada satmış, lakin vaxtilə torpaq sahələrinin müqabilində iddiaçıdan almış olduğu pulu ona geri qaytarmamışdır. Cavabdeh özü də iş üzrə xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında sözügedən torpaq sahələrini aralarında əldə olunmuş razılıq əsasında, bu barədə akt tərtib olunmaqla satdığını və iddiaçının həmin torpaq sahələrinin müqabilində həmin aktlarda qeyd olunan məbləğləri ona ödədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında iddia ərizəsində sözügedən torpaq sahələrinin alğı-satqısına dair razılıq əldə olunmuş və bu razılıq sadəcə akt tərtib olunaraq təsdiq edilmişdir. Halbuki, alğı-satqı predmeti daşınmaz əmlak olduğundan, həmin əmlak barəsində mülkiyyətçinin sərəncam vermək hüququ, yəni əmlakın özgəninkiləşdirilməsi alıcı və satıcı arasında yazılı formada bağlanmış və notarial qaydada təsdiq olunmuş müqavilə əsasında həyata keçirilə bilərdi. İşin faktiki hallarından və iş materiallarından aydın olur ki, tərəflər arasında belə bir müqavilə mövcud olmamışdır. Bu baxımdan onlar arasında alğı-satqı müqaviləsi ilə bağlı münasibətlərin yaranması istisna olunur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan həmin dövrün, yəni 2001-ci ilin valyuta məzənnəsinə uyğun olaraq 350 000 manat və 1.300 000 manat pulu hər hansı hüquqi əsas olmadan əldə etmiş və əsassız olaraq varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə iddia ərizəsində sözügedən torpaq sahələrinin müqabilində ödənilmiş məbləğlər 2001-ci ilin valyuta məzənnəsinə uyğun olmuşdur. Həmin məbləğlərin hazırki valyuta məzənnəsinə uyğun olaraq hansı məbləğ təşkil etdiyi məhkəmə tərəfindən təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizasına əsasən əldə olunmuş rəylə müəyyən edilmişdir. Qeyd olunan normalara uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehdən 1402.83 manat pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh X1 1402.83 (min dörd yüz iki manat, səksən üç qəpik) manat və dövlət rüsumu əvəzi qismində 34,02 manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar