Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-32/2023 07.07.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı X1 və Cavabdeh iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakdan payının ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı X3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə paylı mülkiyyətlərində olan torpaq sahələrindən və fərdi yaşayış evindən payına düşən hissənin naturada bölünərək ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum anası X4 miras qalmış və Samux rayonu Nəbiağalı qəsəbəsi ərazisində yerləşən 0,2 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayəş evinə və 0,2479 ha kənd təsərrüfatı təyinatlı torpağa dair məhkəmənin müvafiq qətnaməsinə əsasən onların ½ hissə paya mülkiyyət hüququ tanınmış və o, öz payına dair mülkiyyət hüququnu təsdiq edən mülkiyyət sənədi almışdır. Hazırda ümumi mülkiyyətdə olan torpaqdan və fərdi yaşayış evindən payının naturada ayrılmsını istəyir. Ona görə də sözügedən torpaq sahələrindən və fərdi yaşayış evindən onun payına düşən hissənin naturada bölünərək ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçı X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, mütəxəssis rəyi ilə razıdır, payına düşən hissənin rəyə uyğun olaraq bölünərək ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək bildirdi ki, mütəxəssis rəyi ilə razıdır, paylı mülkiyyətlərindən olan əmlakdan iddiaçının payına düşən hissənin rəyə uyğun olaraq bölünməsinə və iddiaçıya verilməsinə etirazı yoxdur. İş üzrə maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və cavabdehin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüuquların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********61-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Samux rayonu Nəbiağalı qəsəbəsində yerləşən 0,2 ha torpaq sahəsi və onun üzərində yerləşən sahəsi 51,5 kvm olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə X1 və Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüuquların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********16 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Samux rayonu Nəbiağalı qəsəbəsində yerləşən 0,2479 ha kənd təsərrüfatı təyinatlı torpaq paylı mülkiyyət hüququ ilə X1 və Cavabdeh mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş rəydən görünür ki, Samux rayonu Nəbiağalı qəsəbəsində yerləşən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən paylı mülkiyyətdə olan 0,2 ha torpaq sahəsinin və sahəsi 51,5 kvm olan fərdi yaşayış evinin texniki cəhətdən bölgüsünün aparılmasının mümkün olmadığı, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən paylı mülkiyyətdə olan 0,2479 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin isə mülkiyyətçilər arasında bölünəcəyi təqdirdə bölgünün ölçülərinə və konfiqurasiyasına əsasən torpağın öz məqsədli təyinatına uyğun istifadəsinin mümkün olmayacağına və təsərrüfat sahəsinin yararsız hala düşəcəyinə zəmin yaranması səbəbindən naturada real bölgüsünün mümkün olmadığı, lakin qeyd olunan hallar nəzərə alınmazsa ½ hissədə, hər biri 0,1239 ha olmaqla texniki cəhətdən bölgüsünün mümkün olduğu göstərilmişdir. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, sözügedən torpaq sahələri və fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüuquların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən iddiaçının və cavabdehin ½ hissə ilə ümumi paylı mülkiyyətlərindədir. Hazırda iddiaçı həmin torpaq sahələrindən və fərdi yaşayış evindən onun payına düşən hissənin naturada bölünərək ona verilməsini tələb edir. Məhkəmənin müvafiq qərardadına əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi sözügedən torpaq sahələrindən və fərdi yaşayış evindən iddiaçının payının naturada bölünməsinin mümkün olub-olmamsı barədə mütəxəssis rəyi verilmişdir. Həmin rəydə Samux rayonu Nəbiağalı qəsəbəsində yerləşən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən paylı mülkiyyətdə olan 0,2 ha torpaq sahəsinin və sahəsi 51,5 kvm olan fərdi yaşayış evinin texniki cəhətdən bölgüsünün aparılmasının mümkün olmadığı göstərilmiş, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən paylı mülkiyyətdə olan 0,2479 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin isə mülkiyyətçilər arasında bölünəcəyi təqdirdə bölgünün ölçülərinə və konfiqurasiyasına əsasən torpağın öz məqsədli təyinatına uyğun istifadəsinin mümkün olmayacağına və təsərrüfat sahəsinin yararsız hala düşəcəyinə zəmin yaranması səbəbindən naturada real bölgüsünün mümkün olmadığı, lakin qeyd olunan hallar nəzərə alınmazsa ½ hissədə, hər biri 0,1239 ha olmaqla texniki cəhətdən bölgüsünün mümkün olduğu göstərilmişdir. İddiaçı və cavabdeh sözügedən mütəxəssis rəyi ilə razı olduqlarını bildirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.2-ci maddəsinə əsasən əgər paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 220-ci maddəsinə əsasən: 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Məhkəmə qeyd edir ki, mülkiyyətçinin öz əmlakı üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun həyata keçirilməsinin adi şərtlərindən biridir. Bu baxımdan mülkiyyətçinin paylı mülkiyyətdə olan əmlakdan öz payının ayrılmasını tələb etmək hüququ da onun öz əmlakına sərəncam vermək hüququ olmaqla əsassız olaraq məhdudlaşdırıla bilməz. Ümumi mülkiyyət hüququ ilə bir neçə şəxsə məxsus olan əmlakdan payın ayrılması ilə bağlı qaydalar Mülki Məcəllənin 220-ci maddəsi ilə tənzimlnmişdir. Bu maddədə göstərilmiş qaydalara uyğun olaraq paylı mülkiyyətdən payın ayrılmasının naturada bölünmə, payın əvəzinə kompensasiya verilməsi və açıq hərracdan satılaraq əldə edilən vəsaitin bölünməsi formaları mövcuddur. Məhkəmə qeyd edir ki, iddia tələbi xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən paylı mülkiyyətdə olan 0,2479 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bölüməsi hissəsində təmin olunmalıdır. Belə ki, mütəxəssis rəyində həmin torpaq sahəsinin bölünəcəyi təqdirdə torpağın yararsız hala düşməsinə zəmin yaranacağı göstərilərək həmin halın nəzərə alınmayacağı təqdirdə bölgüsünün mümkünlüyü qeyd olunmuş və tərəflər həmin rəylə razılaşaraq sözügedən torpaq sahəsinin rəydə göstərilən hallar nəzərə alınmadan bölünməsinə razı olduqlarını bildirmişlər. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının həmin torpaq sahəsindən mütəxəssis rəyinə uyğun olaraq 0,1239 ha hissədə payı naturada bölünərək ona verilməlidir. Samux rayonu Nəbiağalı qəsəbəsində yerləşən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən paylı mülkiyyətdə olan 0,2 ha torpaq sahəsinin və sahəsi 51,5 kvm olan fərdi yaşayış evinin naturada bölünməsi texniki cəhətdən mümkün olmadığından iddia tələbi həmin hissədə təmin oluna bilməz. İş üzrə məhkəmə xərci mütəxəssis rəyinin verilməsi üçün ödənilən 215 manat puldan ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq mütəxəssis rəyinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 215 manat pulun 107 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidr. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Samux rayonu Nəbiağalı qəsəbəsində yerləşən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən paylı mülkiyyətdə olan 0,2479 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçının payına düşən ½ hissəsi (0,1239 ha) naturada bölünərək X2 verilsin. Mütəxəssis rəyinin verilməsi üçün iddiaçı tərəfindən ödənilən 215 manat pulun 107 manat hissəsi Cavabdeh tutularaq iddiaçıya ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-32/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-32/2023
07.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver