Məhkəmə qərarları › İş №2(058)-32/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-32/2024

15.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-32/2024 15.08.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X29 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğluna, X17, X12, X20, X6, X13 və maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «torpaq sahəsindən payların ayrılması və mülkiyyət hüququnun tanınması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğluna, X17, X12, X20, X6, X13 və maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «torpaq sahəsindən payların ayrılması və mülkiyyət hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-522 (kod ********) nömrəli Torpağa Mülkiyyət Hüququna X34 ilə ona iş üzrə cavabdehlərdən birgə mülkiyyətinə verilmiş 1.75 ha pay torpaq sahəsindən onun payının ayrılması və ayrılmış torpaq sahəsinin onun birgə mülkiyyətinə verilməklə həmin pay torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Samux rayonu, Alabaşlı qəsəbəsində aqrar-islahat aparılarkən Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli 181 nömrəli qərarı ilə onun və ailə üzvlərinin, yəni 24 (iyirmi dörd) nəfərlik ailə üzvlərinin mülkiyyətlərinə 1.75 ha pay torpaq sahəsi verilmişdir. O, ümumi mülkiyyətdə olan torpaq sahəsindən sərbəst istifadə edə bilmir və həmin torpaq sahəsi üzərində ayrıca heç bir sərəncam verə bilmir. Hazırda payına düşən pay torpaq sahəsindən sərbəst istifadə etmək üçün torpaq sahəsinin naturada ayrılması zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi X18 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğlu, X23, X21, X25, X14, X22 və maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Torpağa mülkiyyət hüququna dair” JN-0522 KOD 50700001 nömrəli Dövlət aktından görünür ki, Samux rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli 181 nömrəli qərarı ilə Samux rayonu, Şəmşəddin kənd sakinləri X1, Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh3 oğlunun, X15, X9, X19, X4 və X10 mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 1.75 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Samux rayonu, Qarayeri qəsəbə ərazisində yerləşən JN-522 (KOD ********) nömrəli “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktına əsasən iki hissədən (522-1.48 ha və 522Z-0.27 ha) ibarət ümumi sahəsi 1.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən X3 payına düşən 0.175 ha (17.0 sot 50.0 kv.m) hissənin ayrılması mümkündür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/1512 nömrəli rəyindən görünür ki, Samux rayonu, Qarayeri qəsəbə ərazisində yerləşən JN-522 (KOD ********) nömrəli “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktına əsasən iki hissədən (522-1.48 ha və 522Z-0.27 ha) ibarət ümumi sahəsi 1.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən X3 payına düşən 0.175 ha (17.0 sot 50.0 kv.m) hissənin ayrılması mümkündür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası MM-nin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası MM-nin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Azərbaycan Respublikası MM-nin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mükiyyətçilərdən hər birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və dağılmadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmə belə nəticəyə gəlir ki, işin tam və obyektiv araşdırılımasını təmin etmək üçün məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş və həmin rəydə Samux rayonu, Qarayeri qəsəbə ərazisində yerləşən JN-522 (KOD ********) nömrəli “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktına əsasən iki hissədən (522-1.48 ha və 522Z-0.27 ha) ibarət ümumi sahəsi 1.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən X3 payına düşən 0.175 ha (17.0 sot 50.0 kv.m) hissənin ayrılmasının mümkün olduğu müəyyən olunmuşdur. İddia ərizəsində göstərilən tələbləri araşdırarkən məhkəmə belə nəticəyə gəlir ki, verilmiş rəy iddia tələbinin həll edilməsi üçün sübut kimi qəbul edilməlidir. Məhkəmə iddia tələbinin “torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması” hissəsinə qiymət verərək, hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Samux rayonu, Qarayeri qəsəbə ərazisində yerləşən JN-522 (KOD ********) nömrəli “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktına əsasən iki hissədən (522-1.48 ha və 522Z-0.27 ha) ibarət ümumi sahəsi 1.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən X3 payına düşən 0.175 ha (17.0 sot 50.0 kv.m) hissədə təcrid şəklində ayrılaraq naturada bölünməlidir. (xx.xx.2024-cü il tarixli ekspert rəyinə əlavə edilmiş plan-sxemə uyğun qaydada). İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğlundan, X11, X7, X16, X2 və X8 müştərək qaydada tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, SFİFT BİK: CTREAZ22, hesab № AZ34CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595 - ə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Samux rayonu, Qarayeri qəsəbə ərazisində yerləşən JN-522 (KOD ********) nömrəli “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktına əsasən iki hissədən (522-1.48 ha və 522Z-0.27 ha) ibarət ümumi sahəsi 1.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən X3 payına düşən 0.175 ha (17.0 sot 50.0 kv.m) hissədə təcrid şəklində ayrılaraq naturada bölünsün. (xx.xx.2024-cü il tarixli ekspert rəyinə əlavə edilmiş plan-sxemə uyğun qaydada). İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğlundan, X11, X7, X16, X2 və X8 müştərək qaydada tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, SFİFT BİK: CTREAZ22, hesab № AZ34CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595 - ə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar