Məhkəmə qərarları › İş №2(058)-385/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-385/2024

09.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-385/2024 09.09.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) X15, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “miras əmlakın qanun üzrə vərəsələr arasında bölünməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X4 miras qalmış Samux rayonu Lək kəndində yerləşən 0,4492 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbulu faktının tanınmasına, qəbul edilmiş mirasa mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ona və ailə üzvlərinə Samux Rayon Aqrar İslahat Komisiyası tərəfindən xx.xx.2002-ci il tarixli JN-200 nömrəli Dövlət Aktı əsasında 2,2461 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyətlərinə verilmişdir. Həmin torpaq sahəsini 22 ildən çox müddətdir ki, istifadə edirlər və həmin mülkiyyətə dair xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəli çıxarış alınmışdır. Mülkiyyətlərində olan 2,2461 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun, oğlu X16, qızı X13, mərhum həyat yoldaşı X6 və mərhum X1nun ümumi birgi mülkiyyətidir. X1 xx.xx.1998-ci il tarixdə ölmüşdür və 26 ilə yaxın müddətdir ki, mərhum qaynatasına məxsus torpaq sahəsini o, ailəsi ilə birlikdə təyinatı üzrə əkib becərmişlər. Həyat yoldaşı X10 atası öldükdən sonra ümumi birgə mülkiyyətdə X5 payından ibarət miras əmlakı faktiki qəbul edərək istifadə etmişdir. Həmin vaxt vərəsələrdən heç kim miras əmlakdan pay tələb etməmişdir. Həyat yoldaşı X11 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Həmin vaxtdan miras əmlakı ailəsi birlikdə o, qəbul etmiş və hazırda təyinatı üzrə istifadə edir. X5 vərəsəsi Cavabdeh1 atasından miras qalmış torpaqdan pay istəyir. Mərhum X1nun oğlanları Cavabdeh1, Cavabdeh2, Paşayeva (Hüseynova) Rahilə Allahverdi qızı və mərhum Cavabdeh2 birinci növbə vərəsələrdir. Miras əmlak faktiki olaraq birinci növbə vərəsələrdən olan əri Cavabdeh2 faktiki qəbul etmişdir. Həmin vaxt vərəsələrdən heç kim miras əmlak olan torpağın bölünməsini tələb etməmişdir. Bu səbəbdən miras əmlakın qəbulu faktının tanınması və mülkiyyət hüququnun müəyyən edilməsi ilə məhkəməyə müraciət etmək zərurət yaranmışdır. xx.xx.2024-cü il tarixdə iddaçının nümayəndəsi (vəkili) X25 tələbin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, mərhum X4 miras qalmış kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qanun üzrə vərəsələr arasında bölünməsinə dair qətnamə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia iddia ərizəsində sözügedən miras əmlakın qanun üzrə vərəsələr arasında bölünməsinə dair qətnamə çıxarılmasını məhkmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X25 iddia tələbini müdafiə edərək tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştarak edən Cavabdeh2 iddianın təmin olunmasına etirazının olmadığını bildirdi. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianın təmin olunmasına etirazının olmadığını bildirdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X26 babası X4 miras qalmış və atasının sağlığında atası tərəfindən faktiki olaraq qəbul edilmiş, atasından isə onlara miras qalmış sözügedən miras əmlakdan payının anası İddiaçı xeyrinə imtina etdiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X22 babası X4 miras qalmış və atasının sağlığında atası tərəfindən faktiki olaraq qəbul edilmiş, atasından isə onlara miras qalmış sözügedən miras əmlakdan payının anası İddiaçı xeyrinə imtina etdiyini bildirmişdir. Cavabdehlərə hazırki məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan sənədlərlə aşağıdakılar müəyyən edilir: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestirindən **********31 reyster nömrəli çıxarışın surətindən görünür ki, Samux rayonu Lək kəndində yerləşən 2.2461 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X16, X14, İddiaçı, X5 və X6 ümumi birgə mülkiyyətlərindədir. Samux rayon qeydiyyat şəbəsinin arayışından görünür ki, Cavabdeh2 20 avqust 1951ci il tarixdə Samux rayonun Lək kəndində anadan olmuş, atası X9, anası X18r. Samux rayon qeydiyyat şəbəsinin arayışından görünür ki, X8 xx xxx 1950-ci il tarixdə Samux rayonun Lək kəndində anadan olmuş, atası X9, anası X18r. AZ 517085 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 01 sentyabr 1963-cü il tarixdə Xanlar rayonunda doğulmuşdur. atası X9, anası X19r. AZ-İİ seriyalı, 377327 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.1998-ci il tarixdə ölmüşdür. İİ-ЖГ- 410725 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 23 mart 1996-cı il tarixdə ölmüşdür. AZ-İİ seriyalı, 064932 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2020-ci il tarixdə ölmüşdür. V-İİ-ЖГ seriyalı, 295680 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə İddiaçı arasında 23 dekabr 1989-cu il tarixdə 37 nömrəli akt qeydi ilə nikah bağlanılmış və nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada Çobanova soyadı verilmişdir. XVİİİ-ЖГ 400234 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 20 iyun 1995-ci il tarixdə Samux rayonunda doğulmuş, atası X10, anası İddiaçıdır. AZ-İ seriyalı, 858544 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X28 ilə X20 arasında 07 avqust 2013-cü il tarixdə 655 nömrəli akt qeydi ilə nikah bağlanılmış və nikah bağlandıqdan sonra ərə Qocayev, arvada Qocayeva soyadı verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Samux rayon natoriat ofisinin Samux Rayon Məhkəməsinə ünvanladığı məktubundan görünür ki, mərhum X5 adına “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemində Samux rayon notariat ofisi üzrə vərəsəlik işinin açılmasına və vərəsələrin dairəsinin müəyyən edilməsinə dair heç bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Samux Rayon İcra Hakimiyyəti Başçısının Lək kənd İnzibati Ərazi Dairəsinin üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı məktubundan görünür ki, mərhum X9 xx.xx.1998-ci ildə vəfat etmiş və ölən günədək ünvan 2 ünvanında qeydiyyatda olmuş və yaşamışdır. Öləndən sonra onun oğlu Cavabdeh1, digər oğlu Cavabdeh2 və qızı Cavabdeh3 adlı ailə üzvləri qalmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, X9 xx.xx.1998-ci ildə ölmüş, onun Samux rayonu Lək kəndində yerləşən və 5 nəfər mülkiyyətçinin ümumi birgə mülkiyyətində olan 2,2461 ha kənd təsərrüfatı təyinatlı torpaqdan olan payı ondan miras qalmışdır. Miras əmlak onun vərəsələri Cavabdeh1, Cavabdeh2, X10 və Cavabdeh3 tərəfindən faktiki olaraq qəbul edilmişdir. X3 xx.xx.2020-ci il tarixdə ölmüş, ondan qalmış mirası isə arvadı İddiaçı, övladları X22 və X26 qəbul etmişdir. Sözügedən hallar işin mübahisəsiz hallarıdır. X2 qanun üzrə vərəsəsi İddiaçı qaynatası A.Hüseynovdan miras qalmış, həm cavabdehlər həm də əri R.Hüseynov tərəfindən faktiki olaraq qəbul edilmiş, ərinin ölümündən sonra isə ərinin payına münasibətdə o və övladları tərəfindən qəbul edilmiş mirasın qanun üzrə vərəsələr arasında bölünməsini tələb edir. R.Hüseynovun vərəsələri (uşaqları) X22 və X26 isə məhkəmə araşdırması zamanı, babaları A.Hüseynovdan qalmış və ataları tərəfindən faktiki olaraq qəbul edilmiş, atalarının ölümündən sonra isə anaları İddiaçı və onlar tərəfindən faktiki olaraq qəbul edilmiş həmin miras əmlakdan öz paylarına münasibətdə anaları İddiaçı xeyirinə imtina etdiklərini bildirmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə ataları A.Hüseynovdan miras qalmış əmlakın qanun üzrə vərəsələr arasında bölünməsinə etirazlarının olmadığını bildirmişlər. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Samux rayonu Lək kəndində yerləşən və 5 nəfər mülkiyyətçinin ümumi birgə mülkiyyətində olmuş 0,4492 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən A.Hüseynovun 1/5 hissədə payından ibarət miras əmlak onun qanun üzrə vərəsələri arasında bölünməlidir. Lakin qanun üzrə vərəsələrdən X10 hazırda sağ olmadığından, lakin sözügedən miras əmlakı sağlığında faktiki olaraq qəbul etmiş olduğundan, ondan miras qalmış həmin əmlakı isə onun 3 nəfər qanuni vərəsələri qəbul etdiyindən, lakin həmin vərəsələrdən L.Qocayeva və Ü.Hüseynov sözügedən mirasdan öz paylarına münasibətdə anaları İddiaçı xeyirinə imtina etdiklərindən miras əmlakın 5\1 hissəsinə İddiaçı payı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (maddə 1146). Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir (maddə 1151). Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr hesab olunurlar (maddə 1159.1.1). Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (maddə 1243.2). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (maddə 1246). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1281-ci maddəsinə əsasən əgər mirası qəbul edən bütün vərəsələrin razılaşması ilə ayrı qayda müəyyənləşdirməyibsə, bölünməsi təsərrüfat təyinatının itirilməsinə və ya zəifləməsinə səbəb olacaq əmlak bölüşdürülmür və vərəsələrin paylarına uyğun onların ümumi mülkiyyəti olur. 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 209.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X7 ümumi birgə mülkiyyət hüququ ilə məxsus olmuş Samux rayonu Lək kəndində yerləşən 2.2461 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən A.Hüseynovun 1/5 hissədə miras qalmış payından İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 1/4 hissədə payları müəyyən edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar