Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-393/2023 07.03.2023 SAMUX RAYON MƏKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, Samux Rayonu Samux Bələdiyyəsi tərəfindən İcbari Tibbi Sığorta Fonduna 61,94 manat, dövlət büdcəsinə 244,37 manat, Dövlət Sosial Müdafiə Fonduna 23930,23 manat, İşsizlikdən Sığorta Fonduna 487,13 manat olmaqla, ümumilikdə 24723,67 manat borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs (doğulduğu tarix-xx xxxxx 1950-ci il, doğulduğu yer – Azərbaycan, Samux, Nəbiağalı qəsəbəsi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Samux Rayonu Samux Bələdiyyəsinin (VÖEN:**********) İcbari Tibbi Sığorta Fonduna 61,94 manat, dövlət büdcəsinə 244,37 manat, Dövlət Sosial Müdafiə Fonduna 23930,23 manat, İşsizlikdən Sığorta Fonduna 487,13 manat olmaqla ümumilikdə 24723,67 manat məbləğində borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli, **********6, xx.xx.2022ci il tarixli, **********5, xx.xx.2022-ci il tarixli, **********3, xx.xx.2021-ci il tarixli, **********0 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasında bildirmişdir ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-1550/2022 saylı qərarı ilə Samux rayonu, Samux Bələdiyyəsinin dövlət büdcəsinə ödənilməmiş 424.78 manat borcuna görə 1000 manat məbləğində siyahıya alınmış əmlakının açıq hərracdan satılması, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-1540/2022 saylı qərarı ilə isə Samux rayonu, X2 Tibbi Sığorta Fonduna ödənilməmiş 351,2 manat borcuna görə 1600 manat məbləğində siyahıya alınmış əmlakının açıq hərracdan satılması qərara alınmışdır. X3 Məhkəməsinin icraatında Vergilər İdarəsinin Samux Rayon Bələdiyyəsinə qarşı bələdiyyəyə məxsus 1,91 ha, dəyəri 22000 manat olan torpaq sahəsinin hərracda satılması tələbi barədə iş var. Gəncə İnzibati Məhkəməsinin qərarı ilə həmin tələbin təmin olunacağı təqdirdə borc satılmış əmlak hesabına ödənilə bilər. Buna görə də, hazırki ərizənin təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə ərizə ünvanlanaraq işə nümayəndəsinin iştirakı olmadan baxılması və ərizənin təmin edilmə barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq olaraq 185.5-ci maddəsinə əsasən məhkəmə işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə maraqlı şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş hüquqi şəxs haqqında məlumatdan görünür ki, Samux Rayon Samux Bələdiyyəsi xx.xx.2010-cu il tarixdə 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qeydiyyata alınmış və ona ********** VÖEN verilmişdir. Hüquqi şəxsin rəhbəri Maraqlı şəxs xx.xx.1950-cı il tarixdə Samux rayonu Nəbiağalı qəsəbəsində doğulmuşdur. Samux rayonu, Nəbiağalı qəsəbəsində qeydiyyatdır. 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, Samux Rayonu Samux Bələdiyyəsinin xx.xx.2023-cü il tarixə ümumilikdə 24723,67 manat məbləğində vergi borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Həmin Məcəllənin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi əsaslı olduğundan təmin olunmalı və Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 213-220, 355-5, 357-362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: Ərizə təmin edilsin. xx xxxxx 1950-ci il tarixdə Samux rayonunda doğulmuş, Samux rayonu Nəbiağalı qəsəbəsində qeydiyyatda olan və yaşayan X1 (FİN – xxxxxxx) ölkədən getmək hüququ, Samux Rayon Samux Bələdiyyəsinin 24723,67 manat məbləğində vergi borcu üzrə vergi öhdəliyinə xitam verilənədək müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-393/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-393/2023
07.03.2023 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver