Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-396/2025 18.03.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, iddiaçı X1 etibarnamə üzrə nümayəndəsi X2 və cavabdeh X3 iştirakları ilə, İddiaçı X1 cavabdeh X4 qarşı “torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı X5 cavabdeh X4 qarşı “torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən 0.09 ha torpaq sahəsinin tərəflərin paylarına uyğun naturada bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X1 etibarnamə üzrə nümayəndəsi X6 iddia tələbini müdafiə edərək həmçinin bildirdi ki, sözügedən torpaq sahəsi Samux Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli, 2(058)-40/2019 saylı qətnaməsi ilə cavabdehə iddiaçı arasında naturada bölünüb. Bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi var. Lakin hesab edir ki, bölgü qətnamədə aydın göstərilməyib. Ona görə də iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh X7 iddianı qəbul etməyərək bildirdi ki, sözügedən torpaq sahəsi Samux Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli, 2(058)-40/2019 saylı qətnaməsi ilə iddiaçı ilə onun arasında naturada bölünüb. Bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi var. Ona görə də həmin işə yenidən baxılması yolverilməzdir. İş materiallarında olan Samux Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli, 2(058)-40/2019 saylı qətnaməsindən görünür ki, Samux rayon Qarayeri qəsəbəsində yerləşən, RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışa və fərdi yaşayış evinin xx.xx.2015ci il tarixi, 3641 inventar-nömrəli texniki pasportuna əsasən iddiaçı Cavabdeh və cavabdeh İddiaçı ümumi birgə mülkiyyətində olan 0,09 ha həyətyanı torpaq sahəsindən iddiaçıya və cavabdehə düşən payın naturada real bölünməsi qət edilmişdir. Samux Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli, 2(043)-546/2019 icra vərəqəsinin surətindən görünür ki, Samux Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli, 2(058)-40/2019 saylı qətnaməsinə əsaəsən icra olunmuşdur. xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi bəradə qərarın surətindən görünür ki, məhkəmə qətnaməsinin icrası təmin edildiyindən Samux Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli, 2(043)-40/2019 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə iş üzrə icraata xitam verir. Hazırkı mübahisə üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Buna görə də hazırkı mülki işin tərəfləri, irəli sürülmüş iddianın predmeti və əsası Samux Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli, 2(058)-40/2019 saylı qətnaməsi ilə həll edilmiş mübahisənin tərəfləri, iddianın predmeti və əsası ilə eynidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 261, 263-264, 266-269-cu maddələrinə əsasən, məhkəmə q ə r a r a a l d ı: İddiaçı X1 cavabdeh X4 qarşı “torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-396/2025
Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-396/2025
18.03.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver