Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-40/2024 22.04.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı, həmçinin digər iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi İddiaçı1, iddiaçı, həmçinin digər iddiaçılar İddiaçı5 Fizuli qızının və X10 nümayəndəsi İddiaçı6 oğlunun iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X10, İddiaçı4, İddiaçı5 Fizuli qızının, İddiaçı6 oğlunun cavabdehlər X15, Cavabdeh2, Cavabdeh3 və X6 qarşı “ümumi mülkiyyətdə olan torpaq sahəsindən paylarının naturada ayrılması və həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X17, İddiaçı4, İddiaçı5 Fizuli qızı, İddiaçı6 oğlu cavabdehlər X15, Cavabdeh2, Cavabdeh3 və X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN 472 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən cavabdehlərlə ümumi birgə mülkiyyətlərində olan 0,8343 ha, 0,981 ha torpaq sahəsindən paylarının naturada ayrılıb istifadələrinə verilməsi və mülkiyyət hüquqlarının tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onların ailə üzvlərinə Samux Rayon Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixlı 01 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 4.27 ha torpaq sahəsi verilmişdir. X2 xx.xx.2000-ci il tarixdə, anaları X16 isə xx.xx.2002-ci il tarixdə ölmüşdür. Cavabdehlərlə qarşılıqlı razılaşma əsasında torpaq sahəsinin bir hissəsi satılsa da, 0.8343 ha və 0.981 ha konturlarda yerləşən torpaq sahələri ümümi mülkiyyətlərində qalmışdır. Sözügedən torpaq ümumi mülkiyyət olduğundan cavabdehlər onlara torpaqdan istifadə və ona dair sərəncam vermə hüquqlarını həyta keçirməyə mane olurlar. Buna görə də hazırkimiddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən iddiaçı, həmçinin digər iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi İddiaçı1 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, həmçinin bildirdi ki, üş üzrə verilmiş ekspert rəyi ilə razıdır. İddianın təmin edilməsi barədə qətnamə çıxıarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı, həmçinin digər iddiaçılar İddiaçı5 Fizuli qızının və X10 nümayəndəsi İddiaçı6 oğlu iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, həmçinin bildirdi ki, üş üzrə verilmiş ekspert rəyi ilə razıdır. İddianın təmin edilməsi barədə qətnamə çıxıarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlərə isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə maraqlı şəxs DƏDKRX Publik Hüquqi şəxsin 3 saylı Gəncə ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayarq onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçıların izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan “Torpağa mülkiyyət hüququna dair” JN-472, kod 50708018 saylı dövlət aktının surətindən görünür ki, Samux rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 19 yanvar tarixli qərarı ilə 4.27 ha kənd təsərrüfatı təyinatlı torpaq X12, X7, İddiaçı1, İddiaçı2, İddiaçı3, X10, İddiaçı4, X8, İddiaçı6 oğlunun, X13, Cavabdeh2, Cavabdeh3 və X3 ümumi mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş AZ İİ 155371 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.2000-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş AZ İİ 155370 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2002-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reysteri publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Samux rayonu Kolayır kəndində yerləşən 4,27 ha torpaq sahasinə dair JN-472, KOD 50708018 nömrəli dövlət aktı İddiaçı1 və onun digər on iki nəfər ailə üzvlərinin adına işlənmişdir, Həmin torpaq sahəsi dörd konturdan (1.7979 ha, 0,8343 ha, 0,981 ha və 0,6548 ha) ibarət olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 fevral 2024-cü il tarixli rəyindən görünür ki, Araşdırma zamanı, (N-472 (KOD ********) saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən iddiaçıların və cavabdehlərin hazırda ümumi mülkiyyətlərində olan 472A nömrəli-0.8343 ha torpaq sahəsinin, **********13 reyestr nömrəli Çıxarışa əsasan X14 və ailə üzvlərinin paylı mülkiyyətlərində olan, **********7 reyestr nömrəli Çıxarışa əsasən "xxxx" MMC-nin xüsusi mülkiyyətində olan, **********35 reyestr nömrəli Çıxarışa əsasən X4 xüsusi mülkiyyətində olan, **********52 reyestr nömrəli Çıxarışa əsasən X9 xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi, 472 C nömrəli-0.981 ha torpaq sahəsinin isə, **********53 reyestr nömrəli Çıxarışa əsasən X9 xüsusi mülkiyyətində olan torpaq sahəsi, **********47 reyestr nömrəli Çıxarışa əsasən X19 və X5 paylı mülkiyyətlərində olan torpaq sahəsi, **********84 nömrəli Çıxarışa əsasən X11 və ailə üzvlərinin paylı mülkiyyətlərində olan torpaq sahəsi ilə üst-üstə düşməsi halı aşkarlanmış və bu səbəbdən də, bölgünün aparılması mümkün olmadlğı, lakin, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarına istinadən sözügedən torpa sahələrinin mülkiyyətçilərin paylarına uyğun bölgüsünün mümkün olduğu muəyyən edilmişdir. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından və iş materiallarından məlum olur ki, “Torpağa mülkiyyət hüququna dair” JN-472, kod 50708018 saylı dövlət aktına əsasən iddiaçıların və cavabehlərin ümumi birgə mülkiyyətində olan 4,27 ha torpaq sahəsi dörd konturdan (1.7979 ha, 0,8343 ha, 0,981 ha və 0,6548 ha) ibarətdir. Hazırda iddiaçılar həmin torpaq sahəsinin iki konturu, yəni 0,8343 ha, 0,981 ha hissələrindən onların payına düşən hissənin naturada bölünərək onlara verilməsini tələb edirlər. Torpaq sahəsi ümumi birgə mülkiyyətdə olduğundan birgə mülkiyyətçilərin payları bərabərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.2-ci maddəsinə əsasən əgər ümumi mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Ümumi mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Ümumi ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Ümumi mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 220-ci maddəsinə əsasən: 220.1. Ümumi mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Ümumi mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə ümumi mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin ümumi mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən ümumi mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Ümumi mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da ümumi mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 223-cü maddəsinə əsasən: 223.1. Birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 223.4. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, mülkiyyətçinin öz əmlakı üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun həyata keçirilməsinin adi şərtlərindən biridir. Bu baxımdan mülkiyyətçinin ümumi mülkiyyətdə olan əmlakdan öz payının ayrılmasını tələb etmək hüququ da onun öz əmlakına sərəncam vermək hüququ olmaqla əsassız olaraq məhdudlaşdırıla bilməz. Ümumi mülkiyyət hüququ ilə bir neçə şəxsə məxsus olan əmlakdan payın ayrılması ilə bağlı qaydalar Mülki Məcəllənin 220-ci maddəsi ilə tənzimlnmişdir. Bu maddədə göstərilmiş qaydalara uyğun olaraq ümumi mülkiyyətdən payın ayrılmasının naturada bölünmə, payın əvəzinə kompensasiya verilməsi və açıq hərracdan satılaraq əldə edilən vəsaitin bölünməsi formaları mövcuddur. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması isə qanunvericiliyin tələbinə görə Mülki Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. İddiaçılar məhkəməyə ümumi birgə mülkiyyətlərində olan əmlakın naturada bölünməsi tələbi ilə müraciət etmişlər, məhkəmənin müvafiq qərardadına əsasən sözügedən torpaq sahələrindən iddiaçıların paylarının naturada bölünməsinin mümkün olub-olmamsı barədə ekspert rəyi verilmişdir. Həmin rəydə Samux rayonu Kolayır kəndində yerləşən, JN-472 nömrəli dövlət aktına əsasən iddiaçıların və cavabdehlərin ümumi mülkiyyətində olan 0.8343 ha və 0.981 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarına istinadən iddiaçıların payına düşən hissəsinin naturada real bölgüsünün mümkün olduğu qeyd olunmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi sözügedən torpaq sahələrinin naturada bölünməsi hissəsində təmin olunmalı, Samux rayonu Kolayır kəndində yerləşən, JN-472 nömrəli dövlət aktına əsasən iddiaçıların və cavabdehlərin ümumi birgə mülkiyyətində olan 0.8343 ha və 0.981 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin iddiaçıların payına düşən hissəsi naturada bölünərək iddiaçılara verilməlidir. Məhkəmə iddai tələbinin sözügedən torpaq sahəsinə iddiaçıların mülkiyyət hüquqlarının tanınmasına dair hissəsinə münasibətdə isə qeyd edir ki, məhkəmə mülkiyyət hüququnu tanıyan orqan olmadığından tələb həmin hissədə əsassızdır və məhkəmədə baxılmalı deyil. Odur ki, məhkənin müvafiq qərardadı ilə tələbə, məhz həmin hissədə xitam verilmişdir. İş üzrə məhkəmə xərci ekspert rəyinin verilməsi üçün ödənilən 100 manat puldan ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ekspert rəyinin verilməsi üçün iddiaçılar tərəfindən ödənilmiş 100 manat pul cavabdehlərdən müştərək qayadad tutularaq iddiaçılara ödənilməlidr. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Samux rayonu Kolayır kəndində yerləşən, JN-472, KOD 50708018 saylı Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən iddiaçıların və cavabdehlərin ümumi birgə mülkiyyətlərində olan dörd konturdan ibarət olan 4,27 ha tprpaq sahəsinin iki koturuna, yəni 0.8343 ha və 0.981 ha hissələrinə münasibətdə iddiaçıların 1/13 hissədə payları naturada bölünərək onlara, yəni İddiaçı1, İddiaçı2, İddiaçı3, X17, İddiaçı4, İddiaçı5 Fizuli qızı, İddiaçı6 oğluna verilsin. Ekspert rəyinin verilməsi üçün iddiaçılar tərəfindən ödənilən 100 manat pul cavabdehlər X20, Cavabdeh2, Cavabdeh3 və X1 müştərək qaydada tutularaq iddiaçılara ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-40/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-40/2024
22.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver