Məhkəmə qərarları › İş №2(058)-42/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-42/2024

22.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-42/2024 22.04.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və iddiaçıların nümayəndəsi (vəkili) X3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və X1 Cavabdeh qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, X4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə ümumi birgə mülkiyyətlərində olan və Samux rayonu Qarabağlı kəndi ərazisində yerləşən 2.1064 ha və 0.528 ha torpaq sahələrindən paylarının naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona və onun ailə üzvlərinə, Samux Rayon Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli 01 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı ücün 2.63 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahələrinə dair mülkiyyət hüququnu təsdiq edən danşınmaz əmlakın dövlət reysterindən çıxarış almışlar. Həmin torpaq sahəsi cavabdehlə onların ümumi birgə mülkiyyətlərində olduğundan cavabdeh onlara istifadə və sərəncam vermək hüquqlarını həyata keçirmələrinə mane olur. Ona görə də sözügedən torpaq sahələrindən paylarının naturada bölünməsinə dair qətnamə çıxarılmasını xahiş edirlər. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, həmçinin bildirdi ki, ekspert rəyi ilə razıdır. Tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi (vəkili) X5 iddianı müdafiə edərək, iddiaçıların ekspert rəyi ilə razı olduqlarını bildirdi və tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə, İddiaçı1 və iddiaçıların nümayəndəsinin (vəkilinin) izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və X7 Şəxsi hüquların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reysterindən **********05 reyster nömrəli çıxarışın surətindən görünür ki, 0.528 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi İddiaçı1, Cavabdeh, İddiaçı3 və İddiaçı2 ümumi birgə mülkiyyətlərindədir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və X7 Şəxsi hüquların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reysterindən **********04 reyster nömrəli çıxarışın surətindən görünür ki, 2,1064 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi İddiaçı1, Cavabdeh, İddiaçı3 və İddiaçı2 ümumi birgə mülkiyyətlərindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş 3-16-16/2-10/9637 nömrəli ekspert rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən **********04 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli və **********05 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli Çıxarışlara əsasən İddiaçı1, İddiaçı2, İddiaçı3 Sədəddin qızının və Cavabdeh ümumi birgə mülkiyyətində olan 2.1064 ha və 0,528 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 818 nömrəli Fərmanı əsasında hazırlanmış torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarına istinadən tərəflərin payına uyğun olaraq texniki cəhətdən bölünməsi mümkündür. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, sözügedən torpaq sahələri İddiaçı1, İddiaçı2, İddiaçı3 Sədəddin qızının və Cavabdeh ümumi birgə mülkiyyətlərindədir. Hazırda iddiaçılar həmin torpaq sahələrindən onların payına düşən hissənin naturada bölünərək onlara verilməsini tələb edirlər. İş üzrə verilmiş müvafiq ekspert rəyində sözügedən torpaq sahələrinin naturada bölünməsinin mümkünlüyü göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.2-ci maddəsinə əsasən əgər ümumi mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Ümumi mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Ümumi ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Ümumi mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 220-ci maddəsinə əsasən: 220.1. Ümumi mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Ümumi mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə ümumi mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin ümumi mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən ümumi mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Ümumi mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da ümumi mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Həmin Məcəllənin 223-cü maddəsinə əsasən: 223.1. Birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 223.4. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, mülkiyyətçinin öz əmlakı üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun həyata keçirilməsinin adi şərtlərindən biridir. Bu baxımdan mülkiyyətçinin ümumi mülkiyyətdə olan əmlakdan öz payının ayrılmasını tələb etmək hüququ da onun öz əmlakına sərəncam vermək hüququ olmaqla əsassız olaraq məhdudlaşdırıla bilməz. Ümumi mülkiyyət hüququ ilə bir neçə şəxsə məxsus olan əmlakdan payın ayrılması ilə bağlı qaydalar Mülki Məcəllənin 220-ci maddəsi ilə tənzimlnmişdir. İddiaçılar məhkəməyə ümumi birgə mülkiyyətində olan əmlakın naturada bölünməsi tələbi ilə müraciət etmişlər. Qanunvericlikdə göstərilir ki, ümumi birgə mülkiyyətdə paylar bərabər sayılır. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması isə qanunvericiliyin tələbinə görə Mülki Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Məhkəmə hesab edir ki, iddia tələbi, iddia ərizəsində sözügedən torpaq sahələrinin naturada bölünməsi hissəsində təmin olunmalı, Samux rayonu Qarabağlı kəndində yerləşən, Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən **********04 reyestr nömrəli və **********05 reyestr nömrəli Çıxarışlara əsasən iddiaçıların və cavabdehin ümumi birgə mülkiyyətlərində olan 2.1064 ha və 0.528 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri iddiaçıların payına uyğun olaraq texniki cəhətdən bölünərək iddiaçılara verilməlidir. Məhkəmə iddai tələbinin sözügedən torpaq sahələrinə iddiaçıların mülkiyyət hüquqlarının tanınmasına dair hissəsinə münasibətdə isə qeyd edir ki, məhkəmə mülkiyyət hüququnu tanıyan orqan olmadığından tələb həmin hissədə əsassızdır və məhkəmədə baxılmalı deyil. Odur ki, məhkənin müvafiq qərardadı ilə tələbə məhz, həmin hissədə xitam verilmişdir. İş üzrə məhkəmə xərci ekspert rəyinin verilməsi üçün ödənilən 100 manat puldan ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, ekspert rəyinin verilməsi üçün iddiaçılar tərəfindən ödənilmiş 100 manat pul cavabdehdən tutularaq iddiaçılara ödənilməlidr. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Samux rayonu Qarabağlı kəndində yerləşən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********04 reyestr nömrəli və **********05 reyestr nömrəli Çıxarışlara əsasən iddiaçıların və cavabdehin ümumi birgə mülkiyyətlərində olan 2.1064 ha və 0.528 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri iddiaçıların payına uyğun olaraq, yəni iddiaçıların hər birinə 1/4 hissədə texniki cəhətdən bölünərək İddiaçı1, İddiaçı2, X2 verilsin. Ekspert rəyinin verilməsi üçün iddiaçılar tərəfindən ödənilən 100 manat pul cavabdehdən tutularaq iddiaçılara ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəəy minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar