Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-453/2025 25.06.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Tağıyev Cavid Firqət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Samux rayonu, Sərkar kəndində yerləşən 1.47 ha pay torpaq sahəsindən ibarət miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi iddiasını onunla əsaslandırmışdır ki, mərhum atası X16 xx.xx.1989-cu ildə ölmüşdür. X5 atası Tağının anasıdır. Mərhum nənəsi X5 xx.xx.2003-cü ildə ölmüşdür. Samux rayonu Aqrar İslahat Komissiyasının 30 avqust 1998-ci il tarixli 05 saylı qərarı ilə mərhum nənəsi X4, o və onun ailə üzvləri X7, X6 və X11 mülkiyyətinə 1.47 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi nənəsi X5 ölməmişdən əvvəl, öldükdən sonrada o və ailə üzvləri istifadəsindədir və idarəçiliyindədir. Nənəsinə o baxmışdır, nənəsi rəhmətə gedəndə onun dəfn mərasimini o təşkil etmiş və dəfn xərclərini çəkmişdir. Nənəsi ondan başqa vərəsəsi yoxdur. Buna görə də, mərhum nənəsi X4 payına düşən torpaq sahəsini adına sənədləşdirmək istəyir. Ona görə də, məhkəmədə miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması, birinci növbəli vərəsə kimi tanınma və mübahisəli torpaq sahəsinin mərhum nənəsi X4 payına düşən hissəsinə vərəsə kimi mülkiyyət hüququnun tanınması və mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxsə isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materialları tədqiq edərək hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Torpağın mülkiyyətə verilməsinə dair JN 0438F, KOD 50700048 saylı şəhadətnamənin surətindən görünür ki, Samux Rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1998-ci il tarixli 05 saylı qərarı ilə 1.47 ha torpaq sahəsi X5, X18, X13, X12 və X11 ümumi mülkiyyətinə verilmişdir. 13 avqust 2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 11 mart 2003-cü il tarixdə ölmüşdür. 11 iyun 2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 07 avqust 1989-cu il tarixdə ölmüşdür. Doğum haqqında arayışın surətindən görünür ki, 20 mart 1941-ci ildə doğulmuş X10 anası X1r. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Samux Rayon Qeydiyyat Şöbəsi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş xx.xx.2025-ci il tarixli cavabdan görünür ki, 11,03.2003-cü il tarixdə vəfat etmiş X4 rəsmi nikahda olması və həmin nikahdan övladlarının olmasına dair Vətandaşlıq Vəziyyəti aktlarının elektron informasiya sistemində nikah və doğum haqqında akt qeydləri üzrə aparılmış yoxlama nəticəsində heç bir məlumat aşkar edilməmişdir. İrəli sürülmüş tələblərə baxılarkən əvvəlcə iddiaçının (ərizəçinin) müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra tələbin əsaslı olub-olmamasına hüquqi qiymət verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hazırda ərizəçinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunmasını tələb etdiyi Samux rayonu Sərkar kəndində yerləşən 1,47 ha torpaq sahəsi Samux rayonu Aqrar İslahat Komissiyasının qərarı ilə X4, X14, X7, X6 və X11 ümumi mülkiyyətinə verilmişdir. Yəni sözügedən miras əmlakın yalnız 1/5 hissəsi X3 miras qalmışdır. Hansı ki, ərizəçi ümumi mülkiyyətdə olan həmin torpaq sahəsini bütövlükdə miras əmlak kimi göstərərək onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunmasını tələb edir. Eyni zamanda iş materiallarındakı sözügedən mülkiyyət sənədində mülkiyyətçinin adı X2 qeyd olunmuşdur, həmçinin iş materiallarındakı ölüm haqqında şəhadətnamənin də məhz həmin şəxsə məxsus olduğu aydındır. Halbuki ərizəçinin atasının doğum haqqında arayışının surətindən isə aydın olur ki, onun anasının (yəni ərizəçinin nənəsinin) adı X1r. Yəni mülkiyyət sənədində mülkiyyətçi kimi adı qeyd olunmuş şəxsin soyadı ilə ata adı ərizəçinin nənəsinin soyadı və ata adı ilə üst-üstə düşmür. Belə olan halda sözügedən miras əmlakın ərizəçinin nənəsinə məxsus olması istisna olunur. Bu səbəbdən dolayı ərizəçinin hazırki tələbi irəli sürməkdə subyektiv hüququ yaranmır. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-453/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-453/2025
25.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerin
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver