Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-554/2024 18.11.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X6 məhkəmə iclas katibliyi, Ərizəçi, iddiaçının vəkili Vəkil və maraqlı şəxslər Maraqlı şəxs5 və Maraqlı şəxs4 iştirakları ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdim: Ərizəçi “15” avqust 2024-cü il tarixdə Babək Rayon Məhkəməsinə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə müraciət edərək atası X1 miras qalmış Babək rayonu Şıxmahmud kəndində yerləşən ümumi sahəsi 2521.29 m2 olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən sahəsi 99.13 m2 olan yaşayış sahəsindən ibarət miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə məhkəmənin icraatına qəbul edilərək mülki iş üzrə məhkəmə hazırlıq iclası təyin edilmişdir. 16 sentyabr 2024-cü il tarixdə keçirilən məhkəmənin hazırlıq iclasında qəbul edilmiş qərardad ilə Maraqlı şəxs6, Maraqlı şəxs5, X3, Maraqlı şəxs4, Maraqlı şəxs3 və Maraqlı şəxs2 maraqlı şəxs qismində işə cəlb edilmişlər. İşdə iştirak edən şəxslərdən Maraqlı şəxs6, X3, Maraqlı şəxs3 və Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Sözügedən şəxlsər tərəfindən məhkəməyə teleqramlardan onların ərizəyə etiraz etmədikləri müəyyən olunur. Maraqlı şəxs5 və Maraqlı şəxs4 isə xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında ərizəni qəbul etmədiklərini bildirmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin müddəalarına əsasən işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, 4 ay ailəli olmuşam. Daha sonra isə nikahım pozulmuş və bundan sonra Babək rayonu, Şıxmahmud kəndində yerləşən atama məxsus evə qayıdıb orada yaşamışam. Anama və atama mən qulluq etmişəm. Atam vəfat etdikdən sonra onun dəfn xərclərini mən qarşılamışam. Eyni zamanda miras əmlakda yaşadığım müddətdə oranı təmir etmişəm, evdə mətbəx, hamam düzəltdirmişəm. Sadəcə qardaşım Ramiz miras əmlakın mənim adıma rəsmişləşdirilməsinə dair ərizə verməkdən imtina edir. Mən həmin əmlakın adıma keçirilməsini istəyirəm. Neçə illərdir orada əziyyət çəkmişəm. Hazırda da oranın təsərrüfatını mən idarə edirəm. Ramizin isə Culfada və Şıxmahmudda evi vardır və orada yaşayaır. Həmin həyətin və evin bütün təmir işlərini mən görmüşəm. Əvvəllər orada demək olar, ki heç nə yox idi. Mən xadimə işləyib əziyyətlə oranı düzəltmişəm. Valdeynlərimə neçə illər qulluq etmişəm. Ramiz isə bizimlə maraqlanmayıb. Digər bacıqardaşlarım əmlakın mənim adıma keçirilməsinə etiraz etmirlər. Həmin evdə hazırda tək yaşayıram. X2 30 il bundan qabaq vəfat edib. Anam şəkər xəstəsi idi, ona mən qulluq etmişəm. Həmin vaxt bacı-qardaşlarım ailə qurub evdən getmişdilər. Atam isə 6 il bundan qabaq vəfat edib. Evin bütün kommunal xərclərini mən ödəyirəm. Qardaşım İlqar vəfat 2007-ci ildə edib, qalan bütün bacı-qardaşlarım ailəlidirlər. O vəfat edəndə anam rəhmətə getmişdi. İlqarın 2 övladı Babayev Məhəmməd və qızı Babayeva Türkayın əmlakın mənim adıma keçirilməsinə etiraz etmirlər. Atamın dəfn xərclərini mən qarşılamışam və yas mərasimi həmin miras əmlakda olub. Mən 1998-ci ildə anamın vəfatından əvvəl ailə qurub, daha sonra ayrılıb ata evinə qayıtmışam. Atam vəfat etdikdən sonra da orada tək yaşamışam. Maraqlı şəxs5 ailəlidir. Özü və övladları ilə Bakı şəhərində yaşayır. Atam öldükdən sonra 6 ay müddətində orada məndən başqa heç kim yaşamayıb. Maraqlı şəxs5 xx.xx.2024-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahatında bacısı Məhluqənin neçə illərdir orada yaşadığını, buna etiraz etmədiklərini, bacısının Qarabağlar kəndinə ərə getdiyini, sonra ayrıldığını, həmin nikahdan övladının olmadığını, onun vərəsəsi olmadığına görə həmin əmlakı qəbul etməsinə etiraz etdiklərini, ərizəçinin ona nəsə olacağı müqabilində evi öz uşaqlarına verməsinə dair öhdəliklə bağlı ərizə verməsi müqabilində onun mirası qəbul etmə faktının təsdiq olunmasına etiraz etmədiyini, şəxsin ayrıldıqdan sonra həmin əmlakda yaşadığını, heç vaxt buna etiraz etmədiklərini, bacıqardaşların hərəsinin özünə məxsus evdə yaşadığını, ərizəyə etiraz etdiyini bildirdi. Maraqlı şəxs4 xx.xx.2024-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahatında mirasın ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən olunmasına etiraz etdiyini, özünün də həmin mirasda olan payının ayrılıb ona verilməsini xahiş etdiyini bildirdi. İş materiallarını işdə iştirak edən şəxslərin izahatları və yazılı ərizələri ilə birlikdə tədqiq edən məhkəmə belə hesab edir ki, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 305.1 və 305.1.1-ci maddələrinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2 və 307.2.9cu maddələrindən aydın olur ki, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə işlər hüquqi əhəmiyyəti olan faktlara daxildir. MPM-in 306.1 və 306.2-ci maddələrinə görə məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. MPM-in 306.4-cü maddəsinə əsasən, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli, 3 №-li qərarının 1.1-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. İddianın baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur. Bundan əlavə, həmin qərarın 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, MPM-in 170 və 260-cı maddələrinə müvafiq olaraq ərizənin baxılmamış saxlanılmasına yalnız qanunla müəyyən edilmiş qaydada keçirilən məhkəmə baxışında yol verilir. MPM-in 259.0 və 259.0.10-cu maddələrinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə məhkəmə hesab edir ki, xx.xx.2024-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edildiyindən Ərizəçinun mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmalı, işdə iştirak edən şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnun mövcudluğu izah edilməlidir. Belə ki, MPM-in 306.4-cü maddəsinə görə isə xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. MPM-in 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edildiyindən və Ərizəçinun ərizəsi baxılmamış saxlanılmalı olduğundan məhkəmə MPM-in 260.3-cü maddəsinin tələbinə əsasən, büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, ərizə verilərkən "Kapital Bank"ın Naxçıvan filialına xx.xx.2024-cü il tarixli, 27140 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Yuxarıda göstərilənləri və MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. İşdə iştirak edən şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnun mövcudluğu izah edilsin. Ərizəçi tərəfindən ərizə verilərkən "Kapital Bank"ın Naxçıvan filialına xx.xx.2024-cü il tarixli, 27140 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-554/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-554/2024
18.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerin
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver