Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-477/2023 01.06.2023 SAMUX RAYON MƏKƏMƏSİ X7 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 10000 (on min) manat və ödənilmiş 120 (yüz iyirmi) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdehlərə məxsus 2.05 ha pay torpaq sahəsini xx.xx.2021-ci il tarixdə Samux rayonu, Qarabağlar kənd icra nümayəndəliyində müqavilə bağlamaqla 10.000 manata almışdır. Həmin vaxt torpaq sahəsində digər mülkiyyətçi xəstə olduğundan, onlar notariat kontoruna gedib müqavilə bağlaya bilməmişlər. Cavabdehlər ona bildirmişlər ki, mülkiyyətçilərdən X2 psixololi xəstədir, qəyyumluq alandan sonra torpaq sahəsini sənədləşdirəcəklər. O, cavabdehlərin sözlərinə inanmış, icra nümayəndəsinin iştirakı ilə cavabdehlərə 10.000 manat pul vermiş, bu barədə müqavilə bağlamışlar, nümayəndəlikdə müqaviləni möhürlə təsdiqləmişdir. O, dəfələrlə cavabdehlərə notariat kontorunda müqavilə bağlamağı təklif etmiş, lakin cavabdehlər bundan imtina etmişlər. Hazırda isə ona məlum olmuşdur ki, cavabdehlər həmin torpaq sahəsini başqa şəxsə satırlar. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh3 məhkəmə iclasında bildirdi ki, Samux rayonu, Qarabağlar kəndində yerləşən 2.05 ha pay torpaq sahəsi ona və onun ailə üzvlərinə məxsusdur, torpaq sahəsinə görə o, İddiaçı 5000 manat pul almışdır. Həmin pulun 3500 manat məbləğində pulu özü götürmüş, qalan 1500 manat məbləğində pulu isə qardaşına vermişdir. İddiaçı uzun müddətdir ki, onlara məxsus torpaq sahəsindən istifadə edərək, gəlir əldə edir. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasına xahiş etdi. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bildirmişlər ki, torpaq sahəsi onlara məxsusdur, torpaq sahəsinə görə iddiaçıdan pul almışlar. Lakin aldıqları pulun məbləğini unutmuşlar. İddiaçı uzun müddətdir ki, onlara məxsus torpaq sahəsindən istifadə edərək, gəlir əldə edir. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, tərəflərin və şahidin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iştirak edən şahid X3 bildirdi ki, Samux rayonu, Qarabağlar kəndində yerləşən 2.05 ha torpaq sahəsini almaq üçün İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə öz aralarında razılığa gəlmişlər. xx.xx.2021-ci il tarixdə onlar alqı-satqı barədə müqavilə bağlamışlar. xx.xx.2021-ci il tarixdə Cavabdeh3 10000 manat məbləğində pulu onun yanında cavabdehlərə vermiş, o, isə həmin müqaviləni təsdiq etmişdir. iş materiallarında olan xx.xx.2021-ci il tarixdə Samux rayon Qarabağlar kəndində yerləşən torpağa mülkiyyət hüququna dair J N 0047 Kod 50712028 dövlət aktına əsasən kənd sakinləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 məxsus 2.05 ha torpaq sahəsini Qarabağlar kənd sakini İddiaçı satılması ilə əlaqədar alqı-satqının rəsmiləşdirilməsinə dair müqavilə bağlanmış, müqavilədə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Samux rayonu, Qarabağlar kəndində yerləşən 2.05 ha pay torpaq sahəsini həmkəndliləri Qarabağlar kənd sakini İddiaçı 10000 manata satmışlar. İş materiallarında olan 29 yanvar 1999-cu il tarixli, JN-0047 Kod 50712028 nömrəli Azərbaycan Respublikası torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, 2.05 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 məxsusdur. İddiaçı tərəfindən iddia tələbi xx.xx.2021-ci il tarixdə bağlanmış müqaviləyə əsasən sübut edilir. Cavabdeh tərəf iddiaçının bu dəlilləri ilə bağlı göstərir ki, iddiaçının tələb etdiyi pul məbləğinin yalnız 5000 manatını almışdır. Məhkəmə cavabdeh tərəfindən bu arqumentləri ilə bağlı aşağdakıların qeyd olunmasını zəruri hesab edir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olaraq göstərir ki, hazırda iddiaçı qanunla üzərinə düşən sübutetmək vəzifəsinin öhdəsindən gəlmişdir. Belə ki, onun tərəfindən etdiyi ödənişlər barədə müqavilə məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəf də həmin ödənişin qismən icrasının iddiaçı tərəfindən həyata keçirildiyini inkar etmir, lakin bununla yanaşı bildirir ki, icra iddiaçı tərəfindən həyata keçirilmiş olsa, yalnbız 5000 manat ödənilmişdir. Bu zaman göstərilən halın təsdiqi üçün mötəbər sübutların təqdim edilməsi cavabdeh tərəfin üzərinə düşür. Lakin cavabdeh tərəf bu vəzifənin öhdəsindən gələ bilməmiş, həmin halı təsdiq edə bilməmişdir. Onların bu mövqeyi yalnız özlərinin izahatları ilə məhdudlaşdırlaraq sübuta yetirilməmişdir. Ona görə də məhkəmə iddiaçının mövqeyini əsaslı sayır və göstərir ki, iddiaçı pulunu tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, iddiaçının mülkiyyətini təşkil edən 10000 (on min) manat məbləğində pulu cavabdehlər qaytarmadığından, iddiaçının mülkiyyət hüququnu pozmuşlar. Bununla da iddiaçı qanunsuz sahiblikdən öz əmlakını geri tələb etməkdə haqlıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər tərəfindən öhdəlik yerinə yetirilmədiyinə görə onlar, risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduqlarından, iddiaçının mülkiyyət hüququ müdafiə edilməli və cavabdehlərdən 10000 (on min) manat məbləğində pul və ödənilmiş 120 (yüz iyirmi) manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 10000 (on min) manat və ödənilmiş 120 (yüz iyirmi) manat dövlət rüsumu alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-477/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-477/2023
01.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver