Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-558/2023 08.09.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia qaldıraraq, Cavabdeh 13370 manat məbləğində sığorta ödənişinin, 130,11 manat dövlət rüsümunun və 0,40 manat bank xidmət haqqının əvəzinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, **-PY-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi L200” markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixində “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2021-ci il tarixində Cavabdeh ona məxsus **-BB-*** dövlət qeydiyyat nişanlı “Kamaz 5410” markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədərək **-PY-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi L200” markalı avtonəqliyyat vasitəsinə maddi zərər vurmuşdur. Hadisə ilə bağlı TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar çıxarılmış və qərarə əsasən 1-BB-314 dövlət qeydiyyat nişanlı “Kamaz 5410” markalı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh təqsirli bilinmişdir. **-PY-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi L200” markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın həcmi 13370 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli “Sığorta aktı”na əsasən 13370 manat məbləğində səğorta ödənişi nəqliyyat vasitəsinin təmir olunması üçün təmir mərkəzinin hesabına köçürülmüşdür. Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı idarə etdiyi avtonəqliyyat vasitəsinin icbari sığortası olmamışdır. Beləliklə, baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən ödənilmiş 13370 manat məbləğində sığorta ödənişinin əvəzi subroqasiya qaydasında Cavabdeh tutulmalıdır. Buna görə də iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. İddiaçı "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək mülki işə onların iştirakı olmadan baxılmasını və iş üzrə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, MC-Mİ-1480/21 saylı Avtonəqliyyat vasitələrinin (kasko) sığortası şəhadətnaməsinin surətindən görünür ki, “Mitsubishi L200” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin kasko sığortası növü üzrə sığorta təminatı almışdır. Sığorta müqaviləsi üzrə sığortalı ATİLLA TRANS SERVİSES A MMC olmaqla müqavilə xx.xx.2022-ci il tarixədək qüvvədə olmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən tərtib olunmuş “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat” a əsasən, **-PY-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi L200” markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın miqdarı 13370 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan sığorta aktının və ödəniş tapşırığından surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində "xxxx" ASC tərəfindən “Mitsubishi L200” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 13370 manat zərər məbləği ödənilmişdir. İş materiallarına əlavə edilmiş Samux Rayon PŞ DYPB xx.xx.2021-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinib, 20 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 iyul 2023-cü il tarixli, 9/3949 nömrəli məhkəməəmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, tədqiq edilən 2022-ci il buraxılışlı, «Mitsubishi L200» markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 12834 manat müəyyən edilir. Məhkəmə, iddia tələbinin qanuni əsası kimi aşağıdakı maddi hüquq normalarına istinad edir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 5.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsinin müvafiq fəslinə uyğun olaraq, müvafiq əmlak mənafelərini icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş və sığortaçı ilə bağlanan icbarı sığorta müqaviləsinin tərəfi olan fiziki və ya hüquqi şəxs sığortalı hesab edilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, sığortalı ilə iddiaçı olan sığortaçı arasında mülki məsuliyyətin kasko sığorta müqaviləsi bağlanmış və sığorta müqaviləsi qüvvədə olduğu müddətdə, yəni xx.xx.2021-ci il tarixdə Cavabdeh ona məxsus “Kamaz 5410” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sığortası olmadan, idarə edərkən yol-nəqliyyat hadisəsi törədərək **-PY-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi L200” markalı toqquşmuş, yol nəqliyyat hadisəsinin baş verməsinə görə Samux Rayon PŞ DYPB xx.xx.2021-cı il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarına əsasən Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinib, 20 manat məbləğində cərimə edilmişdir. "xxxx" ASC tərəfindən “Mitsubishi L200” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 13370 manat zərər məbləği ödənilmişdir. Məhkəmə araşdırması zamanı Cavabdeh sözügedən yol-nəqliyyat hadisəsində təqsirli olduğu müəyyən olunmuşdur. İcbari sığorta ödənişi etmiş sığortaçının subroqasiya tələbi sığortalıya, sığorta olunana və ya təqsirkara yönələ biləcəyindən Cavabdeh qarşı belə tələb irəli sürülə və təmin edilə bilər. İddiaçının sığorta hadisəsinin baş verməsində təqsiri olan Cavabdeh qarşı isə subroqasiya hüququ yaranmışdır. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasına əsasən verilmiş ekspert rəyində "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatında göstəriləndən fərqli olaraq sözügedən avtomobilə dəymiş zərərinin həcminin 12834 manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyi daha ətraflı araşdırmanın nəticəsi olduğundan mötəbər sübut kimi qəbul edilməlidir. Odur ki, iddia tələbi qismən təmin edilərək, vurulmuş ziyana görə cavabdehdən 12834 manat tutularaq, iddiaçıya verilməlidir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 130,11 manat dövlət rüsumunun iddia tələbinin təmin olunmuş hissəsinə uyğun olaraq 128,5 manat hissəsi iddiaçının xeyrinə, 100 manat məbləğində ekspertiza xərci Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi üçün Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh subroqasiya qaydasında 12834 (on iki min səkkiz yüz otuz dörd) manat sığorta ödənişinin, ödənilmiş 128,5 (yüz iyirmi səkkiz manat 50 qəpik) manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının əvəzi tutularaq, “Paşa Sığorta" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu – 3.) köçürülsün. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-558/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-558/2023
08.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver