Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-56/2023 18.07.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı X4 və cavabdeh X2 iştirakları ilə, İddiaçı X4 cavabdehlər Cavabdeh, X5 və X7 qarşı “payın naturada ayrılması və torpağın zəbtdən azad olunması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı X10 cavabdehlər Cavabdeh, X5 və X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Samux Rayon Aqrar İslahat Komissiyasının 30 may 2002-ci il tarixli, 05 saylı qərarı ilə ümumi mülkiyyətlərinə verilmiş 2.10 hektar pay torpağından ona düşən 0,525 ha hissəsinin naturada ayrılması, cavabdehlərin istifadəsindən və zəbtindən azad edilərək ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh və X8 onun valideyinləri, X11 isə qardaşıdır. Samux rayon Aqrar İslahat komissiyasının 30 may 2002ci il tarixli, 05 saylı qərarı ilə 4 nəfərdən ibarət tərkibdə olan ailələrinə 2.10 hektar pay torpağı verilmişdir. O, ailə quranadək sözügedən torpaq sahəsindən cavabdehlərlə birgə istifadə etmişdir. Hazırda 11 ildir ki, ailəlidir və 11 ildir ki, cavabdehlər öz paylarına düşən torpaq sahəsi ilə yanaşı onun torpağını da becərir, istifadə edir, bəhrəsini də özləri götürür. Torpaq sahəsini özü istifadə etmək istədiyini cavabdehlərə dəfələrlə desə də nəticəsi olmayıb, hətta onu torpaq sahəsinə buraxmayıblar. Ona görə də hesab edir ki, mübahisə məhkəmə qaydasında həllini tapmalıdır. Məhkəmə iclasında iddiaçı X10 iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi, həmçinin bildirdi ki, mütəxəssis rəyi ilə razıdır, tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh X5 iddianı qəbul etdiyini, mütəxəssis rəyi ilə razı olduğunu və iddianın təmin edilməsinə, iddiaçıya məxsus torpaq sahəsinin natura ayrılıb ona verilməsinə etirazının olmadığını bildirdi. Cavabdehlər Cavabdeh və X7 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş JN-0086, KOD 50709038 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nın surətindən görünür ki, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 05 nömrəli qərarına əsasən Cavabdeh və onun ailə üzvləri X5, X12 və X1 təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə Samux rayonu, Əlibayramlı kəndində yerləşən 2.10 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 640649 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X3 nikahı xx.xx.2011-ci il tarixdə Samux rayon Qeydiyyat şöbəsində 209 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə Quluyev, arvada Quluyeva soyadı verilmişdir. İş materiallarında olan mütəxəssis rəyindən və ona əlavə edilmiş yerquruluşu planlarından görünür ki, Samux rayonu Əlibayramlı kəndində yerləşən, “torpağa mülkiyyət hüququna dair” JN-0086 (kod-********) nömrəli Dövlət aktına əsasən 2 (iki) hissədən (1.7088 ha və 0.3885 ha) ibarət ümumi sahəsi 2.10 ha torpaq sahəsindən Quluyeva (Qasımova) Elza Əli qızının payına düşən 1/4 (0.525 ha) hissəsinin naturada real bölgüsü mümkündür. “Torpağa mülkiyyət hüququna dair” JN-0086 (kod-********) nömrəli Dövlət aktına əsasən 1.7088 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçının payına düşən 1/4 (0.4272 ha) hissənin və 0.3885 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçının payına düşən 1/4 (0.0971 ha) hissənin, ümumilikdə 0.525 ha sahənin siyahıya əsasən bölgüsünə dair cizgi planlar rəyə əlavə edilmişdir. Beləliklə, məhkəmə iclasında iş materiallarının tam və hərtərəfli tədqiqi nəticəsində məhkəmə müəyyən etdi ki, Samux rayonu, Əlibayramlı kəndində yerləşən ümumilikdə 2.10 ha torpaq sahəsi Cavabdeh, X5, X12 və X6 ümumi birgə mülkiyyətindədir. İddiaçı torpaq sahəsində olan payının naturada ayrılmasını istəyir. JN-0086, KOD 50709038 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” əsasında tərəflərin ümumi mülkiyyətində olan Samux rayonu, Əlibayramlı kəndində yerləşən 2.10 ha torpaq sahəsindən iddiaçının payının naturada ayrılması texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Tərəflərin payları ümumilikdə və ayrı-ayrılıqda naturada ayrılıcağı təqdirdə, həmin torpaq sahələrinin təyinatı üzrə istifadə olunması üçün hər hansı məhdudiyyət yaranmayacaqdır. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçı ümumi mülkiyyətdə olan torpaq sahəsindən payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4–cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6–cı maddəsinə əsasən bu Məcəllənin 220.3–220.5–ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq–aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Samux rayonu, Əlibayramlı kəndində yerləşən JN-00806, KOD ********* saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” əsasında tərəflərin ümumi mülkiyyətində olan iki hissədən (1,7088 ha və 0,3885 ha) ibarət ümumi sahəsi 2.10 ha olan torpaq sahəsindən 1,7088 ha olan hissədən iddiaçı X4 payına düşən 1/4 hissə (0,4272 ha), 0,3885 ha hissədən 1/4 hissə (0,0971 ha) olmaqla ümumilikdə 0,525 ha sahə naturada ayrılmalı və iddiaçı X9 təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Samux rayonu, Əlibayramlı kəndində yerləşən JN-00806, KOD ********* saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” əsasında tərəflərin ümumi mülkiyyətində olan iki hissədən (1,7088 ha və 0,3885 ha) ibarət ümumi sahəsi 2.10 ha olan torpaq sahəsindən 1,7088 ha olan hissədən iddiaçı X4 payına düşən 1/4 hissə (0,4272 ha) və 0,3885 ha hissədən payına düşən 1/4 hissə (0,0971 ha) olmaqla ümumilikdə 0,525 ha torpaq sahəsi naturada ayrılsın və iddiaçı X9 təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-56/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-56/2023
18.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver