Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-58/2023 14.03.2023 SAMUX RAYON MƏKƏMƏSİ X7 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili X2, Cavabdehin nümayəndəsi - Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilə mülkiyyət hüququnun tanınması və avtomobilin təhvil verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilə mülkiyyət hüququnun tanınması və avtomobilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **-EE-*** qeydiyyat nişanlı “Niva” markalı avtomobilinin alqı-satqısına dair X6 ilə Cavabdeh arasında imzalanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, **-EE-*** qeydiyyat nişanlı “Niva” markalı avtomobilə dair BD174004 nömrəli qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, onun **-EE-*** qeydiyyat nişanlı “Niva” markalı avtomobilə dair mülkiyyət hüququnun tanınması və avtomobilin cavabdeh Günel Bədəlovdan alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2021-ci ilin 13 iyulunda X6 ilə arasında sonuncuya məxsus 2021-ci il buraxılışı **-EE-*** qeydiyyat nişanlı “Niva” markalı avtomobilin kreditlə alqı-satqısına dair sövdələşmə baş tutmuşdur. Razılaşmanın şərtlərinə əsasən maşının ümumi dəyəri 21000 (iyirmi bir min) manat təşkil etmiş, həmin pulun 14000 (on dörd min) manatı ilkin ödəniş olaraq onun tərəfindən X4 ödənilmiş, qalan 7000 (yeddi min) manatın isə bərabər hissələrlə 10 ay ərzində ödənilməsinə razılaşdırlmışdır. Sözü gedən məbləğ xx.xx.2021-ci il tarixədək iddiaçı tərəfindən tam qaydada X3 bank hesabına ödənilmişdir. Bu xüsusda sonuncu tərəfdən xx.xx.2021-ci il tarixdə ona mülki etibarnamə verilmiş və avtonəqliyyat vasitəsinə dair hüquqlar həvalə edilmişdir. Lakin Cavabdeh avtonəqliyyat vasitəsinin X3 adına qalmasına etiraz etmiş, o, Bakı şəhərində qeydiyyatda olduğu üçün avtonəqliyyat vasitəsinin alqı-satqısını rayonda həyata keçirmək mümkün olmadığını bildirmişdir. Bu zaman Cavabdeh avtonəqliyyat vasitəsinin müvəqqəti öz adına rəsimləşdirlməsini təklif etmiş və bildirmişdir ki, uyğun olan vaxtda Bakı şəhərinə gedərək, öz adına rəsimləşdirər, həmin vaxt ailə münasibətlərində olduğundan ona inamış və rəsimləşdirməni onun adına aparmışdır. xx.xx.2021-ci il tarixdə BDYPİ Gəncə şəhər Qeydiyyat imtahan və Texniki baxış şöbəsində **-EE-*** qeydiyyat nişanlı “Niva” markalı avtomobilin alqı-satqısına dair X6 ilə Cavabdeh arasında eyni tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin gün Cavabdeh tərəfindən ona avtonəqliyyat vasitəsinə dair mülki etibarnamə verilmişdir. 2022-ci ilin mart ayının sonlarında Cavabdeh ilə münasibətləri kəskinləşmiş və ayrı yaşamağa başlamışlar. xx.xx.2022-ci il tarixdə DYP əməkdaşları avtomobili saxlayıb ona bildirmişlər ki, avtonəqliyyat vasitəsinin idarə edilməsi üçün Cavabdeh tərəfindən ona verilmiş etibarnamə ləğv edilmiş və avtomobili ondan almışlar. Cavabdehin və onun ailə üzvləri ilə əlaqə saxlayaraq məsələni araşdırmaq istəmiş, lakin onlar ona qəzəbli olduqlarından məsələyə aydınlıq gətirməmişlər və bildirmişlər ki, avtomobilı satacaqlar. İlkin vaxtlarda hesab edirmiş ki, Cavabdeh ona qarşı əsəbi soyuduqdan sonra avtomobili ona geri qaytaracaqdır, lakin o, fikrində yanılmış və avtonəqliyyat vasitəsini ona geri qaytarmamaq fikrində olduğunu görmüşdür. Hazırki mübahisə üzrə X6 ilə Cavabdeh arasında imzalanmış xx.xx.2021-ci il tarixli alq-satqı müqaviləsi bağlanarkən əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid şərt pozulmuşdur. **-EE-*** qeydiyyat nişanlı “Niva” markalı avtomobilin alqı-satqısına iradə və sövdələşmə X6 ilə onun arasında baş tutmuş, reallıqda avtonəqliyyat vasitəsi ona satılmış və avtonəqliyyat vasitəsinin dəyəri onun tərəfindən ödənilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi - Vəkil məhkəmə iclasında bildirdi ki, o, iddia ərizəsində yazılanlarla razı deyildir. İddiaçı tərəfindən ərizədə göstərilən faktlar və hallar həqiqəti əks etdirmədiyindən eyni zamanda iddia tələbi qanunsuz əsaslandırıldığından təmin edilməməlidir. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh X6 məhkəmə iclasında bildirmişdir ki, 2021-ci ilin 13 iyul tarixdə İddiaçı və əvvəlcədən tanıdığı şəxs Şamil onun yanına gedərək, İddiaçı ona məxsus 2021-ci il buraxılışı **-EE-*** qeydiyyat nişanlı “Niva” markalı avtomobili almaq istədiyini bildirmişlər. Həmin vaxt İddiaçı ona cəmi 14000 (on dörd min) manat pulunun olmasını bildirmişdir. Bundan sonra onlar avtomaşının dəyərini hissə-hissə ödəməklə alqı-satqısına razılaşmışlar. Razılaşmanın şərtlərinə əsasən avtomaşının ümumi dəyəri 21000 (iyirmi bir min) manat olmaqla həmin pulun 14000 (on dörd min) manatı ilkin ödəniş olaraq ödənilməsi, qalan 7000 (yeddi min) manatın isə hissələrlə 10 ay ərzində ödənilməsinə razılaşmışlar. İddiaçı aylıq ödənişləri öz bank kartından onun bank kartına göndərmiş və son məbləği xx.xx.2021-ci il tarixdə ödənilmişdir. xx.xx.2021-ci il tarixdə avtomobili İddiaçı adına rəsimləşdirmək üçün getsələr də İddiaçı Bakı şəhərində pasport qeydiyyatında olduğundan bu baş tutmamışdır. Bu səbəbdən onun tərəfindən İddiaçı avtomaşına dair mülki etibarnamə verilmişdir. Həmin günün səhəri İddiaçı onunla əlaqə saxlayaraq, avtomaşını həyat yoldaşı Cavabdeh adına rəsimləşdirməyi təklif etmişdir. xx.xx.2021-ci il tarixdə Yol Polis İdarəsində Cavabdeh və onun arasında alqı-satqıya dair formal müqavilə bağlanmış və avtomaşın Cavabdeh adına qeydiyyata alınmışdır. **-EE-*** qeydiyyat nişanlı «Niva” markalı avtomaşın İddiaçı satılmış və avtomaşının pulu ona tam olaraq, İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarında olan: xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən verilmiş 6063-1222 nömrəli məktubdan görünür ki, “LADA 21214-012-52URBAN” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən X3 adından Cavabdeh adına rəsimləşdirlmişdir. xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şahadətnaməsinin surətindən görünür ki, “LADA 21214- 012-52URBAN” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh adına rəsimləşdirlmişdir. xx.xx.2021-ci il tarixdə Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, X3 adına olan “LADA 21214-012-52URBAN” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh adına verilmişdir. xx.xx.2021-ci il tarixdə X6 tərəfindən verilmiş arayışdan görünür ki, **-EE-*** qeydiyyat nişanlı “Niva” markalı avtonəqliyyat vasitəsi 13 iyul 2021-ci il tarixdə qarşılıqlı razılaşma əsasında İddiaçı hissə-hissə ödəmək şərti ilə 21000 (iyirmi bir min) manata satılmışdır. Həmin pulun 14000 (on dörd min) manatı xx.xx.2021-ci il tarixdən nağd qaydada, İddiaçı tərəfindən ona ödənilmişdir. Qalıq borc 7000 (yeddi min) manat təşkil edir. "xxxx" ASC tərəfindən verilmiş ödəniş təyinatınlarından görünür ki, İddiaçı tərəfindən X1 hesabına ödənişlər edilmidir. xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri 5 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş etibarnamənin sürətindən görünür ki, “LADA 21214-012-52URBAN” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi üçün X6 tərəfindən İddiaçı etibarnamə verilmişdir. xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri 5 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş etibarnamənin sürətindən görünür ki, “LADA 21214-012-52URBAN” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi üçün Cavabdeh tərəfindən İddiaçı etibarnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). O da nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Mülki Məcəllənin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir. Məhkəmə işin müəyyən olunan faktiki hallarını yuxarıda sadalanan qanunvericilik aktı normaları və Konstitusiya Məhkəməsi Plenumunun Qərarında formalaşan hüquqi mövqe baxımından təhlil edərək belə nəticəyə gəlir ki, X6 tərəfindən satılan avtomobilin Cavabdeh adına rəsmiləşdirilməsinə baxmayaraq, avtomobilin alıcısı qismində faktiki olaraq İddiaçı çıxış etmiş və avtomobilin alğı-satqı qiyməti 21000 (iyirmi bir min) manat pul vəsaiti İddiaçı tərəfindən satıcıya ödənilmişdir. Odur ki, X6 ilə Cavabdeh arasında bağlanan əqd yalan əqd olmaqla, əhəmiyyətsizdir. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin, yəni satıcı olaraq X6 və alıcı İddiaçı həqiqi iradə ifadələri əsas götürülməklə mübahisəyə hüquqi qiymət verilməli, “LADA 21214-012-52URBAN” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqısatqısına dair X6 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, “LADA 21214-012-52URBAN” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair BD174004 nömrəli qeydiyyat şəhadətnaməsi ləğv edilməli, İddiaçı “LADA 21214-012-52URBAN” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilə mülkiyyət hüququ tanınmalı və həmin avtomobil Cavabdeh alınaraq, İddiaçı verilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X6 ilə Cavabdeh arasında “LADA 21214-012-52URBAN” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. “LADA 21214-012-52URBAN” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair verilmiş nəqliyyat vasitəsinin qeydiyyat (BD174004) şəhadətnaməsi ləğv edilsin. İddiaçı “LADA 21214-012-52URBAN” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilə mülkiyyət hüququ tanınsın. “LADA 21214-012-52URBAN” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq, İddiaçı verilsin. Qətnamədən bir ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-58/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-58/2023
14.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver