Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-6/2025 19.03.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin sərhədləri müəyyən edilərək naturada ona verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC-ni onun mülkiyyətində olan 0.31 ha pay torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin sərhədləri müəyyən edilməklə ölçülüb ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Samux Rayon Məhkəməsinin 2(058)-161/2021 saylı, 03 mart 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertiza təyin edilərək icraat dayandırılmışdır. İddiaçı ölməsi barədə məhkəməyə şifahi qaydada məlumat daxil olduğundan İddiaçı ölməsi barədə məlumatın doğruluğunun müəyyən edilməsi üçün məhkəmə tərəfindən müvafiq qeydiyyat şöbəsinə sorğu verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzinin Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli müşaiət məktubu ilə İddiaçı aid ölüm haqqında akt qeydi məhkəməyə göndərilmiş, həmin akt qeydindən aydın olmuşdur ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ölmüşdür. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.1 və 25.2-ci maddələrinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilir. Məhkəmə, İddiaçı xx.xx.2022-ci il tarixdə ölməsini nəzərə alaraq və qanunvericiliyin tələblərinə uyğun olaraq iş üzrə icraata xitam verilməli olması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 261, 263-264, 267, 268-ci maddələrinə əsasən, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh ASC-yə qarşı “torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin sərhədləri müəyyən edilərək naturada ona verilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-6/2025
Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-6/2025
19.03.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver