Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-601/2023 06.06.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı Aşralı oğlunun iştirakı ilə, İddiaçı Aşralı oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Aşralı oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3254 manat pulun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi aidiyyət qaydalarını pozmaqla icraata qəbul edildiyindən, mülki iş ərazi aidiyyəti üzrə göndərilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh Abbasov X2 rayon Əhmədli kəndində, digər cavabdeh Nağıyev X1 rayonunda qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. «Yaşayış yeri və olduğu yer haqqında » Аzərbaycan Respublikasının 4 aprel 1996-cı il tarixli Qanununun 3-cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehlərin birinin qeydiyyat ünvanı Daşkəsən rayonu, digərinin qeydiyyat ünvanı isə İsmayıllı rayonu ərazisində yerləşdiyindən, hazırkı mülki iş ərazi aidiyyəti qaydalarına uyğun olaraq baxılması üçün cavabdehlərdən birinin qeydiyyatda olduğu rayonun məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında İddiaçı Aşralı oğlu Cavabdeh1 qeydiyyatda olduğu rayonun məhkəməsinə aidiyyatı üzrə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 35, 44-45, 263 və 264cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Aşralı oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbi barədə iddiası üzrə mülki iş baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-601/2023
Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-601/2023
06.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver