Məhkəmə qərarları › İş №2(058)-626/2023

Samux Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(058)-626/2023

25.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Samux rayonu İş № 2(058)-626/2023 25.07.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X3 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 3500 manat pulun və ödənilmiş 55 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, istifadəsində baş etibarnamə əsasında “AUDİ A6” markalı, **-NL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil vardır. 24 oktyabr 2022-ci il tarixdə avtomobili satmaq qərarına gəlmiş, Samux rayonu, Bağbanlar kənd sakini Cavabdeh1 6500 manat məbləğində pula razılaşmışlar, həmin şəxs ona 3000 manatını ödəmiş, hər ay 350 manat ödəməklə 10 ay müddətə borcunu bitirəcəyinə söz vermişdir. O, qanunları bilmədiyi üçün və etibar etdiyi Cavabdeh1 baş etibarnamə vermiş və hər ay ödənişləri ödəyəcəyinə inanmiş, lakin bir neçə ay ödəniş etmədikdə anlamış ki, aldanıb. Bununla bağlı bir çox şikayətlər etsə də, heç bir müsbət nəticə əldə edə bilməmişdir. Həmin baş etibarnamə avtomaşının ilkin sahibi olan X1 tərəfindən ləğv etdirilməsinə baxmayaraq, Cavabdeh1 hansısa yolla avtomaşını idarə etməklə inzibati xətalara tez-tez yol verərək cərimə edilir və cərimələr onun adına yönəlir. O, halal mülkiyyətindən məhrum olmuş, mülkiyyətini və qalıq pulunu onun etibarında sui istifadə edən şəxsdən geri ala bilmir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə dəqiqləşmə barədə ərizə verərək, Cavabdeh1 3500 manat pulun, ödənilmiş 55 manat dövlət rüsumunun və ya “AUDİ A6” markalı **-NL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında iştirak edərək bildirmişdir ki, “AUDİ A6” markalı, **-NL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil hazırda ona məxsusdur. “AUDİ A6” markalı, **-NL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə görə ödəniləcək məbləğ 3500 manat deyil, 2000 manatdır. O, 2000 manat məbləğində pul ödəməyə razıdır. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq gəlməmişlər. İddiaçı işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən, hakim tərəflərin təqdim etdiyi sübutların tədqiq ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixdə “AUDİ A6” minik markalı avtomobil X1 tərəfindən Cavabdeh1 etibarnamə verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixdə “AUDİ A6” minik markalı avtomobil X1 tərəfindən İddiaçı etibarnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçının mülkiyyətini təşkil edən 3500 manat məbləğində pulu qaytarmadığından, iddiaçının mülkiyyət hüququnu pozmuş. Bununla da iddiaçı qanunsuz sahiblikdən öz əmlakını geri tələb etməkdə haqlıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdehlər tərəfindən öhdəlik yerinə yetirilmədiyinə görə onlar risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduqlarından, iddiaçının mülkiyyət hüququ müdafiə edilməli və cavabdehlərdən müştərək qaydada 3500 (üç min beş yüz) manat, ödənilmiş 55 manat dövlət rüsumu tutularaq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 241.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3500 (üç min beş yüz) manat, ödənilmiş 55 manat dövlət rüsumu İddiaçı verilsin. Qiyabi qətnamədən cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar