Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-670/2025 04.02.2026 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Məmədova Sevinc İsa qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Qanuni nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın dəyərinin bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın dəyərinin bölünməsi” tələbi ilə məhkəməyə müraciət edərək Samux rayonu Alıuşağı kəndində yerləşən, Cavabdeh məxsus 0,08 ha həyatyanı torpaq sahəsində 120 kv/m ölçüdə inşa edilmiş bir mərtəbəli evə birgə nikah dövründə çəkilmiş 50 000 (əlli min) manat xərcin yarısının, yəni ½ hissəsi olaraq 25 000 (iyirmi beş min) manat pulun Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Qanuni nümayəndə məhkəməyə ərizə təqdim edərək ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını, iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyini bildirdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-cı maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260, 263-264, 267- 268-cı maddələrinə əsasən məhkəmə, qəraraaldı: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın dəyərinin bölünməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 166 (bir yüz altmış altı) manat dövlət rüsumu dövlət büdcəsindən Qanuni nümayəndə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-670/2025
Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-670/2025
04.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver