Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-732/2023 19.06.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq ona dəymiş zərərin əvəzi olaraq cavabdehdən 570 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Gəncə şəhərində qapı satılan mağazadan evi üçün ümumi dəyəri 570 manata 2 ədəd qapı almışdır. Qapının quraşdırılması mağaza tərəfindən həyata keçirilir. Həmin mağazada onu qapının quraşdırılması üçün usta Cavabdehla tanış ediblər. xx.xx.2023-cü il tarixdə cavabdeh qapını quraşdırmaq üçün onun evinə gəlmiş, lakin işini qüsurlu şəkildə yerinə yetirmişdir. Qapının kənarları açıq qalmış, kənarları düzəltmək üçün gətirdiyi material isə keyfiyyətsiz olmuşdur. Bu səbəbdən də ona 570 manat həcmində maddi ziyan dəymişdir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət edib. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək vurulmuş maddi zərərin əvəzi olaraq Cavabdeh 300 manat pulun alınaraq ona verilmısi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərlə uyğun izahat verdi və tələbin “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizəsində göstərdiyi həcmdə təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı etiraf etməyərək bildirdi ki, o, iddiaçının qapısını quraşdırarkən qapı yerinin ölçüsü ilə qapının ölçüsü arasında olan uyğunsuzluq səbəbi ilə qapının kənarları açıq qalmış, iddiaçı ondan qapının kənarlarını başqa material ilə bağlayaraq bərpa etməsini istəmiş, o isə başqa material taparaq kənar boşluğu bağlamışdır. Daha sonra iddiaçı qapının kınarlarını bağlamaq üçün istifadə etdiyi materialda qüsur olduğunu bildirərək ondan həmin calaq hissəni sökməyini tələb etmişdir. O, iddiaçıya həmin hissənin söküləcəyi təqdirdə qapıya ziyan dəyə biləcəyini bildirsə də, iddiaçı yenə də həmin hissənin sökülməsini tələb etmişdir. Belə olan halda o, qapının kənarındakı həmin hissəni sökmüşdür və bunun nəticəsində qapıya müəyyən dərəcədə ziyan dəymişdir. O, qapının kənarlarına birləşdirilmiş calaq hissəni iddiaçının təkidi ilə sökdüyündən və bunun nəticəsində qapıya ziyan dəyəcəyi barədə iddiaçını məlumatlandırmasına baxmayaraq iddiaçı təkidə həmin hissənin sökülməsini tələb etdiyindən o qapıya dəyən ziyanla bağlı heç bir cavabdehlik daşımır və tələbin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən cavabehin izahatından sonra iddiaçıya sual ünvanlanaraq cavabdehin izahatında göstərdiyi halın yəni, cavabdehdən qapının kənarındakı hissələri sökməsini onun tələb edib-etmədiyi, cavabdehin isə həmin hissələrin söküləcəyi təqdirdə qapıya ziyan dəyə biləcəyi barədə onu xəbərdar edib-etməməsi barədə soruşularkən iddiaçı cavabdehlə aralarında qeyd olunan həmin söhbətin olduğunu təsdiq etmiş, cavabdehin qapını onun tələbi ilə sökdüyünü bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 768.1.2-ci maddəsinə əsasən podratçı sifarişçinin göstərişinin icra ediləcəyi təqdirdə məmulatın davamsız və ya yararsız olacağı halda sifarişçini vaxtında xəbərdar etməyə borcludur. Hazırki işin faktiki hallarından göründüyü kimi, podratçı (cavabdeh) iddiaçını (sifarişçini) onun göstərişinin icra ediləcəyi təqdirdə qapıya ziyan dəyəcəyi barədə xəbərdar etmə vəzifəsini yerinə yetirmiş, lakin iddiaçı onun xəbərdarlığına baxmayaraq həmin işi görməsini israrla tələb etmişdir. Eyni zamanda iddiaçı ona dəyən maddi ziyanının 300 manat məbləğində olduğunu heç bir mötəbər sübutla təsdiq edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357- 361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-732/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-732/2023
19.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver