Məhkəmə qərarları › İş №2(058)-75/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-75/2023

06.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-75/2023 06.04.2023 SAMUX RAYON MƏKƏMƏSİ X33 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı X7 və nümayəndəsi - vəkil X11, Cavabdehlər Cavabdeh və X12 nümayəndəsi - vəkil X5 iştirakı ilə, İddiaçı X7 cavabdehlər Cavabdeh və X16 qarşı “evdən çıxarılma və evin boşadılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X22 cavabdehlər Cavabdeh və X16 qarşı “evdən çıxarılma və evin boşadılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh, X12 Samux rayonu, Qarayeri qəsəbəsi, 1 mərtəbəli, 3 otaqlı ümumi sahəsi 97 kv.m olan fərdi yaşayış evindən çıxarılması həmin evi boşaltmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Samux rayonu, Qarayeri qəsəbəsi ünvanda yerləşən fərdi yaşayış evi onun sahibliyində və istifadəsindədir. Cavabdehlər onun oğlu X13 övladlarıdır. X23 ilə X8 ilə 1993-cü ildə nikaha daxil olduqdan sonra onların nikahları pozulmuş və onun evindən çıxıb getmişdir. Həmin dövrdə cavabdehlərdə onun evindən çıxıb getmişlər. Hazırda cavabdehlərin başqa evləri olmasına baxmayaraq, onun evinə qanunsuz daxil olmuşlar və evin otağını zəbt etmişlər. Dəfələrlə cavabdehlərə evini tərk etmələrini tələb etsə də cavabdehlər evindən çıxmaq istəmirlər, bu baxımdan məcburi qaydada məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddaçı bildirir ki, cavabdehlərlə onun heç bir yaxınlığı və ailə hüquq münasibətləri yoxdur. Ona məxsus olan fərdi yaşayış evi bir mərtəbəli, 3 otaqdan ibarət olmaqla ümumi sahəsi 97 kv.m-dən ibarətdir. Məhkəmədən ərizənin təmin olunmasını xahiş etmişdir. İddiaçı X22 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi - vəkil X24 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehlərin başqa evləri olmasına baxmayaraq, cavabdehər iddiaçının evinə qanunsuz daxil olmuşlar və evin otaqlarını zəbt etmişlər. İddiaçı cavabdehlərə evini tərk etmələrini tələb etsə də cavabdehlər evdən çıxmamışlar. Tərəflərin aralarında mübahisə kəskinləşmiş və polisin müdaxiləsindən sonra sakitləşmişlər. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərin nümayəndəsi, vəkili X17 məhkəmə iclasında bildirdi ki, cavabdehlərin anası mübahisəli mülkə gəlin gəlmiş, həmin uşaqlar mübahisəli evdə anadan olmuşlar. Cavabdehlər mübahisəli evdən hərbi xidmətə getmiş, hərbi xidmətdən ora qaydıb tədbir keçirmişlər. Hazırda da cavabdehlər mübahisəli mülkdə yaşamaqla birgə təsərrüfat aparırlar. Cavabdehlərin yaşamağa başqa yaşayış yerləri yoxdur və məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmiş X25 və X18 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X14 və X6 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının və nümayəndəsinin, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, xx.xx.1996-cı il tarixdə Samux rayon, VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1996-cı il tarixdə X19 anadan olmuşdur. xx.xx.1995-ci il tarixdə Gəncə şəhəri, Nizami VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1995-ci il tarixdə Cavabdeh anadan olmuşdur. xx.xx.2023-cü il tarixdə Qarayeri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh və X4 rayonu, Qarayeri qəsəbəsində anadan olmuşlar, lakin 2000-ci ildə ailəsi ilə birgə Göyçay rayonuna getmişlər, 2007-ci ildən etibarən Qarayeri qəsəbəsinə gəlmişlər və nənəsi X15 məxsus mülkdə yaşamışlar. 2022-ci ilin yay aylarından etibarən Cavabdeh anası ilə birgə qəsəbə ərazisində başqa ünvanda yaşayır. X26 isə nənəsi X15 məxsus mülkdə yaşayır. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestr arayışından görünür ki, X9 Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2023-cü il tarixdə ********** nömrəli müraciətinə əsasən Samux rayon, Qarayeri qəsəbəsində yerləşən ümumi birgə mülkiyyətdə olan JN-205 0.15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (4 nəfər ümumi birgə) qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestr arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən ümumi birgə mülkiyyətdə olan JN-205 0.15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (4 nəfər ümumi birgə) qeydiyyata alınmışdır. xx.xx.2013-cü il tarixdə Samux Rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş orderdən görünür ki, X15, X20 və X10 ünvan 1 ünvanda yerləşən ev verilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır; Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı və digər üçüncü şəxslərin istifadəsində olan ünvan 1 ünvanda yerləşən ev mübahisəli hüquq münasibəti yaranan zaman, yəni 1993-cü ildən iddiaçı və üçüncü şəxslərin istifadəsinə verilmişdir. Sonradan yəni xx.xx.2013-cü il tarixdə Samux Rayon İcra Hakimiyyəti başçısı tərəfindən mübahisəli mənzil orderlə X15, X20, X10 verilmişdir. Samux rayonu, Qarayeri qəsəbəsi ünvanında yerləşən yaşayış evi hazırda X7, X14 və X1 və istifadəsindədir. Cavabdehlər X7 oğlu X13 övladlarıdır. X2 Aybəniz Məmməd qızı ilə 1993-cü ildə nikaha daxil olmuşdur. X8 mübahisəli evə köçüb orada yaşamışdır. Bundan sonra həmin nikahdan xx.xx.1995-ci il tarixdə Cavabdeh, xx.xx.1996-cı il tarixdə X19 mübahisəli evdə doğularaq orada yaşamışlar. Daha sonra müəyyən edilmişdir ki, cavabdehlər 2000-ci il tarixdə mübahisəli yaşayış evini tərk edərək, 2007-ci il tarixə qədər anaları X3 yaşadığı Göyçay rayonuna köçmüşlər. Bundan sonra cavabdehlər 2007-ci il tarixdən yenidən mübahisəli evə köçərək hazırkı vaxtadək orada yaşayırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisəli hüquq münasibətləri 2000-ci ildən əvvəl yarandığına görə, tərəflər arasında yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələri 01 oktyаbr 2009-cu il tаrixədək qüvvədə olmuş Azərbаycаn Respublikаsı Mənzil Məcəlləsinin mаddəalarına uyğun olaraq həll edilməlidir. 01 oktyаbr 2009-cu il tаrixədək qüvvədə olmuş Azərbаycаn Respublikаsı Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsаsən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 53-cü maddəsində göstərilir ki, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə hesab edir ki, cavabdehlərin başqa yerdə mənzil tələbatını ödəməyə imkanı olmadığı halda mübahisəli evdən çıxarılması tələbinin təmin edilməsi qanunvericiliyə və ədalət prinsipinə uyğun olmazdı. Çünki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Məhkəmə hesab edir ki, cavabdehlərin sözügedən evdən çıxarılması tələbinin təmin edilməsi, təxminən 25 il ərzində mübahisə predmeti olan evdə yaşamış, orada birgə təsərrüfat aparmış və evə münasibətdə artıq iqtisadi marağı formalaşmış cavabdehlərə münasibətdə ədalətli məhkəmə araşdırması hüququnu poza bilər. Bu hal isə qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt - xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü və 54-cü maddələrinə əsasən xüsusi mülkiyyətdə olmayan yaşayış sahəsinin icarədar ilə birlikdə yaşayan ailə üzvləri həmin sahəyə dair onunla bərabər bütün hüquq və vəzifələrə malikdirlər. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Əksi sübut edilmədikcə həmin hallar tərəflərin keçən müddət ərzində ümumi təsərrüfat aparmalarına və bu səbəblə də cavabdehlərin sözügedən yaşayış sahəsindən iddiaçı ilə birgə yaşamaq hüququnun yaranmasına dəlalət edir. Belə olan halda, əgər başqa yaşayış yeri yoxdursa, cavabdehlərin həmin evdən çıxarılması qanuni və əsaslı sayıla bilməz. Məhkəmə cavabdehlərin başqa yaşayış yerinin olmasına dair iddiaçının dəlilinə münasibət bildirərək qeyd edir ki, həmin dəlil də əsassızdır. Belə ki, cavabdehlərin başqa yaşayış evinin olmasına dair iddiaçı tərəf hər hansı bi rəsmi sənəd (evə dair çıxarış, order və.s) məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəf cavabdehlərin başqa yaşayış yerinin olduğunu bildirsə də buna dair hər hansı bir sübut təqdim etməmişdir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarı: «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Göründüyü kimi iddiaçı tərəf cavabdehlərin başqa yaşayış yerinin olduğuna dair hər hansı bir sübut təqdim etməmişdir. Daha sonra məhkəmə cavabdehlərin 2000-ci il tarixdən mübahisəli mənzili tərk edərək, Göyçay rayonuna köçmələrinə dair iddiaçının dəlili ilə bağlı qeyd edir ki, cavabdehlər 2000-ci il tarixdən evə tərk etsələr də, bu daimi xarakterli olmamışdır. Belə ki, iddiaçının qeyd etdiyi kimi cavabdehlər 2007-ci il tarixdən yenidən mübahisəli mənzildə yaşamaqlarını davam etdirməklə, iddiaçı ilə birgə təsərrüfat aparmışdır. İddiaçı tərəf isə cavabdehləri yenidən mübahisəli evə köçürməklə onlara etiraz etməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə görə, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşma çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 12-ci maddəsinə görə, mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşma çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər: onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər. Mənzilə (evə) mülkiyyət hüququnun həyata keçirilməsi başqa şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirməməlidir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Məhkəmə nəzərə alır ki, cavabdehlərin mübahisəli evdən müvəqqəti olaraq getməsi oların həmin yaşayış yerini daimi tərk etməsi mənasına gəlmir. Eyni zamanda məhkəmə qeyd etməyi lazım bilir ki, Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012- ci il tarixli Qərarında sərgilədiyi hüquqi mövqeyə görə cavabdehlərin gələcəkdə mübahisəli mənzillə bağlı özəlləşdirmədə iştirak etmək hüquqları mövcuddur. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərin bu hüququnu məhdudlaşdırması yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyasının 33, 43 və 71-ci maddələrinin tələbinə görə hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məlum olduğu kimi, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Haqlar istənilən şəkildə deyil, yalnız onların tanınma məqsədlərinə uyğun gəldiyi hədlər daxilində istifadə oluna bilər. Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan sui-istifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları başda konstitusiya olmaqla bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar. Belə bir nəticə “ədalət mühakiməsi” anlayışının özünə kökündən ziddir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı X7 cavabdehlər Cavabdeh, X16 qarşı “evdən çıxarılma və evin boşadılması” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

QƏT ETDİ:

İddiaçı X7 cavabdehlər Cavabdeh və X16 qarşı “evdən çıxarılma və evin boşadılmasına” dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar