Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-801/2023 25.08.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X4 qarşı “subroqasiya hüququ üzrə sığorta ödənişinin qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 180 manat sığorta ödənişi məbləğinin və 30,40 manat məbləğində dövlət rüsumunun, cəmi 210,40 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə sığortalı X8 arasında bağlanmış xx.xx.2022-ci il tarixli sığorta müqaviləsinə əsasən sığortaçı tərəfindən sığortalanmış “VAZ” markalı “2106” modeli **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində xx.xx.2022-ci il tarixdə Tər-Tər şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X5 idarə etdiyi “Ford” markalı “fusion” modeli **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir və dəymiş ziyanla bağlı "xxxx" ASC tərəfindən zərərçəkənə 180 manat ödəniş olunmuşdur. Tər-Tər Rayon Məhkəməsinin qərarı ilə cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Ona görə də tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə içlasına gəlməmiş və gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, PGU********** nömrəli icbari sığorta müqaviləsinə dair məlumatın surətinən görünür ki, sığortaçı "xxxx" ASC və sığortalı X8 arasında “VAZ” markalı “2106” modeli **-BB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dair sığorta təminatı alınmışdır. Sığorta müqaviləsi xx.xx.2023-cü il tarixədək qüvvədə olmuşdur. İş materiallarına əlavə edimiş AD seriyalı, 557021 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ” markalı “2106” modeli **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X6r. İş materiallarına əlavə edimiş ƏN-VİN seriyalı, 002613 nömrəli etibarnamənin surətindən görünür ki, X9 “VAZ” markalı “2106” modeli **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyi X4 etibar etmişdir. Etibarnamə xx.xx.2023-cü il tarixədək qüvvədədir. İş materiallarında olan xx.xx.2022-cı il tarixli inzibati xəta haqqında iş üzrə protokolun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə X8 “VAZ” markalı “2106” modeli **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Tər-Tər şəhəri ərazisində yolnəqliyyat hadisəsi törətmiş və İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 161701 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X5 bank hesabına 180 manat köçürülmüşdür. Məhkəmə, iddia tələbinin qanuni əsası kimi aşağıdakı maddi hüquq normalarına istinad etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, 12 oktyabr 2022-ci il tarixdə Tər-Tər şəhəri ərazisində cavabdeh X8 tərəfindən idarə olunan “VAZ” markalı “2106” modeli **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil, “Ford” markalı “fusion” modeli **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, yol-nəqliyyat hadisəsinin baş verməsinə görə cavabdeh X2 Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsiri bilinmişdir. İddiaçı "xxxx" ASC tərəfindən “Ford” markalı “fusion” modeli **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə zərərçəkənə 180 manat zərər məbləği ödənilmişdir. Zərər cavabdehin təqsirli hərəkəti nəticəsində vurulduğundan iddiaçının zərərçəkmiş şəxsə ödədiyi sığorta ödənişi həcmində subroqasiya qaydasında cavabdehə qarşı tələb hüququ yaranmışdır. Buna görə də X3 180 manat pul tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat məbləğində pul Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 357-361-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunsun. Cavabdeh X1 qaydasında 180 (yüz səksən) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-801/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-801/2023
25.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver