Məhkəmə qərarları › İş №2(058)-804/2023

Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-804/2023

11.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-804/2023 11.05.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müzdafiəsi Nazirliyi yanında X1 Gəncə-Dasşkəsən Regional şöbəsinə qarşı “inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə” dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq müəyyənetdi: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müzdafiəsi Nazirliyi yanında X1 Gəncə-Dasşkəsən Regional şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona inzibati tənbeh verilməsi barədə 01 may 2023-cü il tarixli, MN ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. İddiaçı barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müzdafiəsi Nazirliyi yanında X1 Gəncə-Dasşkəsən Regional şöbəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 01 may 2023-cü il tarixli, MN ******* saylı qərarın ləğv edilməsini tələb edir, lakin o, barəsində inzibati tənbeh tətbiq etmiş orqanı cavabdeh qoyaraq sözügedən qərarın ləğv edilməsini məhkəməyə iddia tələbi kimi təqdim etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayətə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi yolverilməzdir. Hazırki tələbə mülki mühakimə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və İddiaçı məhkəməyə sözügedən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair ərizə ilə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müzdafiəsi Nazirliyi yanında X1 Gəncə-Dasşkəsən Regional şöbəsinə qarşı “inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunsun. İddiaçı məhkəməyə sözügedən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair ərizə ilə müraciət etmək hüququnun olduğu izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar